Naxçıvanda əlavə parlament seçkiləri (2011)
Naxçıvanda əlavə parlament seçkiləri (2011) — 2011-ci ilin oktyabr ayında Naxçıvan Ali Məclisində boş qalan mandat üçün keçirilmiş əlavə parlament seçkiləri.
Naxçıvanda əlavə parlament seçkiləri | ||||
---|---|---|---|---|
2 oktyabr 2011 | ||||
Seçici fəallığı | 57.20% | |||
Rəhbər | İlham Əliyev | |||
Partiya | Yeni Azərbaycan Partiyası | |||
Tutulan yerlər | 1 |
Zəmin
2010-cu il Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilər ilə formalaşmış Naxçıvan Ali Məclisinin 6 saylı Çərçiboğan seçki dairəsi üzrə seçilmiş bitərəf siyasətçi Məmməd Yarəli oğlu Məmmədov 21 may 2011-ci il tarixində ölmüşdür.[1] Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 4 avqust 2011-ci il tarixli frəmanı ilə 6 saylı Çərçiboğan seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə oktyabrın 2-nə əlavə seçkilər təyin edilmişdir.[2]
Namizədlər
6 saylı Çərçiboğan seçki dairəsi üzrə Ali Məclisə deputatlığa 3 nəfər — 2 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 1 nəfəri isə bitərəf namizəd olmuşdur.
Seçki nəticələri
Ən çox səs toplamış Yeni Azərbaycan Partiyası üzvü Kamal Həsən oğlu Camalov həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir.
Ümumi
Məntəqə sayı | 8 |
Seçici sayı | 5 451 |
Səslərin sayı | 3 120 |
Etibarlı səslərin sayı | 3 118 |
Seçici aktivliyi | 57.20% |
Deputat sayı | 1 |
Dairə üzrə
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Bitərəf | |||
Yeni Azərbaycan Partiyası | |||
Yeni Azərbaycan Partiyası | Kamal Həsən oğlu Camalov | ||
Etibarlı səslərin sayı | 3 118 | 100 | |
Etibarsız səslərin sayı | 2 | - |
Qeydlər
İstinadlar
- ""Mətbuatda yaşayan işıq"". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-07.
- "6 saylı Çərçiboğan seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilərin təyin edilməsi haqqında NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI" (PDF). 2023-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-07.