Naxçıvanda Tu-134 təyyarəsinin qəzası

Naxçıvanda Tu-134 təyyarəsinin qəzası — 5 dekabr 1995-ci ildə "AZAL"a məxsus NaxçıvanBakı reysi ilə hərəkət edən "Tu-134" təyyarəsinin qəzası.

Naxçıvanda Tu-134 təyyarəsinin qəzası
Ümumi məlumatlar
Tarix
  • 5 dekabr 1995
Yer Naxçıvan, Azərbaycan
Ölkə
Sərnişin sayı 76
Komanda 6
Yaralı sayı 30
Ölü sayı 52
Təyyarə
Təyyarə modeli "Tu-134"
Havayolu şirkəti
Qalxma yeri Naxçıvan
İstiqamət Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Uçuş nömrəsi A-56
Qeydiyyat nömrəsi 4K-65703

Hadisə

Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Pilot təyyarəni şumlanmış sahəyə endirməyə qərar verib. Yüksək gərginlikli elektrik xəttinə toxunan təyyarə alışıb, 82 nəfərdən 52-si həlak olub.[1]

İstinadlar

  1. Vüqar Ələsgərov. "Azərbaycanla bağlı təyyarə qəzaları - XRONOLOGİYA". news.lent.az (azərb.). Lent.az. 23.01.2011. 1 February 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 may 2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.