Nazan Ölçər
Nazan Əhməd qızı Ölçər (1942, İstanbul) — Türkiyə sənət tarixçisi, muzeyşünas, elmlər doktoru, professor, Xalça və kilim sahəsində dünya miqyasında tanınmış bir mütəxəssis, 1978–2003-cü illərdə Türk və İslam Əsərləri Muzeyinin müdiri kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən etibarən Sakıp Sabancı Muzeyinin müdiri.[1]
Nazan Ölçər | |
---|---|
türk. Nazan Ölçer | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1942 |
Doğum yeri | |
Fəaliyyəti | sənətşünas |
Həyat yoldaşı |
Həyatı və fəaliyyəti
Nazan Ölçər 1942-ci ildə İstanbulda anadan olmuşdur. Atası Azərbaycanın görkəmli mühacir alimi, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğludur.[2] Türk etnoqrafiyası sahəsində dərin biliyə malik olan atasının yanında xalça və kilim bilgiləri aldı. Orta mktəbi və lisey təhsilini Sankt Georg Avstriya Qız Lisesində tamamlamışdır.[3]
1962–1969-cu illər arasında Almanyanın Münxen Lüdviq Maximilian Universitetində etnologiya, erkən dövr tarixi, Yaxın Şərq tarixi və mədəniyyətləri sahələrində təhsil almşdır. Hans Joachim Kisslingin elmi rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə etmişdir. Universitet təhsili dövründə Münxen Universiteti Etnologiya Bölümü kolleksiyalarında muzeyçilik çalışmalarına başlamışdır. Universiteti bitirdikdən sonra Münxen və Vyana Etnologiya Muzeyləri, habelə Berlin İslam Sənətı Muzeyində təcrübə keçmişdir.
Türkiyəyə döndükdən sonra Anadolunun müxtəlif bölgələrində sosial və kulturoloji dəyişimi əhatə edən sahə çalışması və araştırmalar, arxeoloji təmsilçilikləri, Türkiyə, Avstriya və Almaniya Elmi Film Arxivləri için ənənəvi el sənətlərini sənədli film çalışmaları ilə Yıldız Üniversiteti Şehircilik Bölümü ilə Sosyal Bilimler Enstitüsündə müəllimlik etmişdir.[4]
1972-ci ildə Türk və İslam Əsərləri Muzeyində Xalça və Kilim şöbələrinin rəhbəri kimi çalışmağa başlamışdır.
1974-cü ildə həmin muzey içində ayrıca bir bölüm olaraq Etnoqrafya şöbəsini yaratmışdır. 1978–2003-cü illəri arasında həmin muzeyin müdiri olmuşdur.
1981-ci ildə muzeyin içərisində Türkiyənin yeganə Xalça və Tekstil Restavrasiya Laboratoraiyasını qurmuşdur. Süleymaniyyə Camisinin külliyəsindəki kiçik bir imarət binasında fəaliyyət göstərən müzeyi Sultanahmet bölgəsindəki İbrahim Paşa Sarayına köçürmüşdür. Önun müdir olduğu dönəmdə muzey 1984-cü ildə Avropa Şurasının düzənlədiyi İlin muzeyi yarışmasında jüri özəl ödülü almşdır. Növbəti il Avropa Şurası və YUNESKO tərəfindən gənc nəsillərə insanlığın ortaq mirasını ən gözəl yansıtan muzey seçilmışdır. Daha sonra "Avropa Şurası İlin Muzeyi" mükafatını qazanmışdır. Onun təşəbbüsü ilə muzeydə Kilim Sərgisi, Alman Ekspressionizmi Sərgisi, İtalyan Renessansı Sərgisi kimi önəmli sərgilər düzənlənmışdır.
2005-ci ildə Türk və İslam Əsərləri Muzeyi müdirliyindən təqaüdə çıxan Ölçər, Sakıp Sabancı Muzeyinin müdiri olmuşdur. Ənənəvi sənətlər, mədəniyyət dəyişimləri, Türk sənətinin müxtəlif janrları və muzeyçilik mövzusunda müxtəlif dillərdə əsərləri vardır. Bir çox beynəlxalq sərginin və sempoziumun təşkilat komissiyasında yer almış, kataloqlarını hazırlamış və həmin tədbirləri yönləndirmişdir.[5][6]
Əsərləri
- Türk ve İslam Eserleri Müzesi. İstanbul: Eren Yayıncılık, 1988
- Kilims-Museum Of Turkish And Islamic Arts. İstanbul: Eren yayıncılık, 1989, 208 s.
- Kilims-Museum Für Türkishche Und İslamische Kunst. İstanbul: Eren Yayıncılık, 1989, 208 s.
- In Pursuit of Excellence: Works of Art from the Museum of Turkish and Islamic Arts. 1993, 224 s. (with Oleg Grabar)
- Anatolian Carpets. İstanbul: Borusan Külter ve Sanat Yayınları, İstanbul: 1999, 295 s. (with Walter Denny)
- Image of the Turks in the 17th century Europe. İstanbul: Sakıp Sabancı Müzesi yayınları, 2005, 311 s.
- Blind Date Istanbul: İstanbul'da Habersiz Buluşma. İstanbul: Sakıp Sabancı Müzesi yayınları, 2007, 252 s. (with Arianne Grigoteit)
- Louvre Koleksiyonlarından Başyapıtlarla İslam Sanatının 3 Başkenti İstanbul, İsfahan, Delhi. İstanbul: Sakıp Sabancı Müzesi yayınları, 2008, 338 s. (Selmin Kangal və Filiz Çağmanla birlikdə)
- Bizantion'dan İstanbul'a bir başkentin 8000 yılı. İstanbul: Sakıp Sabancı Müzesi yayınları, 2010, 511 s.
Mükafatları
- 1989-cu ildə Türkiyə Cumhuriyyəti tərəfindən Mədəniyyət Nazirliyi mükafatı
- 1991 ildə Fransa Mədəniyyət Nazirliyi tərəfindən Sənət və Ədəbiyyat sahəsində Cəngavərlik Nişanı
- 1994-cü ildə Almanya Prezidenti tərəfindən I dərəcəli Ləyaqət Nişanı
- Polşa prezidenti tərəfindən "Bəyaz Kartal Nişanı"
- 1996-cı ildə İtaliya Prezidenti tərəfindən Cəngavərlik Nişanı
- 2005-ci ildə İtalya Prezidenti tərəfindən Ordinella della Stella mükafatları
- 2006-cı ildə Türkiyə Prezidenti Xarici İşlər Nazirliyi tərəfindən Üstün Xidmət mükafatı
- 2012-ci ildə Almaniya Prezidenti tərəfindən Yüksək Xidmət Ləyaqət Nişanı
- 2012-ci ildə Fransa Prezidenti tərəfindən Şərəf Nişanı
- 2003-cü ildə İsveçrənin Bern Universiteti tərəfindən ona "Mədəniyyətlərarası dialoq çalışmaları və beynəlxalq muzeyçilik sahəsindəki böyük xidmətlərindən görə" şərəf doktoru adı verilmişdir.
Mənbə
- Vilayət Quliyev. Son illərin yazıları, Bakı, "Ozan" nəşriyyatı, 2009
- Abid Tahirli. Türkiyəni dünyaya tanıdan xanım, "525-ci qəzet", 16 yanvar 2015
İstinadlar
- "MİLLİYET İNTERNET - PAZAR". web.archive.org. 11 apr 2018. Archived from the original on 11 April 2018. İstifadə tarixi: 4 February 2022.
- "Halife'nin tabloları". www.haberturk.com. 30 dek 2021. 2021-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
- "Nazan Ölçər, Dr". web.archive.org. 11 apr 2018. Archived from the original on 11 April 2018. İstifadə tarixi: 4 February 2022.
- "Direktörler | Sabancı Üniversitesi". www.sabanciuniv.edu. 2018-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
- "Atlı Köşk'te bir saraylı - ERDAL ŞAFAK". web.archive.org. 11 apr 2018. Archived from the original on 11 April 2018. İstifadə tarixi: 4 February 2022.
- "Dışişleri'nden 3 kadına üstün hizmet ödülü". www.hurriyet.com.tr. 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.