Nazim Hacıbəyov
Nazim Məmməd oğlu Hacıbəyov (8 fevral 1928, Bakı – 23 mart 2020, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982).
Nazim Hacıbəyov | |||
---|---|---|---|
Şəxsi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||
Vəfat tarixi | (92 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan | ||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
||
Anası | Cahan Talışinskaya | ||
İşləri və nailiyyətləri | |||
Əsas tikililəri | Gülüstan sarayı | ||
Mükafatları |
|
Həyatı
Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olmuşdur. Onun atası Məmməd Hacıbəyov, anası isə Cahan Talışinskayadır.
1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirmişdir. 1950–1960-cı illərdə Özbəkistan SSR-də işləmiş, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilmişdir.[1]
XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləmişdir. 1970–1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun ("Bakıdövlətlayihə") direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olmuşdur. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə;1970–1972), Bakıda "Gülüstan" sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir.[1]
Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.[2]
2020-ci il martın 23-də vəfat edib.[3]
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
- Azərbaycan SSR Dövlət mükafatı — 1982 (Gülüstan sarayının layihəsinə görə)[2]
- "Şöhrət" ordeni — 19 aprel 2000
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003-cü ildən
Həmçinin bax
İstinadlar
- АСЕ, 1987
- "Nazim Hacıbəyovun 90 illiyi". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
- ""Gülüstan" sarayının memarı vəfat etdi". oxu.az. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.
Mənbə
- Назим Мәммәд оғлу Һаҹыбәјов // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 147.