Naxçıvan zərbxanası
Naxçıvan zərbxanası – erkən orta əsrlərdən Naxçıvan şəhərində fəaliyyətə başlamış sikkəkəsən zərbxana.
Mühit
Tarixi qaynaqlardan məlumdur ki, Naxçıvan şəhəri qədim zamanlardan mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Bu şəhər İranın, Gürcüstanın (xüsusilə Msxeti bölgəsinin) bir sıra iri şəhərləri ilə, Qara dəniz limanları, Kiçik Asiya və Beynəlnəhreyndəki şəhərlərlə sıx ticarət əlaqələri saxlayırdı. Əmtəə istehsalının artımıvə ticarətin inkişafı pul dövriyyəsinin inkişafına da vüsət verirdi.[1]
Tarixi
Naxçıvan şəhərində ilk zərbxana Sasani şahənşahı I Xosrov Ənuşirəvani – Adilin (531 – 579) hakimiyyətinin üçüncü ilində (534) təsis edildiyi bəllidir.[2] Bu zərbxana, Azərbaycandakı ən qədim zərbxanalardan biri hesab olunur.[3] Tarixçi – numizmat, prof. Y. A. Poxomovun fikrincə, əldə olunmuş, pəhləvi dilində “Naxç” işarəsi ilə kəsilmiş Sasani sikkələri Naxçıvan zərbxanasına məxsusdur.[4]
Sasanilər
Naxçıvan zərbxanasında Sasani hökmdarlarından IV Hörmüz (579 – 590), VI Bəhram Çubin (590 – 591), II Xosrov Pərviz (591 – 628), II Qubad (628), III Ərdəşir (628 – 629), Fərruxan Şəhrvəraz (629), V Hörmüz (631 – 632), III Xosrov (632), III Yezdəgird (632 – 651) və başqalarının adından gümüş dirhəmlər kəsilmişdir.[4]
Səlcuqlular və Atabəylər
Numizmatik materiallardan aydın olur ki, Böyük İpək Yolu üstündə yerləşən Naxçıvanın Şərq – Qərb ticarət əlaqələrində əhəmiyyətli rolu, buranın özündə ticarətin və sənətkarlığın inkişafı XI – XII əsrlərdə Naxçıvan zərbxanasında İraq Səlcuq sultanlarının, o cümlədən Azərbaycan atabəylərinin (Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Özbək və s.) adından mis dirhəm və felslərin zərbinin daha da artmasına səbəb olmuşdur.[5]
Monqol istilası
Monqol istilalarının (XIII əsr) ilk vaxtlarında Naxçıvan zərbxanasında “Uluq monqol ulusbəyi” yazısı ilə adsız gümüş dirhəmlər, Elxanilər dövründə (1256–1357) Hülakü xan və onun xələflərinin adlarından qızıl dinar, gümüş dirhəm və mis felslər, həmçinin Müzəffərilər, Cucilər, Cəlairilərin adından sikkələr zərb olunmuş, Əmir Teymurun “işğal zərbi” icra edilmişdir.[4]
Səfəvilər
Naxçıvan zərbxanası Səfəvilər dövründə daha gərgin fəaliyyət göstərmiş, burada I İsmayıl (1501–1524), I Təhmasib (1524–1576), II İsmayıl (1576–1577), Məhəmməd Xudabəndənin (1578–1587) adlarından gümüş şahı və məhəmmədi adlı sikkələr, I Abbas (1587–1629) və onun xələflərinin adından gümüş abbası, məhəmmədi və şahı adlı pullar zərb olunmuşdur.[6]
Səfəvi–Osmanlı müharibələri Naxçıvan zərbxanasının da fəaliyyətinə təsir göstərmiş, burada Osmanlı sultanlarının adlarından “işğal zərbi” icra edilmişdi.[7] Naxçıvan zərbxanası Azərbaycan xanlıqları dövründə də fəaliyyətini davam etdirmiş və burada adsız gümüş sikkələr, abbası və mis felslər zərb edilmişdir.[8]
Sikkə zərbi
İbtidai insanlar pul vasitəsi kimi əmək və ov alətlərindən, silah, mal-qaradan, balıq, xəz, ərzaq məhsullarından, bəzək əşyalarından, metal külcələrdən istifadə etmişlər. Neolit dövründən (e.ə.VIII-VII minilliklər) başlayaraq Dəclə, Fərat, Nil, Amudərya, Sırdərya, Hind, Qanq, Xuanxe, Yantsı, Kür və Araz çayları, həmçinin Urmiyə gölü hövzəsində məskunlaşmış tayfalar arasında ticarətdə mübadilə vasitəsi kimi xam və emal edilmis daş alətlərdən (obsidian və çaxmaqdaşı), kauri (qarnıyarıq), mineral daşlardan hazırlanmış muncuqlardan, tunc dövründən (e.ə.IV minillik) başlayaraq isə tunc qolbaqlardan, ox ucluqlarından, toksinlərdən (saxsı jetonlar) istifadə edilmişdir. Naxçıvanın neolit, eneolit və tunc dövrü abidələrindən onlarla bu tip maddi-mədəniyyət nümunələri aşkar olunub.
Qədim Naxçıvan tayfalarının metalla tanışlığından sonra istehsal vasitələri sürətlə inkişaf etməyə başlayır. Əmtəə mübadiləsinin xarici əlaqələri və sərhədləri xeyli gerıişlənir ki, bunlar da e.ə. II-I minilliklərin ayrıcında ayrı-ayrı əşyaların, yaxud məhsulların ümumi ekvivalent – pul rolu oynadığı ticarətə çevrilir.
E.ə.VIII əsrin əvvəllərində Egey dənizi hövzəsində – Lidiya və Yunanıstanda ilk metal pullar meydana çıxır. E.ə. VII əsrdə Lidiya hökmdarı Qiqes (Quqqu) elektradan (qızıl və gümüş qatışığı) sikkələr zərb etdirir. Onun varisi Krezin dövründə (e.ə. 560-546 illər) dövriyyəyə qızıl pullar buraxılır. Lidiya pul sistemi tezliklə Yunan ada dövlətlərinə də yayılır.
Azərbaycan tarixinə aid ən qədim sikkələr Albaniya dövlətinə aiddir. Təxminən 2300 yaşı olan bu pulların bir üzündə Makedoniyalı Aleksandrın (bənzətmə təsviri), digər üzündə isə taxtda oturmuş, bir əlində qartal, digər əlində əsa tutmuş Zevsin təsviri verilib[9].
Araşdırmalar sübut edir ki, Naxçıvan şəhərində sikkə zərbinin ən azı 1500 il yaşı vardır. Eramızın III əsrində Atropatena və Albaniya əraziləri Sasanilər tərəfindən işğal olunur. Naxçıvan şəhəri Sasanilərin inzibati mərkəzlərindən birinə çevrilir. Numizmatik materiallar arasında Sasanilərə məxsus üzərində “Naxçıvan” yazılan gümüş draxmalar vardır.
İbtidai insanlar pul vasitəsi kimi əmək və ov alətlərindən, silah, mal-qaradan, balıq, xəz, ərzaq məhsullarından, bəzək əşyalarından, metal külcələrdən istifadə etmişlər. Neolit dövründən (e.ə.VIII-VII minilliklər) başlayaraq Dəclə, Fərat, Nil, Amudərya, Sırdərya, Hind, Qanq, Xuanxe, Yantsı, Kür və Araz çayları, həmçinin Urmiyə gölü hövzəsində məskunlaşmış tayfalar arasında ticarətdə mübadilə vasitəsi kimi xam və emal edilmis daş alətlərdən (obsidian və çaxmaqdaşı), kauri (qarnıyarıq), mineral daşlardan hazırlanmış muncuqlardan, tunc dövründən (e.ə.IV minillik) başlayaraq isə tunc qolbaqlardan, ox ucluqlarından, toksinlərdən (saxsı jetonlar) istifadə edilmişdir. Naxçıvanın neolit, eneolit və tunc dövrü abidələrindən onlarla bu tip maddi-mədəniyyət nümunələri aşkar olunub.
Qədim Naxçıvan tayfalarının metalla tanışlığından sonra istehsal vasitələri sürətlə inkişaf etməyə başlayır. Əmtəə mübadiləsinin xarici əlaqələri və sərhədləri xeyli gerıişlənir ki, bunlar da e.ə. II-I minilliklərin ayrıcında ayrı-ayrı əşyaların, yaxud məhsulların ümumi ekvivalent – pul rolu oynadığı ticarətə çevrilir.
Zaman keçdikcə insanlar əmtəə mübadiləsini metal sikkələrlə əvəz etməyə başlayırlar. E.ə.VIII əsrin əvvəllərində Egey dənizi hövzəsində – Lidiya və Yunanıstanda ilk metal pullar meydana çıxır. E.ə.VII əsrdə Lidiya hökmdarı Qiqes (Quqqu) elektradan (qızıl və gümüş qatışığı) sikkələr zərb etdirir. Onun varisi Krezin dövründə (e.ə. 560-546 illər) dövriyyəyə qızıl pullar buraxılır. Lidiya pul sistemi tezliklə Yunan ada dövlətlərinə də yayılır.
Hələlik Azərbaycan tarixinə aid ən qədim sikkələr Albaniya dövlətinə aiddir. Təxminən 2300 yaşı olan bu pulların bir üzündə Makedoniyalı Aleksandrın (bənzətmə təsviri), digər üzündə isə taxtda oturmuş, bir əlində qartal, digər əlində əsa tutmuş Zevsin təsviri verilib[9].
Araşdırmalar sübut edir ki, Naxçıvan şəhərində sikkə zərbinin ən azı 1500 il yaşı vardır. Eramızın III əsrində Atropatena və Albaniya (Müasir Şimali və Cənubi Azərbaycan) əraziləri Sasanilər tərəfindən işğal olunur. Naxçıvan şəhəri Sasanilərin inzibati mərkəzlərindən birinə çevrilir. Numizmatik materiallar arasında Sasanilərə məxsus üzərində “Naxçıvan” yazılan gümüş draxmalar vardır.
Şah I İsmayılın (1501-1524-cü illər) sikkələri 70-dən çox zərbxananı-şəhəri təmsil edir[10]. Səfəvi şahlarından I İsmayılın (1501-1524), Süleyman şahın (1666-1694), Sultan Hüseynin (1694-1722-ci illər), II Təhmasibin (1722-1732-ci illər) Naxçıvanda, I Təhmasib (1524-1576) və Məhəmməd Xudabəndənin (1578-1587-ci illər) Ordubadda zərb edilmiş gümüş şahı və abbasıları vardır.
İstinadlar
- R. A. Məmmədov – Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü), Bakı, 1977, səh 36 - 43
- А. Раджабли – Нумизматика Азербайджана, Баку, 1977, ст. 123
- А. Раджабли – Нумизматика Азербайджана, Баку, 1977, ст. 125
- Е. А. Похомов – Монеты «Нахчавана», Az. SSR EA – nın Xəbərləri, 1949, № 5
- А. Раджабли – Нумизматика Азербайджана, Баку, 1977, ст. 46
- А. Раджабли – Нумизматика Азербайджана, Баку, 1977, ст. 83
- R. A. Məmmədov – Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü), Bakı, 1977, səh 158
- А. Раджабли – Нумизматика Азербайджана, Баку, 1977, ст. 85
- Rəcəbli Ə. Azərbaycan sikkələri. Bakı, Xalq Bank, 2012, s.42-43.
- Раджабли А. Монетное дело Азербайджанского государства Сефевидов Arxivləşdirilib 2023-06-12 at the Wayback Machine. Баку, «Зия», 2014, с.209.