Nazim Fərəcov
Nazim Fərəc oğlu Fərəcov (1960, Laçın) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Nazim Fərəcov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1960 |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Nazim Fərəcov 1960-cı ildə Laçın rayonunun Qazıdərə kəndində anadan olub. Orta təhsilini Laçın rayonunda alıb. 1978-ci ildə Azərbaycan xalq Təsərrüfatı (indiki İqtisadiyyat Universiteti) institutuna daxil olub. Oranı bitirdikdən sonra əmək fəaliyyətinə Sumqayıt şəhərində başlayıb. 1995–1996-cı illərdə Sumqayıt şəhər Ticarət İdarəsində baş direktor müavini, 1996–1998-ci illərdə Sumqayıt İctimai İaşə Trestinin direktoru vəzifəsində işləyib.
- Zakir Fərəcovun qardaşıdır.
Siyasi faəliyyəti
1998–2000 illərdə Sumqayıt Dövlət Əmlak Komitəsi Sumqayıt Bölgə Özəlləşdirmə idarəsində rəis müavini işləyib, eyni zamanda Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə mərkəzində baş direktor əvəzi, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi, Bakı şəhər Əhalinin Sosial Müdafiə idarəsində rəis və Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində müdir vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə keçirilən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 121 saylı Laçın seçki dairəsindən millət vəkili seçilib. Parlamentin Aqrar siyasət komitəsinin daimi üzvüdür. Ailəlidir, iki övladı var.