Nazim Abdullayev (həkim)

Abdullayev Nazim Abdulla oğlu — (23 oktyabr 1938, Bakı2 aprel 2017, Şamaxı) Şamaxı şəhərində Mərkəzi Rayon Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin müdiri (19842017) işləmişdir. Ali dərəcəli həkim (1994), "Sosialist yarışmasının qalibi" (19761978), "SSRİ Səhiyyə əlaçısı" döş nişanı (1977), "Şərəf nişanı" ordeni (1981), Azərbaycan Respublikasının "Əməkdar həkim" fəxri adı (2006) ilə təltif edilmişdir. Ömrünün ikinci yarısını Şamaxı şəhərində yaşamışdır. Məşhur həkim və xeyriyyəçi kimi tanınmışdır.

Nazim Abdullayev
Nazim Abdulla oğlu Abdullayev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Şamaxı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Əminə Abdullayeva
Uşaqları Fərid Abdullayev,
Dilarə Abdullayeva,
Rauf Abdullayev
Atası Abdulla Abdullayev
Anası Rəhilə Atamalıbəyova
Milliyyəti azərbaycanlı
İxtisası nevropatoloq
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutu
Fəaliyyəti həkim
Mükafatları "Şərəf nişanı" ordeni
Azərbaycan Respublikasının
“ ƏMƏKDAR HƏKİM ” fəxri adı

Həyatı

Nazim Abdullayev 23 oktyabr 1938-ci ildə Bakı şəhərində jurnalist Abdulla Abdullayevin və Rəhilə xanım Atamalıbəyovanın ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun Mualicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1956-cı ildə sərbəst güləş üzrə Bakı şəhəri birinciliyində gənclər arasında I yerə layiq görülmüşdür. 1957-ci ildə sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında III yerə layiq görülmüşdür. 1958-ci ildə Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında I yerə layiq görülmüşdür. Tibb Universitetini bitirdikdən sonra, 1965-ci ildə İmişli, sonra isə Şamaxı şəhərinə təyinat almışdır və ömrünün sonuna dək Şamaxı şəhər MRX-nın Sinir xəstəlikləri şöbəsinin müdiri işləmişdir. Üç övladı var.

Nailiyyətləri və mükafatları

  • 1956-cı ildə sərbəst güləş üzrə Bakı şəhəri birincisi olmuşdur.
  • 1957-ci ildə sərbəst güləş üzrə Azərbaycan Azərbaycan SSR birinciliyində III yerə layiq görülmüşdür.
  • 1958-ci ildə sərbəst güləş üzrə Azərbaycan Azərbaycan SSR birincisi olmuşdur.
  • 1976 və 1978 – ci illərdə SSRİ SSRİ "Sosialist yarışmalarının qalibi" olmuşdur .
  • 1977–ci ildə SSRİ SSRİ Səhiyyə Nazirinin 298 №-li əmri ilə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilmişdir.
  • 1981-ci ildə SSRİ SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 26 iyun 1981-ci il sərəncamı ilə "ŞƏRƏF NİŞANI" ordeni ilə mükafatlandırılmışdır.
  • 1985-ci ildə Azərbaycan Azərbaycan SSR Səhiyyə Nazirliyinin 503-k №-li əmri ilə birinci dərəcəli həkim - nevropatoloq adı verilmişdir.
  • 1994-cü ildə Azərbaycan Azərbaycan Səhiyyə Nazirliyinin 430-k №li əmri ilə ali dərəcəli həkim – nevropatoloq adı verilmişdir.
  • 2006-cı ildə Azərbaycan Respublikasının "ƏMƏKDAR HƏKİM" fəxri adı ilə təltif edilmişdir.[1]

Mənbə

  • "Azərbaycan bədən tərbiyəçisi" qəzeri №41, 5 aprel 1966-ci il;
  • "Yeni Şirvan" qəzeti №82, 18 iyul 1968-ci il;
  • "Yeni Şirvan" qəzeti №67, 14 iyun 1969-cu il;
  • "Yeni Şirvan" qəzeti №86, 29 iyul 1969-cu il;
  • "Yeni Şirvan" qəzeti №70, 16 iyun 1973-cü il;
  • "Yeni Şirvan" qəzeti №71, 17 iyun 1978-ci il;
  • "Yeni Şirvan" qəzeti №135, 14 noyabr 1981-ci il;
  • "Yeni Şirvan" qəzeti №16, 6 fevral 1982-ci il;
  • "Yeni Şirvan" qəzeti №41, 8 aprel 1982-ci il;
  • "Yeni Şirvan" qəzeti №88, 27 iyul 1982-ci il;
  • "Yeni Şirvan" qəzeti №112, 21 sentyabr 1982-ci il;
  • "Yeni Şirvan" qəzeti №16, 20 fevral 1986-ci il;
  • "Yeni Şirvan" qəzeti №140, 28 noyabr 1987-ci il;
  • "Yeni Şirvan" qəzeti №143, 5 dekabr 1987-ci il;
  • "Yeni Şirvan" qəzeti №7, 16 yanvar 1987-ci il;
  • "İnsan hüquqları" qəzeti №03(51), 1-15 aprel 1997-ci il;
  • "Şəfqət" qəzeti №11(365), 2 iyun 2006-cı il;
  • "Prezident" qəzeti 5 iyul 2006-cı il.

İstinadlar

Xarici keçid

http://e-qanun.az/framework/12283

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.