Nazim Qasımov
Qasımov Nazim Mustafa oğlu (rus. Касимов Назим Мустафа оглы) (1933–2006) – Azərbaycan mühəndis ziyalılarının nümayəndəsi, tikinti istehsalın böyük nəzəriyyəçisi və praktikidir, əhəmiyyətli "Kür təzyiq su kəməri" layihəsinin baş mühəndisi və rəis müavini olub. Yol xidmətçisi olaraq, xarici iqtisadi əlaqələri qurmada fəaliyyət göstərib, MDB ölkələrinin yol peşakarları arasında tanınılır. 1985-ci ildə İran ekspertləri ilə birlikdə sərhədəki körpülərin vəziyyətini qiymətləndirmə kommissiyasında SSRİ-nın nümayəndələri qrupuna rəhbərlik edib, bəynalxalq təşkilatlarla əməkdaşlıq edib: MDB-nin dövlətarası yol xidmətçilərin soveti, TASİS-TRASEKA (Avropa İttifaqı), ECO (İƏT) (İslam Ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatı), ESKAP (BMT) və digərlər.
Qasımov Nazim Mustafa oğlu | |
---|---|
![]() |
Həyatı
Qasımov Nazim 1933-cü ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsini "avtomaqistral və şəhər yolları" ixtisas üzrə bitirib. 1958–1964 illərində mühəndis, baş mühəndis, dəstə başçısı, layihə baş mühəndisi vəzifələrində Şose Yolları Baş İdarəsi (rus. Гушосдор) "Azdorproyekt" İnstitutunda işləyirdi. Süni qurmaların və yolların araşdırma işlərində, layihə düzəltməsində iştirak edib. Həm də Azərbaycan Politexnik İnstitutunda körpülər, torpaq mexanikası kafedrasında müəllimlik edirdi. 1965–1968 illərində Nazirlər Sovetinin İnşaat və Şəhər Təsərrüfatı idarəsində baş referent kimi işləyib.
Böyük sənaye və mədəniyyət mərkəzi olan Bakını su ilə təmin etmək üçün əhəmiyyətli Kür su kəmərin tikintisində 1968–1972 illərində baş mühəndis kimi işləyirdi.
1981–1984 illər müddətində Nazirlər Sovetinin İnşaat və Kommunal təsərrüfatı şöbə müdiri kimi işləyirdi. 1984-cü ildə Avtomobil Yolları tikinti və istismar nazirinin birinci müavini, nazirlik "Azəravtoyol" ("Азеравтодор") istehsal birliyinə çevirəndə onun müdir vəzifəsinə keçir. 1993–2001 illərində Azərbaycan İqtisadiyyat Nazirliyinin nəqliyyat idarəsində baş mütəxəssisdir. 2001–2003 – "Azəravtoyol" dövlət konsernində texniki şöbə müdiridir. 2003-cü ildən "YolNəqliyyatServis" Departamentində texniki şöbə müdiri kimi işləyirdi.
Mənbə
- Д.Гурбанов, Г.Искендер, "Истоки и Создатели Дорог, Энциклопедия Азербайджана", изд. "Нурлан", Баку 2005
- Межправительственный Совет Дорожников, "Автомобильные дороги Содружества Независимых Государств", Энциклопедия (дороги и люди), Москва, 2007
- C. Qurbanov, H. İsgəndər, "Körpü sənət abidəsi", Nurlan nəş., Bakı, 2006