Naxçıvanskilər
Naxçıvanski — Azərbaycan xalqının tanınmış soylarından biri.
Naxçıvanskilər | |
---|---|
Titul | Xan |
Əcdadı | Kəlbəli xan Kəngərli |
Qohum soylar | Kəngərlinski, Kəlbəlixanovlar, Zülfüqarxanovlar Zamanbəyovlar |
Mənşəyi | Naxçıvan |
Təbəəliyi |
Naxçıvan xanlığı, Rusiya imperiyası |
Azərbaycan xanlıqlarından biri olan Naxçıvan xanlığının sonuncu xanı Kəlbəli Xan Kəngərli, onun oğlu Ehsan Xan Kəngərlinin daşıdıqları soyad.
Naxçıvanskilərin tarixdə ad qoymuş nümayəndələri:
- Ehsan xan Kəngərli-Naxçıvanski — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi.
- İsmayıl xan Naxçıvanski — hərbi xadim, tam süvari qoşunu generalı.
- Bəhman xan Naxçıvanski.
- Əmanulla xan Naxçıvanski — polkovnik, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsi, və hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin oğlu.
- Əkbər xan Naxçıvanski — azərbaycanlı məmur, Naxçıvan şəhər dumasının rəisi, mücahid.
- Həbib xan Naxçıvanski
- İsgəndər Maştafa
- Bəhram xan Naxçıvanski — Araz-Türk Cümhuriyyətinin görkəmli xadimlərindən biri, könüllü xalq dəstələrinin tərkibində tabor komandiri; Araz-Türk Cümhuriyyətinin Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə danışıqlar aparmaq üçün Bakıya ezam etdiyi nümayəndə heyətinin başçısı.
- Əkbər xan Naxçıvanski — azərbaycanlı məmur, Naxçıvan şəhər dumasının rəisi, mücahid.
- Kəlbəli xan Naxçıvanski — Naxçıvan xanzadəsi; Rus ordusunda general-mayor. Sonuncu Naxçıvan xanı Ehsan Xan Kəngərlinin oğlu, Çar Rusiyasının generalı Hüseyn Xan Naxçıvanskinin atası, İsmayıl Xan Naxçıvanskinin qardaşıdır.
- Hüseyn Xan Naxçıvanski — Rusiya imperiyasının azərbaycan əsilli hərbi xadimi. Tam süvari qoşunu generalı.
- Cəfərqulu Xan Naxçıvanski — görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli Xan Naxçıvanskinin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı, Cəmşid Naxçıvanskinin atası.
- Ehsan xan Naxçıvanski (III) — general-mayor. Görkəmli ictimai-siyasi xadim. III Kəlbəli xan, Araz-Türk Cümhuriyyətinin yaradıcısı, Cəfərqulu xan Naxçıvanskinin oğlu, məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı.
- Cəmşid Naxçıvanski — Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri (kombriq, 5 dekabr 1935). Kəngərli sülaləsinin sonuncu generalı.
- Kəlbəli xan Naxçıvanski — bəy,general-mayor.
- Davud xan Naxçıvanski — praporşik.
- Ehsan xan Naxçıvanski — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı.
- İsmayıl xan Naxçıvanski — hərbi xadim, tam süvari qoşunu generalı.
İstinadlar
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.