Nazim Əliyev (hüquqşünas)
Nazim Kazım oğlu Əliyev (3 aprel 1970, Masallı rayonu) — hüquq elmləri doktoru.
Nazim Əliyev | |
---|---|
Nazim Kazım oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Hişkədərə, Masallı rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Hüquqşünas |
Təhsili | Bakı Dövlət Universiteti |
Elmi dərəcəsi |
|
Elmi adı | Hüquq üzrə elmlər doktoru |
Həyatı
Nazim Əliyev 3 aprel 1970-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1987-ci ildə Hişkədərə kənd orta məktəbini tam əla qiymətlər ilə bitirmişdir. Həmin dövrdə respublikamızda ali hüquq təhsili verən yeganə müəssisə olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaq üçün iki il iş staji tələb edildiyindən, o, Hişkədərə kənd sovxozunda fəhlə işləməyə başlamışdır.
1988-ci ildə hüquq fakültəsinə daxil olmaq üçün müəyyən edilmiş bu qayda ləğv edildiyindən, sənədlərini fakültənin qəbul komissiyasına təqdim etmiş və əla qiymətlər ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur.
1990-cı ildə Rusiya Federasiyasının Novosibirsk Dövlət Universitetində tələbə və aspirantlar arasında keçirilmiş beynəlxalq elmi konfransda etdiyi məruzəyə görə isə II dərəcəli diplom ilə mükafatlandırılmışdır.[1]
Elmi fəaliyyəti
1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşunaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Fakültəni yüksək qiymətlər ilə bitirdiyi üçün təyinat əsasında prokurorluq orqanlarında işləmək hüququ olmuşdur.
1993-cü ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında müstəntiq vəzifəsinə təyin edilmiş və 2001-ci ilə kimi həmin vəzifədə işləmişdir. Prokurorluqda işlədiyi müddətdə, əsasən, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqını aparmış, icraatında olan bütün işlər üzrə cinayətlərin açılmasına, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsinə nail olmuşdir. Peşəkar fəaliyyəti zamanı əldə etdiyi yüksək nəticələrə görə rütbə dərəcələrini vaxtından əvvəl almış və Baş Prokurorun müvafiq əmrləri ilə üç dəfə mükafatlandırılmışdır.
Əmək fəaliyyəti
Nazim Əliyev 2001-ci ilin noyabr ayından əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda davam etdirməyə başlamışdır.
26 mart 2005-ci ildə Bakı Dövlət Universitetində "Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən talama əməlləri ilə cinayət-hüquqi mübarizə" mövzusunda namizədlik (hüquq üzrə fəlsəfə doktoru) dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 12 iyul 2005-ci il tarixli qərarı ilə ona hüquq elmləri namizədi (hüquq üzrə fəlsəfə doktoru) elmi dərəcəsi, 22 iyul 2009-cu il tarixli qərarı ilə isə "Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ" ixtisası üzrə dosent elmi adı verilmişdir.
Nazim Əliyev 7 yanvar 2016-cı il tarixdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda respublikamızın və xarici dövlətlərin hüquq üzrə nüfuzlu alimlərinin birgə iştirakı ilə yaradılmış Dissertasiya Şurasında "Həyat və sağlamlıq əleyhinə iştirakçılıqla törədilən cinayətlərə görə məsuliyyətin diferensiasiyası problemləri (qanun, nəzəriyyə, praktika)" mövzusunda yazmış olduğu doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın 25 noyabr 2016-cı il tarixli qərarı ilə ona hüquq üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Nazim Əliyev hazırda AMEA Hüquq və İnsan haqları İnstitutunun "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin aparıcı elmi işçisi vəzifəsində işləyir. O, eyni zamanda Milli Aviasiya Akademiyasının "Hüquqşünaslıq" kafedrasının dosentidir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm və Tədris Mərkəzində, Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq olaraq prokurorluq və vergi əməkdaşları üçün akademik mühazirələr aparır.
Nazim Əliyev 3 monoqrafiyanın, 5 tədris-metodik vəsaitin, 145 elmi məqalənin (bunlardan 37-si xarici dövlətlərin nüfuzlu elmi jurnallarında çap olunmuşdur), 60-dan çox publisistik məqalənin müəllifidir. O, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən "Союз криминалистов и криминологов" regional ictimai təşkilatının və Rusiya Federasiyasının Voronej şəhərində İqtisadiyyat-Hüquq İnstitutunun təsis etdiyi "Sinergiya" elmi-təcrübi jurnalın beynəlxalq məsləhətçi şurasının üzvüdür.
Nazim Əliyev AMEA-da respublikada hüquq elminin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış hüquqşunas-alimlərdən ibarət İşçi qrupunun üzvü kimi fəaliyyət göstərir. 11 dekabr 2015-ci il tarixdə AMEA-nın 70 illik yubileyi münasibətilə və uzunmüddətli məhsuldar elmi fəaliyyətinə görə fəxri fərman ilə təltif olunmuşdur.
Elmi əsərləri
- Qabaqcadan əlbir olan bir qrupp şəxs tərəfindən törədilən talama əməlləri ilə cinayət-hüquqi mübarizə. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2006, 248 s.
- Cinayət hüququnda iştirakçılıq problemi: müasir yanaşma. Bakı, "Təknur" nəşriyyatı, 2011, 256 s.
- İştirakçılıq ilə törədilən qəsdən adam öldürmə cinayətlərinə görə məsuliyyət (monoqrafiya). Bakı, 2019, 516 s.
- Cinayət məsuliyyətinin diferensiasiyasında yüngülləşdirici və ağırlaşdırıcı halların rolu // Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası. 2007, № 2, s. 22–30.
- Cinayətdə iştirakçılığın bəzi subyektiv əlamətləri haqqında // Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası. 2008, № 4, s. 117–127.
- Cinayətdə icraçılıq: anlayışı, növləri və qanunvericilikdə tənzimlənməsi məsələləri // Azərbaycan MEA-nın Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. Bakı, "Elm", 2009, № 11, s. 324–341.
- Некоторые вопросы квалификации соучастия по уголовному законодательству Азербайджанской Республики // Журнал "Юрист". Алматы, ежемесячный, № 8 (98), август, 2009 г., c. 73–76.
- Cinayətə təhrikçilik: anlayışı, törədilmə üsulları və qanunvericilikdə tənzimlənməsi məsələləri // Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri. Bakı, "Elm" nəşriyyatı, 2009, № 4, s. 198–206.
- Некоторые вопросы дифференциации ответственности за соучастие по уголовному законодательству Азербайджанской Республики // Вicник Донецького нацiонального университету. Серiя В. Економiка i право. Донецк, 2009, № 2, c. 301–304.
- Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları əsasında iştirakçılığın tövsifi məsələləri // Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası. 2010, № 1, s. 20–29.
- Banditizmə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi haqqında // Azərbaycan MEA-nın Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. Bakı, "Elm", 2010, № 1–2. s. 370–381.
- Baş tutmayan iştirakçılığın anlayışı və tövsifi haqqında. Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri. 2010, № 2. Bakı, "Elm" nəşriyyatı, 2010. S. 148–161.
- Cinayət hüququnda "insan həyatı" və "yaşamaq hüququ" anlayışlarının qarşılıqlı əlaqəsi haqqında // Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri. Bakı, "Elm", 2010, № 6, s. 123–131.
- Azərbaycan Respublikasının ilk (1922-ci il) CM-də həyat və sağlamlıq əleyhinə iştirakçılıqla törədilən cinayətlərə görə məsuliyyətin tənzimlənməsi məsələləri // Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri. Bakı, "Elm" nəşriyyatı, 2011, № 4, s. 148–156.
- Azərbaycan Respublisının 1927 və 1960-cı illər Cinayət Məcəllələrində həyat və sağlamlıq əleyhinə iştirakçılıqla törədilən cinayətlərə görə məsuliyyətin tənzimlənməsi məsələləri: müqayisəli təhlil // Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası. 2011, № 4, s. 43–50.
- Убийство двух или более лиц, и повторное убийство по УК Азербайджанской Республики: анализ законодательства и вопросы ее совершенствования. Московская государственная юридическая академия имени О.Е.Кутафина. Евразийский юридический журнал № 4 (47). 2012. С. 33–36.
- Qabaqcadan əlbir olmayan bir qrup şəxs tərəfindən həyat və sağlamlıq əleyhinə törədilən cinayətlərin tövsifi məsələləri // Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri. Bakı, "Elm" nəşriyyatı, 2012, № 4, s. 127–137.
- Azərbaycan Respublikasında həyat və sağlamlıq əleyhinə olan cinayətlərin kriminoloji vəziyyəti haqqında // Milli Aviasiya Akademiyasının Elmi Məcmuələri. Bakı, 2013. Cild 15. № 3, s. 71–79.
- İştirakçılıq və cinayətkar qrup: problemlərə yeni baxış // Azərbaycan MEA-nın Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. Bakı, "Elm", 2013, № 1, s. 250–266.
- Некоторые вопросы совершенствования норм о понятии и признаках соучастия в уголовном законодательстве Азербайджана. "Право и политика". Москва, 2013, № 2 (158). С. 218–222.
- Qəsdən adam öldürmə cinayətlərində iştirakçılığın növlərinə görə cəza təyini məsələləri // Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası. Bakı, 2013, № 3, s. 48–59.
- О новом проекте ст. 120 Уголовного кодекса Азербайджанской Республики, устанавливающей ответственность за убийство / Актуальные проблемы правовой защиты публичных и частных интересов в Российской Федерации и Азербайджанской Республике: материалы международной научно-практической конференции. – М.: НОУ ВПО "МПСУ"; Воронеж: МОДЭК, 2014, с. 94–102.
- Роль и значение исторического метода в изучении вопросов дифференциации ответственности за убийство в уголовном праве Азербайджанской Республики / Актуальные проблемы развития вертикальной интеграции системы образования, науки и бизнеса: экономические, правовые и социальные аспекты: материалы II Международной научно-практической конференции 23–24 октября 2014 г., Т. 4 / под ред. С.Л.Иголкина. — Воронеж: ВЦНТИ, 2014, c. 9–14.
- О совершенствовании статей 120 и 126 УК Азербайджанской Республики, об ответственности за убийство и умышленное причинение тяжкого вреда здоровью // Российская академия наук. Институт государства и права. "Государство и Право". M., 2014, № 8, c. 65–70.
- Azərbaycan Respublikasının CM-də ananın yeni dogdugu uşağı qəsdən öldürməsi cinayətinə görə məsuliyyət: anlayışı, tövsifi və təkmilləşdirilməsi məsələləri // Milli Aviasiya Akademiyasının Elmi Məcmuələri. Bakı, 2014, CİLD 16, № 4, s. 92–102.
- Уголовная ответственность за незаконное врачевание по законодательству Азербайджанской Республики / Актуальные проблемы современного развития гражданского, международного морского, хозяйственного и транспортного права: материалы VII международной научно-практической конференции. Киев, КДАВТ, 2017. С. 329–334.
- Milli təhlükəsizliyin anlayışı və qanunvericilik təminatının bəzi aspektləri haqqında. "Qanun" elmi hüquq jurnalı. № 9 (275), 2017. S. 54–61.
- Vicdan azadlığı dövlət və din münasibətləri müstəvisində // Milli Aviasiya Akademiyasının Elmi Məcmuələri. Bakı, 2017, CİLD 19, № 2, s. 59–66.
- Ответственность медицинских работников за профессиональные преступления по законодательству Азербайджанской Республики / Актуальные проблемы современного развития гражданского, международного морского, хозяйственного и транспортного права: материалы VІІІ международной научно-практической конференции. Киев, КДАВТ, (11–12 апреля 2018). С. 271–276.
- Tibb fəaliyyəti sferasında törədilən ictimai təhlükəli əməllərin ümumi cinayət-hüquqi xarakteristikasının bəzi məsələləri. "Qanun" elmi hüquq jurnalı. № 10 (288), 2018. S. 83–95.[2]