Nazim Abbas
Nazim Hüseynqulu oğlu Abbasov (14 dekabr 1938, Lənkəran – 16 sentyabr 2000) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).
Nazim Abbas | |
---|---|
Digər adı | Nazim Abbasov |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (61 yaşında) |
Fəaliyyəti |
Rejissor Ssenarist Aktyor |
Fəaliyyət illəri | 1961–2000 |
Mükafatları |
Həyatı
Nazim Abbas 1938-ci ildə Lənkəran şəhərində anadan olub. 1961-ci ildə ADTİ-nin (indiki ADMİU) teatr və kino fakültəsini, 1972-ci ildə LDTM və Kİ-nin televiziya rejissorluğu fakültəsini bitirmişdir. 1961-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində rejissor köməkçisi, rejissor assistenti, rejissor, baş rejissor işləyib. 1979–1991-ci illərdə "Bakı" televiziya stansiyasının direktoru və baş rejissoru olmuşdur. 1993–2000-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru olmuşdur.[1] Yüzdən artıq televiziya filminə rejissorluq edib. Onun çəkdiyi filmlər Azərbaycan Televiziyasının qızıl fondunda qorunub saxlanılır.
Nazim Abbas işlədiyi 37 il ərzində 5 bədii, 17 musiqili və 127 sənədli filmlərin rejissoru və bəzilərinin ssenari müəllifidir. Nazim Abbasın çəkdiyi 12 film mükafat və prizlərə layiq görülüb.
Filmoqrafiya
- Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)-rol: İbrahim bəy, məşədi
- Astara (film, 1975)
- Astara (film, 1980)
- Aşıq Veysəl (film, 2001)
- Avşarlar (film, 1996)
- Azərbaycan vətənimdir. Nisim Nisimov (film, 1994)
- Badamlı (film, 1974)
- Bəxtiyar Vahabzadə (film, 1987)
- Bir az da Bahar bayramı (film, 1979)
- Bizi dağlarda axtarın (film, 1976)
- Bulaq başında (film, 1980)
- Buta (film, 1980)
- Cəsurlar kəndi (film, 1974)
- Daha iki nəfər (film, 1965)
- Daşın poeziyası (film, 1977)
- Dəmir ağac (film, 1971)
- Dvorjakın melodiyası (film, 1979)
- Ey, Vətən! (film, 1995)
- Əbədilik yolu ilə (film, 1975)
- Ədalət (film, 1971)
- Əliməmməd dayı (film, 2001)
- Ən dərin (film, 1965)
- Əzablı qurtuluş (film, 1993)
- Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999)
- Gəncə abidələri (film, 2000)
- Günəş ardınca, sağlamlıq ardınca (film, 1971)
- Hacı Arif (film, 1995)
- Həyat, sən kiminsən? (film, 1972)
- Xalq istedadları (film, 1974)
- Xan sarayı (film, 1993)
- Xiffət (film)
- İmadəddin Nəsimi (1973)
- İşğal (film, 1994)
- İşıq (film, 2000)
- Kəngərlilər (film, 1999)
- Kirov Azərbaycanda (film, 1976)
- Kirovabad (film, 1977)
- Küyçü Həmid (film, 2000)
- Qara ney (film, 1994)
- Qızıl gül olmayaydı... (film, 1965)
- Qızılağac (film, 1979)
- Qisas günü (film, 1993)
- Lenin Muğanda (film, 1965)
- Leyli və Məcnun (film, 1996)
- Maraqlı adamlar (film, 1999)
- Mənim Mingəçevirim (film, 1967)
- Mirvarid (film, 1998)
- Mirzə Babayev (film, 2001)
- Muğam (film, 2001)
- Muğanda bir kənd var (film, 1978)
- Naxçıvan (film, 1967)
- Oxu, tar (film, 1968)
- Ömrün yuxuları (film, 2001)
- Reportaj haqqında reportaj (film, 1964)
- Rəşid Behbudov (film, 1975)
- Rəşid Behbudov 20 il əvvəl (film, 1996)
- Səhhət (film, 1970)
- Səhhət (film, 1976)
- Səhnəmizin Yaşarı (film, 1996)
- Sənətinin Vaqifi (film, 1996)
- Sənsiz (film, 1998)
- Sirli salnamələr (film, 1995)
- Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
- Surxay Əsgərov. Sehrli səs. Videoalbom (film, 1998)
- Şanlı partizan (film, 1975)
- Tənha ruh (film, 1998)
- Tikdim ki, izim qala (film, 1997)
- Tikdim ki, izim qala. II film (film, 1997)
- Tikdim ki, izim qala. III film (film, 1998)
- Üç monoloq (film, 1974)
- Yeddinci horizont (film, 1974)
- Zaqatala (film, 1980)
- Zaqatala qızıl gülü (film, 1975)
- Zaqatalanın qızıl gülləri (film, 1972)
İstinadlar
- Azərbaycan Kinosu — Ensiklopedik lüğət. Elm və Təhsil. Bakı, 2017. s.25