Nazim Əlicanov
Nazim Nəzir oğlu Əlicanov (26 iyul 1970; Qax, Azərbaycan SSR) — 1991-1995-ci və 2000-2011-ci illərdə Azərbaycanı, 1996-1999-cu illərdə isə Moldovanı təmsil edən sərbəst güləşçi. 2002-ci il Avropa Çempionatının qalibi.
Nazim Əlicanov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Nazim Nəzir oğlu Əlicanov |
Vətəndaşlığı |
![]() ![]() ![]() |
Doğum tarixi | |
Doğum yeri | Qax, Azərbaycan SSR |
Boyu | 168 sm (5 ft 6 in) |
Çəkisi | 59 kq[1] |
İdman növü | Güləş |
Karyera illəri | 1982—2011 |
Məşqçisi | Elman Əzimzadə |
Həyatı
Nazim Nəzir oğlu Əlicanov 1970-ci il iyulun 26-da Qax şəhərində anadan olub. 1977-1984-cü illərdə Qax şəhər 3 nömrəli orta mətəbdə, 1984-1987-ci illərdə isə İdman Təmayüllü İnternat Mətəbində təmsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutundan, 2002-ci ildə isə "Təfəkkür" Universitetindən məzun olub. 1991-1996-cı illərdə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının sıralarında hərbi xidmətdə olub.
Ailəlidir. 2 övladı var.
Məşqçi fəaliyyəti
Nazim Əlicanov 2007-2009-cu illərdə qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi olub.
2002-ci ildə Azərbaycan Respublikası Prezidentı tərəfindən "Tərəqqi" medalı və 2008-ci ildə isə Fəxri diplomla təltif olunmuşdur.2010-cu ilin dekabr ayında ona Azərbaycan Respublikasının "Əməkdar məşqçisi" Fəxri adı verilmişdir. Hal-hazırda sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü və Beynəlxalq dərəcəli idman ustasıdır. Ailəlidir. İki övladı var.
Nəticələri
Gənclərin Dünya Çempionatı | ![]() |
|||
Avropa Çempionatı | ![]() |
|||
Dünya Çempionatı | ![]() |
|||
Dünya Çempionatı | ![]() |
İstinadlar
- Olympedia (ing.). 2006.