Naxçıvanda parlament seçkiləri (2020)
Naxçıvanda parlament seçkiləri (2020) — 9 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş növbədənkənar seçkilər.
← 2015 Növbəti → | ||||
Naxçıvanda növbədənkənar parlament seçkiləri (2020) | ||||
---|---|---|---|---|
9 fevral 2020 | ||||
Seçici fəallığı | 69.1%[1][lower-alpha 1] | |||
Rəhbər | İlham Əliyev | |||
Partiya | Yeni Azərbaycan Partiyası | |||
Tutulan yerlər | 42 | |||
Səslər | 126 144 (67.1%) |
|||
Dəyişən yerlərin sayı | ▬ | |||
Əvvəlki yerlərin sayı |
Zəmin
V çağırış Azərbaycan Respublikasının Milli Məclisi özünü buraxma qərarı aldıqdan sonra Azərbaycan Prezidenti parlamenti buraxaraq növbədənkənar parlament seçkiləri elan etmişdir. Bu qərarın ardınca Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov da Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 2020-ci il fevralın 9-na növbədənkənar seçkilər təyin etmişdir.[2]
Partiyalardakı vəziyyət
Hakim Yeni Azərbaycan Partiyası və Böyük Quruluş Partiyası seçkilərdə iştirak qərarı almışdır.[3]
Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot etmişdir.
Digər partiyalar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
Namizədlər
Böyük Quruluş Partiyası seçkilərdə 1 namizədlə mübarizə aparacağını elan etmişdir.[3]
Yeni Azərbaycan Partiyası 45 seçki dairəsindən 42-sində vahid namizədlə seçkilərə qatılmış, digər 3 seçki dairəsində isə bitərəf namizədləri dəstəkləmişdir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının seçkiləri boykot qərarına baxmayaraq, partiya üzvlərindən 1-i deputatlığa namizədliyini irəli sürmüşdür.[4]
Naxçıvan Muxtar Respublikasının 45 seçki dairəsi üzrə 140 deputatlığa namizəd qeydə alınmışdır.[4]
Seçki
Seçki günü bülletenlərdə 140 namizədin adı olmuş, onlardan 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü, digər 139-u isə hakim Yeni Azərbaycan Partiyası üzvü olmuşdur.[4]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4–15 saylı seçki məntəqəsində səs vermişdir.[5]
Nəticələr
22 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair qərar qəbul etmişdir. Beləliklə, 45 nəfər deputat seçilmişdir.[1]
Ümumi
Etibarlı | Etibarsız | Ümumi | |
Məntəqə sayı | 316 | 0 | 316 |
Dairə sayı | 45 | 0 | 45 |
Seçici sayı | - | - | 271 771 |
Səslər | 187 807 | 2 862 | 190 669 |
Seçici fəallığı | - | - | 69.1% |
Partiyalar üzrə
Mandat qazanan | |||||||
---|---|---|---|---|---|---|---|
Yeni Azərbaycan Partiyası | İlham Əliyev | 126 144 | 67.10% |
42 / 45 | ▬ | ||
Bitərəf | - | 3 / 45 | ▬ | ||||
Mandat qazanmayan | |||||||
Azərbaycan Xalq Cəbhəsi Partiyası | Əli Kərimli | 0 / 45 | ▬ |
Qeydlər
- Etibarsız səslərlə bərabər 70.16%
İstinadlar
- "Naxçıvan Ali Məhkəməsi Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiq edib". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
- "Naxçıvan Ali Məclisinə seçkilər təyin edilib - SƏRƏNCAM | Report.az". report.az. 2019-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
- "Naxçıvan Ali Məclisinə seçki kampaniyasına Bakıdan baxış". musavat.com. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
- "Naxçıvandakı seçkidən nə xəbər? - Novator.az" (az.). 2020-02-13. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.
- "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4–15 saylı seçki məntəqəsində səs verib". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-03.