Nazim Abdullayev (polis)
Nazim Abdullayev (10 noyabr 1967, Laçın – 21 aprel 1994, Horadiz, Füzuli rayonu) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş döyüşçü, Birinci Qarabağ müharibəsi şəhidi.
Nazim Abdullayev | |
---|---|
Abdullayev Nazim Xanlar oğlu | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Tank ovçusu |
Doğum tarixi | 10 noyabr 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 1994 (26 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Rütbəsi | Polis Baş Serjantı |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
Nazim Xanlar oğlu Abdullayev 10 noyabr 1967-ci ildə Laçın şəhərində doğulmuşdur.[1] Laçın rayonu 1 saylı orta məktəbdə təhsil alıb.1983-cü ildə Laçın rayon 127 nömrəli Orta Texniki Peşə məktəbinin "Kənd tikinti ustası" ixtisasını qəbul olmuş və 1986-cı ildə bitirmişdir. Peşə məktəbini bitirdikdən sonra 1986–1988-ci illərdə Rusiyanın Vladivostok şəhərində hərbi xidmət keçmişdir.
Ermənilərin torpaqlarımıza göz dikdiyi andan silaha sarılaraq vətənimizin müdafiəsinə qalxmışdır.
1990-cı ildə Bakı Neft Kimya texnikumunun "Neft və qaz quyularının qazılması" ixtisasının əyani şöbəsinə qəbul olunmuşdur. Öz ərizəsi ilə 04 noyabr 1991-ci il tarixində "Neft və qaz quyularının qazılması" ixtisası üzrə qiyabi şöbəyə köçürülmüşdür və könüllü olaraq müharibəyə yollanmışdır ilk öncə 811 saylı Laçın alayının tərkibində daha sonra isə Laçın rayon Polis Şöbəsinə polis nəfəri kimi Serjant rütbəsində işə qəbul edilərək döyüşlərdə iştirak etmişdir.[2]
Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird, Zerti kəndləri və Kəlbəcər, Füzuli Horadiz-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıqla vuruşub.17 aprel 1994-cü ildə Polis Baş Serjantı rütbəsi almışdır.
1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şücaət göstərərək döyüş yoldaşlarının mühasirədən çıxması üçün öz canını fəda etmiş, qəhrəmancasına həlak olmuşdur[3].
Bakı şəhərində II Fəxri xiyabanda dəfn edilib. Subay idi.
Təltifi
Horadiz qəsəbəsi döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 18 dekabr 1993-cü il tarixli 77 saylı fərmanı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Laçın rayon polis şöbəsinin polis nəfəri Abdullayev Nazim Xanlar oğlu "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
İstinadlar
- "Laçın yurdu" jurnalı, № 2(9), Bakı, "Bəxtiyar-4" nəşriyyatı 2013, ("Şəhidlərimiz, and yerimiz" adlı xüsusi buraxılış))
- http://karabakhmedia.az/main/6323-lachin-f edaisi.html
- Ötərxan Eltac, "Tank-ovçusu"