Naxçıvan soyqırımları

Naxçıvan soyqırımları - XX əsr boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisində XIX əsrdə buraya köçürülmüş ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları

Naxçıvan soyqırımları
Tarix 1905-1907 1918-ci illər
Yeri Naxçıvan, Qafqaz, Azərbaycan
Münaqişə tərəfləri

Azərbaycan Araz-Türk Cumhuriyyəti Naxçıvan

SSRİ Bolşeviklər
Ermənistan Daşnakstyun

    Tarixi arayış

    Tarixi həqiqətləri təhrif edərək 1915-ci ildə Osmanlı dövründə soyqırıma uğradıqlarını qəbul etdirməyə çalışan ermənilər, öz etdiklərini müxtəlif yollarla gizlətməyə çalışsalar da, sənədlər işığında ermənilərin türklərə qarşı soyqırım siyasəti yeritdikləri ortaya çıxmışdır. “Böyük Ermənistan” ideologiyasından hərəkətlə, Anadolu türkləri ilə yanaşı XX. əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı da qırğınlar edilmiş, insanlar torpaqlarından sürgün edilmişlər. Şübhəsiz ki, Şərq Anadolu və Azərbaycan türklərinə qarşı edilən işgəncə və həyata keçirilən qırğınlar Rusiya, İngiltərə və digər xarici qüvvələrin dəstəyi sayəsində mümkün olmuşdur. Bir sıra məqsədlər uğruna Müsəlman Türk insanını qətl edən və Türk izlərini tarixdən silməyə çalışan ermənilər Azərbaycanın digər bölgələrində olduğu kimi Naxçıvanda da terror və qırğınlar etdilər. Ermənilər tərəfindən edilmiş olan qırğınların səbəblərini analiz etmək üçün, ilk növbədə, məsələnin ideoloji və siyasi mahiyyətini araşdırmaq lazımdır.

    Erməni Milli doktrinası “Böyük Ermənistan ideologiyası”dır. Hai-Taht Doktrinasının əsas sütununu təşkil edən və daha çox mistik, mifoloji hekayələrlə dolu olan bu ideologiya əsas olaraq erməni kilsəsi və ziyalıları tərəfindən əsrlərdir yaşadılan və hər şeyə rəğmən tətbiq olunması nəzərdə tutulan milli dəyərlərin doktrinası halına gətirilmişdir. Özlərinin Tanrı tərəfindən “seçilmiş millət” olduqlarını düşünən və öz ideologiyaları ilə Yəhudi ideologiyası arasında bənzərlik qurmağa çalışaraq ermənilər Şərq Anadolu və Azərbaycanın Hz. Nuh tərəfindən onlara vəd edildiyini iddia edirlər. Bununla da kifayətlənməyərək “seçilmiş millət” olmaları səbəbiylə kilsənin də ilk dəfə Ermənistanda qurulduğunu, özlərinin xristianlığın Qafqazdakı qalası və varisləri olduğunu, irəli sürməkdə, ilk xristian dövlət və millətin də Ermənistan və ermənilər olduğunu iddia etməkdədirlər.[1][2][3][4][5]

    Erməni iddialarına görə, Azərbaycan “Böyük Ermənistan”ın ayrılmaz parçasıdır, Şərq Ermənistan olaraq bilinir.[6][7] Məlum olduğu kimi, Şərq Anadolu da Qərbi Ermənistan olaraq önə sürülür. Hai-Taht doktrinasına görə, Naxçıvana da ehtiva edən bu bölgələr “itirilmiş torpaqlar”dır. Ermənilər tərəfindən edilən qırğınların əsasını da məhz bu “itirilmiş torpaqlar” iddiası meydana gətirməkdədir. Erməni Milli ideologiyasına görə, “itirilmiş torpaqlar”ın qaytarılması üçün seçilən ən uyğun vasitələr da silahlı mübarizələr, terror və cinayətlərdir. Erməni ideoloqlarından Qrant Markaryan bunları ifadə etməkdədir: “Dünyada qanunların deyil, güc hegemonluğu hakim olduğu müddətcə Taşnaksütyun siyasi və ideoloji hərəkətlə yanaşı, qanuni və inqilabçı güc olaraq varlığını davam etdirmək məcburiyyətindədir”.[8]

    Bu düşüncəyə görə, həmin üsullar haqq və ədalətin gerçəkləşdirilməsi məqsədi ilə məqbul və mümkün vasitə kimi mənimsənir. Bunu digər Taşnaksütyun ideoloqlarından Eduard Oganesyan'ın münasibətində daha aydın görmək mümkündür: “Ədalət müqəddəs bir dəyər qədər daim qanundan yüksəkdə dayanmır. Bu müqəddəs dəyərin reallaşması üçün qanunları nəzərə almamaq, hətta lazım gəlsə zor yolu ilə aradan qaldırmaq mümkündür”. [9]

    Düşüncə, göründüyü kimi çox açıqdır. Məsələnin siyasi çərçivədə incələnməsi məsələsinə gəlincə, beynəlxalq diplomatiyada 1877-1878 Osmanlı-Rus müharibəsi və Berlin Konqresi sonrasında ortaya çıxan Erməni məsələsinin dərin kökləri əslində XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi, dolayısı ilə 1828-ci il tarixli Türkmənçay müqaviləsi ilə başlayır. XIX əsrin əvvəllərində və sonrakı dövrlərdə davam edən soyqırımların, eyni zamanda günümüzdə Ermənistan ilə Azərbaycan arasındakı qarşıdurmaya səbəbiyyət təşkil edən Qarabağ probleminin kökünü də heç şübhəsiz Türkmənçay Andlaşmasında axtarmaq lazımdır. XIX yızyılın ilk illərindən etibarən Rusiyanın tətbiq etdiyi “ermənilərin köçürülməsi siyasəti” Azərbaycan torpaqlarının demoqrafik strukturunun Rusiyanın maraqları istiqamətində formalaşmasına səbəb olmuşdur. Rusiya ermənilərin Azərbaycana köç etmələrini təmin etmək üçün İrəvan və Naxçıvanda köç komitələri meydana gətirmiş və köç edənlərə xüsusi imtiyazlar vermişdir. Bu kontekstdə ermənilər Şimali Azərbaycanda Naxçıvan, İrəvanQarabağda məskunlaşdırılmış və bu şəkildə Azərbaycan torpaqlarının demoqrafik strukturu ermənilərin lehinə dəyişmişdir.

    Ermənilərin Cənubi Qafqaza, xüsusilə də Azərbaycana 1828-ci il tarixli Türkmənçay müqaviləsindən sonra gəldikləri tarixi bir həqiqətdir. Mənbələrdə bu məskunlaşdırılma siyasətinin Azərbaycan türklərinin evlərinə zorla sahib olaraq qeyri-qanuni yollarla reallaşdığı qeyd olunur.[10][11]

    Evləri əllərindən alınan Azərbaycan türklərinin böyük əksəriyyəti ya yox edildi və ya köçə məcbur edildi.[12] Müsəlman türk əhalinin yox edilməsi ya da köç etmə məcburiyyətində buraxılması rusların bu bölgənin demoqrafik strukturunun İrandan və Osmanlı imperiyasından gətirilmiş ermənilər sayəsində dəyişdirilməsinə böyük şərait yaratdı. Bu köç hərəkətlərinin ağır bir nəticəsi olaraq ermənilərin bir qisminin yerləşdirildiyi İrəvan və Naxçıvan xanlıqları, 1828-ci ildə “Erməni Vilayəti” deyilən yeni bir dövlət inzibati vahidinə çevrildi.[13]

    Osmanlılara və Türk Qacarlara qarşı tampon bölgə meydana gətirməyi qarşıya qoyan Rusiya “Erməni Vilayəti”ni meydana gətirməklə Ermənilər üçün gələcəkdə qurulacaq Ermənistan dövlətinin də əsasını qoymuş oldu. Radikal milliyyətçi fikirləri ilə tanınan Zori Balayan “Ocaq” adlı kitabında “1828-ci ildə məşhur Türkmənçay müqaviləsi olmasaydı, rus əsgərləri olmasaydı, günümüzdə müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni yaşayış mərkəzləri olmayacaqdı”, deyərək gerçəkləri ifadə etməkdədir.[14]

    Rusiya bölgədə ermənilərin demoqrafik strukturunda ciddi dəyişikliklərin edilməsi üçün İrandan sonra Osmanlı dövlətindən də köç işini sürətləndirdi. 1829-ci il tarixli Ədirnə anlaşmasına əsasən 84 min erməni Osmanlının bəzi bölgələrindən Azərbaycan torpaqlarına gətirildi.[15][16]

    Çar Rusiyası tərəfindən Erməni Vilayətinin yaradılması heç şübhəsiz öz təsirini göstərdi və ermənilərin torpaq iddialarına zəmin hazırladı. Torpaq ididaları və Böyük Ermənistan iddiaları böyük dövlətlərin siyasi münasibətləri çərçivəsində qloballaşdı. 1870-ci illərə qədər böyük dövlətlərin siyasi münasibətlərində "Erməni Məsələsi" olmamışdır. Lakin müstəmləkəçilik siyasəti genişləndikcə və Rusiya ilə İngiltərə arasında rəqabət qızışdıqca ermənilər bu yolda dini, milli-siyasi metoda çevrildilər.

    “Böyük dövlətlər” anlayışını boş yerə istifadə etmirik. Çünki böyük dövlətlərin siyasi münasibətləri və diplomatik müdaxiləsi olmadan heç bir milli problem “qlobal məsələ” səviyyəsində diqqəti çəkməz. Keçmişə nəzər salsaq görərik ki, Rusiya Balkanların qısa tarixi müddət içərisində öz maraqları baxımından strateji rol oynayamadığını anlayınca Osmanlıya qarşı yeni planlar hazırlaması üçün siyasi-ideoloji metodları olan “ənənəvi erməni kartı”na müraciət etdi. Daha doğrusu, “Erməni məsələsi”nə öz geosiyasi planlarında xüsusi bir yer ayırmağı məqsədlərinə və maraqlarına uyğun gördü. Və qısa bir müddət sonra qurulacaq olan erməni komitələrindən də faydalanmağa çalışdı. Rusiya erməni üsyanları və qarğaşalarını çıxarmaqla Avropaya və orada cərəyan edən hadisələrə müdaxilə etmək yollarını axtarırdı. Ümumiyyətlə, “Erməni məsələsi” ilə ciddi şəkildə maraqlanan böyük dövlətlər, əslində öz siyasətlərində ermənilərdən bir vasitə olaraq istifadə üstünlük vermişlər. Dünya qədər köhnə olan “parçala və hökm et” ifadəsinin şüurlarına hakim kəsilən ingilislərin çox məşhur diplomatlarından Lord Kerzonun söylədikləri olduqca düşündürücüdür: “Türkiyə müsəlmanları ilə digər şərq ölkələrinin müsəlmanları arasında tampon bir dövlətin yaradılması qaçılmazdır. Problemin aradan qalxması üçün yeni Erməni dövləti təzahürünə xristian bir birliyin yaradılması vacibdir”.[17]

    “Erməni məsələsi”nin böyük dövlətlər tərəfindən gündəmə gətirilməsi, antitürk düşüncəsindən qidalanan erməni millətçiliyi üçün bu günə qədər mühüm mənəvi-siyasi atmosfer yaratmışdır. Separatizm anlayışından faydalanmaq erməni kimliyinin tarixi inkişafı məntiqindən doğsa da, daha çox erməni milliyyətçiliyinin ayrılmaz parçasına çevrilmişdir və bu gün də erməni şovinistlərinin şüurunu bəsləyir. Qeyd edək ki, “Böyük Ermənistan” idealını erməni milliyyətçiliyinin mental elementi olaraq formalaşdıran müxtəlif erməni təşkilatları və partiyaları da Avropa ölkələrində və Rusiyada ortaya çıxmışdır.

    Rusiya və Qərbin da dəstəyini alan ermənilər öz iddialarını şiddət yolu ilə reallaşdırmağı uyğun gördülər. 1870-ci illərdən etibarən aktiv olaraq canlanmağa başlayan erməni ideoloqları erməni kimliyini ən radikal şəkildə bölgədəki xalqlar üzərində yaymağa çalışırdılar. Daşnaksütyun bu kimliyin bir növ lokomotivi rolunu oynayırdı.

    1890-cı ildə erməni millətçiləri bir neçə təşkilatın çətiri altında təşkilatlanmışdılar. Bu tarixdə erməni təşkilatlarının sürətlə silahlandıkları müşahidə edilir. Bunun üçün səbəb olaraq özlərini qorumaq hüququndan faydalanmaq üçün bir bəhanə uydurulmuşdur. Anadoludakı erməni birlikləri arasında daimi olaraq hər həftə yığıncaqların təşkil edilir və bu yığıncaqlarda erməni milli kimliyinə dair təhrikedici xüsusiyyətdə müzakirələr aparılır, eyni zamanda ermənilərdə türklərə və digər müsəlman birliklərə qarşı nifrət hissinin meydana gəlməsinə çalışılırdı. Təşkilatlanmalar qısa zamanda Anadolunun daxilində yaşayan bütün ermənilər arasında yayıldı. 1890-cı ildən etibarən Anadoluda erməni qiyamları getdikcə genişlənməyə başladı.

    Yeganı millət və dövlət şüuru ilə qızışan, üstəlik Anadoluda silah təcrübəsi qazanmış olan erməni birlikləri öz fəaliyyətlərini Qafqaz bölgəsinə də yaydılar və “Dənizdən dənizə Böyük Ermənistan” ideologiyasının reallaşması üçün ikinci cəbhəni, yəni Azərbaycan cəbhəsini açdılar. Çünki Azərbaycanda onları maraqlandıran bir problem meydana çıxmışdı: Bakının neft şəhəri mövqeyinə yüksəlməsi.

    Bakı ən əhəmiyyətli pul qaynağı idi və ermənilər baxımından onların siyasi iddilarını reallaşdırmaq üçün zəmin hazırlayabilirdi. Bu iqtisadi güc bölgəyə çox sayda erməninin axın etməsinə gətirib çıxarmışdır. Bakı əhalisinin ən zəngin seqmentini ermənilər meydana gətirməkdəydi. Məşhur polyak tədqiqatçısı Tadeus Svyatoçovski yazırdı ki, müsəlmanlardan daha sürətli addımlarla modernləşməyə qədəm qoyan ermənilər Bakıda iqtisadi baxımdan qazançlı çıxdılar. 1872-ci il neft imtiyazları tenderinde ermənilərin aldıqları hissə müsəlmanlarınkından 10 qat daha çox idi. Müsəlmanlarınkı %5 idisə, ermənilərinki bunun 10 qatı idi. 167 neft firmasından 49-u azərbaycanlıların – ki, bunlar kiçik firmalar idi, 55-i isə ermənilərə aid idi ki, bu da orta və irimiqyaslı firmalar idi. Həmin firmaların başında duranlar zəngin erməni ailələri olan Mailovlar, Liazanovlar, Aramyantlar, Tavetosyanlar və Mantoşyanlar idi. Həqiqətən də Bakıda iqtisadi olaraq böyük gücə sahib olan erməni burjuaziyası meydana gəlmişdi. Bu burjuaziya böyük iqtisadi güc idi və bölgəyə çox sayda erməni əhalisini çəkirdi. Erməni kapitalistləri olan Mantaşyan, Liazanov, Mirzoyevin sahib olduqları müəssisələrdə çalışan işçilərin hamısı ermənilərdən ibarət idi. Yəni bir nəfər də olsun azərbaycanlı yox idi. Bu vəziyyət ermənilərin milli baxımdan necə təşkilatlandığının, ermənilər arasında millətçiliyin necə bir həddə çatdığının bariz nümunəsidir. Qərb alimlərindən Sani (G.R.Suny) yazırdı ki, müsəlman türklər, yəni azərbaycanlılar üçün bağlılıq birinci olaraq dindir, ermənilər üçün isə sinif deyil, millətçilikdir.[18]

    Həqiqətən də nəinki Bakıda, bütün Azərbaycanda, Qafqazda ermənilər erkən deyilə biləcək bir tarixdə millət şüuruna qovuşmuşdular. Bu milli şüurun güclənməsində Qriqoryanlıq anlayışının da böyük təsiri olmuşdu. Demoqrafik baxımdan azərbaycanlılar böyük üstünlüyə sahib olsalar da, millətin əksəriyyəti cahil idi və dini duyğuları milli kimlik olaraq tanıyırdılar. Bu baxımdan, o dövrdə münaqişə baş verəndə məsələni erməni-azərbaycanlı davası olaraq deyil, erməni-müsəlman davası adlandırırdılar. Digər bir tərəfdən, işsizlər ordusu da azərbaycanlılardan mütəşəkkil idi. Təsəvvür edin ki, ermənilər arasında sərbəst iş yerləri açanların nisbəti %4,83 ikən və getdikcə artarkən, azərbaycanlılar arasında bu nisbət %0,7-yə ancaq çatırdı.

    Millət şüuru ilə güc qazanan ermənilərin Türkiyə və Azərbaycan ayırd etmədən bütün türklərə yönəlik milli nifrət duyğuları hər sahədə özünü göstərirdi. Bu nifrət psixologiyası teatr oyunlarına belə əks olunmuşdu.

    Türkiyədə erməni qarğaşaları başlamazdan əvvəl 1891-ci ilin yanvar ayında, Bakıda Hacı Zeynalabidin Tağıyev adına teatrda, Safrazyan'ın 4 hissədən ibarət əsəri səhnəyə qoyulmuşdu. Səhnənin birinci hissəsində, erməni qadınına işgəncə edən bir türk təsvir edilmiş, ikinci hissədə qadının öz müstəqilliyi üçün mübarizəsi, üçüncü hissədə qadının türkü öldürməsiylə başlayan xoşbəxtliyi, dördüncü hissədə isə gənc trməni qızı timsalında müstəqilliyinə qovuşmuş Ermənistan təsvir edilmişdi. Əsərin müəllifi Safrazyan, bu əsərə görə mükafatlandırılmışdı. Bu mənbə, Qafqaz Qubernatorluğu tərəfindən 7 fevral 1891-ci ildə Bakı qubernatoruna göndərilən məktubdan alınmışdır.[19]

    Naxçıvanda erməni-müsəlman münaqişəsi (1905-1907)

    Ermənilərdə milli şüur türk düşmənliyinə paralel olaraq formalaşırdı. Əlbəttə, bu düşmənliyi qızışdıranlar yalnız erməni milliyyətçi partiyaları və ya Erməni Kilsəsi deyildi, bundan daha çox faydalanan Rusiyanın rolunu da qeyd etmək lazımdır. O dövrdə Rusiyanın Qafqazdakı qubernatoru Vorontsov-Daşkov çar II Nikolaya yazdığı məktubunda “münaqişənin başlanması üçün kiçik bir bəhanənin kifayət edəcəyini” bildirmişdi. Bu kiçik bəhanə nə ola bilərdi? Bir adamın qətlə yetirilməsi ilə başlayan kiçik bir qığılcım böyük bir patlayışın xəbərçisi ola bilərdi. Bir adamın qətlə yetirilməsi ilə milli münaqişə başlayacaq, sonra Rusiya hər iki tərəfi də silahlandıracaqdı.

    Qafqaz xalqlarının bir-birilərinə düşmən kəsilmələri Rusiya üçün vacib idi. Erməni ideologiyası, onların dövlət qurmaq arzuları, həyata keçirilən qırğınlar Rusiyanın maraqlarına zidd olmadığı kimi Azərbaycan və Anadolu türklərinə qarşı vasitə olması etibarilə də uyğunluq təşkil etməkdə idi.

    İlk münaqişə Bakıda baş verdi. Bir Azərbaycan türkü erməni komitəçiləri tərəfindən qətlə yetirildi. Bu vəziyyət müsəlman əhalini kədərləndirsə də, ağsaqqlalar tərəfindən intiqam üçün hökm verilmədi. Nəhayət, bir türk məhbusu yolda apararkən erməni əsgəri tərəfindən o da günahsız yerə öldürüldü. 6 fevral 1905-ci ildə başlayan erməni-türk münaqişəsi Gəncədə, İrəvanda, Tiflisdə, Naxçıvanda və Azərbaycanın digər bölgələrində bir il ərzində dinmədi.[20]

    Amerikalı alim Castin Makkarti münaqişənin hansı səbəblərdən ortaya çıxması ilə bağlı yazır ki, çar Rusiyası hər iki millət arasında baş verən münaqişəni öz maraqları baxımından faydalı görürdü. Çünki Rus imperiyasına qarşı qalxmaqdansa hər iki millətin müharibəsi daha sərfəli idi. Əvvəla, Rusiyanın başı Yaponlarla müharibəyə qarışmışdı. Buna görə də arxasını sağlama alsın deyə, imperiyaya cənubdan təhdid olmasın deyə milli ədavəti qızışdırdı.[21]

    1905-ci il hadisələrinin şahidi olan M.S.Ordubadi münaqişənin ortaya çıxmasının səbəblərini belə izah edir:

    1) Erməni Daşnaksütyun komitəsinin müstəbid idarə üsulunu təşkil etməsi, qızışdırıcı mövqe tutması;

    2) Məhəlli hökumət məmurlarının etinasızlığı və Çar üsul-idarəsinin ikili oyunu;

    3) Müsəlman əhalinin elmsizliyi və baş verən siyasi hadisələrdən bixəbər olması və

    4) Ermənilərin avtonomiya – idarə muxtariyyəti həvəsində olmaları. [22]

    Naxçıvanda qarşıdurma daşnakların və çar məmurlarının təhriklərə nəticəsində ortaya çıxdı. Əhali arasında ermənilərin silahlandığına dair xəbərlər gəzməkdə ki, bu vəziyyət psixoloji gərginliyin artmasına səbəb oldu. Ermənilər özlərini Naxçıvanın gerçək sahibləri olaraq görmələri, bunu Türk əhaliyə qəbul etdirməyə çalışaraq onlara istehza etmələri vəziyyəti daha da gərginləşdirdi. M.S.Ordubadinin verdiyi məlumatlara görə, hər tərəfdən erməni kəndləri ilə əhatələnən Naxçıvanaermənilər 6 saat içərisində İrəvandan istədikləri miqdarda əsgər gətirməyə gücləri çatdığından müsəlmanlarla pis rəftar edir, şirin bir söz belə söyləmək istəmirdilər.[23]

    Qanlı hadisələrin baş verəcəyi ərəfədə Naxçıvanda silahlı daşnak əsgərləri hazır idilər. Hadisələrin digər şahidlərindən olan Mir Möhsün Nəvvab bu barədə yazır: “İrəvanda fəsadlıq edən ermənilər Naxçıvana gəlincə vəziyyət gərginləşdi. Naxçıvan erməniləri uzun illərdən bəri tədarük etdikləri silahlarlarıyla - top, bomba, tüfəng və s. qırğınlar üçün hazırlıq etməyə başladılar”.[24]

    Buradan aydın olduğu kimi, Naxçıvan hadisələri İrəvandan gəlmiş daşnak silahlılarının təhriki ilə başlamışdır. Ordubadinin “Qanlı illər” kitabında verdiyi məlumata görə, növbəti fitnəkarlıq 1905-ci ilin mayın 5-6-da Naxçıvan qəzasının Cəhri kəndində 3 nəfər müsəlmanın ağır yaralanması və 7-də bir nəfərin Tunbulda öldürülməsi ilə qızışmışdır. Ermənilərin məqsədi Ordubadinin təbirincə İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaq, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan kəndləri dağıdıb erməni qüvvələrini birləşdirmək və əhalini qırmaq kimi alçaq xəyallardan ibarət idi.[23]

    Hadisələri daha da qızışdırmaq üçün daşnaklar mayın 11-də Kültəpə kəndində Xaçatur adlı zəngin bir ermənini ailəsi ilə birlikdə qətlə yetirdilər. Bu cinayəti türklərin üzərində yıxdılar. Daşnakların Kültəpə cinayətlərini bəhanə edərək Naxçıvan şəhərinə iki saatdan çox bir müddətdə ara vermədən atəş yağdırdılar. Müsəlman türklər mayın 12-də hadisələrin şəxsən şahidi olan vitse-qubernator Baranovskiyə şikayət edincə, “əgər onlar sizə atəş edirlərsə, siz də onların silahlarını alın. Əlimdən heç bir şey gəlməz” cavabını aldılar.[25]

    Arxiv sənədlərində də rus kazaklarının cinayətlərin törədilməsində rol oynadıqları göstərilməkdədir. 17 iyun 1905-ci ildə Naxçıvan qəzasının Zeynəddin kəndində ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişə ilə əlaqədar Naxçıvanda yerləşən Qafqaz atıcı batalyonunun komandiri 18 iyunda Baş Ştaba göndərdiyi raportunda yazırdı ki, “ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişələrin aradan qaldırılmasında vətəndaş hakimiyyətinə kömək etmək məqsədilə mənə həvalə edilmiş Naxçıvan şəhərində yerləşən batalyon 17 iyun tarixdə axşam saat 8-də silah işlətməyə məcbur olub, nəticədə Zeynəddin kəndinin 20-dən çox müsəlman sakini öldürülmüşdür”.[26]

    Digər bir raportda isə həmin ilin iyul ayının 5-də Nursu kəndində ermənilərlə müsəlmanlar arasında olan münaqişədə rus kazaklarının kəndə göndərilməsi nəticəsində dağlarda gizlənib özlərini ermənilərdən müdafiə edən sakinlərdən 5 nəfərin öldürüldüyü, 11 nəfərin isə yaralandığı haqda məlumat verilirdi.[27]

    Hesabatların heç birində bir erməninin belə öldürüldüyünə dair heç bir məlumata rast gəlinmir. Mənbələrin də verdiyi məlumatlar işığında sülhü təmin etmək adı ilə hadisələrə qarışan rus kazaklarının türklərə aid dükanları, anbarları yandırdıqları, evləri yağmaladılkarı və günahsız yerə insanları qətl etdikləri göstərilməkdədir.[28] O dövrün yazılı mənbələri və arxiv materialları 1905-1907-ci illərdə Naxçıvan, Şərur-DərələyəzOrdubad bölgələrində ermənilərin Rusiyanın yardımı ilə soyqırımı gerçəkləşdirdiklərini isbat edir. Müsəlman əhalinin psixoloji vəziyyətindən faydalanaraq rus kazakları ilə birləşən ermənilər noyabrın 30-da Cəhri kəndini də yandırdılar. Kənd əhalisinin bir qismi ermənilər tərəfindən qətl edildi, digərləri isə yanğında öldülər.[29][30]

    1905-ci il noyabrın 26-30 arası Naxçıvan şəhərində 85 dükan və 75 anbar yandırılır. Cəhri kəndində 45 kişi, 5 qadın və 10 nəfər uşaq öldürülür. Sadəcə ermənilər deyil, kazaklar da qətliamlarda iştirak ediblər. 1906-cı ilin yaz aylarına davam edən bu fitnəkarlığın törənməsində İrəvan qubernatoru Baranovski, İrəvan şəhərinin hakimi Akamolov, qəza rəisi İnkel, polkovnik Kirilov, Mamikon, Arsen Badalyan şəxsən iştirak etmişlər. 1905-ci ildə başlayan qanlı hadisələr 1906-ci ildə da Naxçıvanın digər bölgələrində – Ordubad, Kültəpə, Əliabad, Cəhri, Şıxmahmud, Çeşməbasar, Tivi, Tumbul və digər kəndlərdə də davam etdi. M.S.Ordubadi digər bir yerdə də göstərir ki, 1906-cı ilin avqust ayında ordubadlılar Qapan dərəsində xeyli gənc adamın, qadınların, körpə uşaqların cəsədlərinə rast gəlmişlər. Burada 15 nəfər körpə uşağın kəsilmiş başları və bir-birinə qarışmış xeyli cəsədlər var idi. İki il içərisində 200-dən çox kənd və qəsəbə dağıdılmış, talan edilmiş, 10 mindən çox insan qətlə yetirilmişdir.[31]

    Bir qadın hadisələri belə izah edirdi: “Biz qadınlar Molla Həsən Əfəndinin ermənilər tərəfindən tikələrə ayrıldığını görüncə daşların arasına sığındıq. Bir neçə erməni qulduru amansıcasına Molla Həsən Əfəndinin qətllə yetirdikdən sonra digərlərini də eyni şəkildə öldürdülər. Daşların içərisinə sığınsam da içəridə çox sayda qadın gizləndiyindən bədənimin yarısı, ayaqların çöldə idi. Bunu görən ermənilər dərhal ayaqlarımı kəsməyə başladlar”.[31]

    O dövrün yazılı qaynaqları və arxiv sənədləri 1905-1907-ci illər arasında Naxçıvan, Şərur-Dərələyəz və Ordubad bölgələrində Rusiyanın da köməyi ilə ermənilərin böyük qırğınlar törətdiklərini sübut edir. Ermənilərin türkə olan nifrət psixologiyası və türkü öldürməkdən mənəvi zövq alma düşüncəsi özünü 1918-ci ildə də göstərdi və etnik münaqişəa çərçivəsində başlayan qırğınlar bu dövrdə yenidən alovlandı. Qırğınlar Bakı, Şamaxı, Quba, Qarabağ, Gəncə, Naxçıvan və digər bölgələrdə bütün şiddətiylə davam etdi. 1918-1919-ci illər Anadoludan Azərbaycana, oradan Cənubi Azərbaycana qədər yaşanan dəhşət hadisələrinin kölgəsində keçdi.

    1918-1920-ci illər

    Naxçıvan soyqırımı

    Naxçıvanda törədilən qırğınlar Erməni silahlı dəstələrinin başında duran və adı daha sonra erməni milli qəhrəmanlığıyla özdəşləşən Andranik Ozanyan və onun kimi radikal türk düşmənçiliyi ilə tanınan Nijde, Dro, Qibbon, Doluxanyan'ın liderliyi altındakı erməni dəstələri tərəfindən həyata keçirilirdi. Bu komitəçilər Anadolu və Qafqazdakı qanlı hadisələrin birinci dərəcədən cavabdehləri idilər. Arxiv sənədlərində yuxarıda adları keçən erməni komitəçilərinin, xüsusilə Andranik Ozanyanın silahlı birliklərinin İrəvan əyalətində 200-dən çox, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad nahiyələrində də 50-dən çox müsəlman kəndlərinə hücumlar təşkil etdiklərini, kənd əhalisinin böyük əksəriyyətinin da qətlə yetirildiyinə dair əhəmiyyətli məlumatlar var .

    Naxçıvan, Qarabağ və Zəngəzurun Ermənistana birləşdirilməsi vəzifəsini öhdəsinə götürərək öz qanlı fəaliyyətlərinə start verən A.Ozanyan, Bakı Xalq Komissarları Sovetinin sədri, əsl həqiqətdə isə komitəçi (daşnak) olan, lakin bolşevik maskasına bürünən Stepan Şaumyanın tövsiyələri istiqamətində 1918-ci ilin iyun-iyul aylarında Naxçıvan da çox sayda kənd və qəsəbələri talan edib yandırmışdır.

    1918-ci ilin iyun ayının əvvəllərində Araz çayının sol sahilindəki Yaycı kəndinə hücum edən Andranik silahsız əhaliyə işgəncə edərək öldürmüşdür. Təxminən 4 min əhalisi olan kənd əhalisinin yarıdan çoxu, qadın, uşaq və yaşlı insan Andranik və onun silahlı dəstələri tərəfindən qətl edildi. Çox sayda insan isə Araz çayına atılaraq boğuldu. Ölənlər o qədər çox, sağ qalanlar isə o qədər az idi ki, cəsədləri dəfn etmək üçün insan tapılmırdı. Andranikin çaya atdığı insanların cəsədlərini Nüvədi kənd sakinləri çıxararaq dəfn etdilər. Cəsədlərin sayının çoxluğundan böyük bir qəbiristanlıq meydana gəlmişdi. Hal-hazırda ermənilərin işğalı altında olan bu məzarlar o dövrdən Nüvədi kəndində Yaycı Qəbiristanlığı olaraq bilinir.[32][33][34]

    Ermənilərin Yaycı kəndində etdikləri qırğınlarla əlaqədar çox acı xatirələrə sahib olan kənd sakini V.Hüseynov o günləri belə izah edir: “Xalqımıza yönəlik ermənilər tərəfindən 1918-ci ildə edilən soyqırımı bizim kəndimizdən və ailəmizdən də yan keçməmişdir. Səhər erkəndən kəndimizə hücum edən erməni silahlı birlikləri gecənin qaranlığında önlərinə çıxan hər şeyi məhv edir, ağsaqqalları və uşaqları bıçaqlayır və başlarını kəsirdilər. O gecə yüzlərlə anaların saçları qana bulaşdı, igid cavanların başları kəsildi, gözləri çıxarldı, kiçik uşaqların bədənləri güllələrlə dəlik-deşik edildi. Gözləri heç bir şey görməyən, türk qanına susayan erməni daşnakları mənim anamı, dörd qardaşımı, iki bacımı acımadan öldürərək Araz çayına atdılar. Bəli, ermənilərin etdikləri bu vəhşilikləri izah etməklə bitməz”.[35]

    Yaycıdan Ordubada doğru irəliləyən Andranik yol boyunca bütün azərbaycanlı kəndlərini talan edərək 2 min insanı qətl etdi. Andranikin vəhşilikləri Nurs, Kolanı, Mahmutoba, Əbrəqunus, Qazançı, Paradaş, Xanağa, Bənəniyar, Camaldin, Ərəzin, Kırna və digər kəndlərdə də davam etdi.[36]

    Sənədlər Şərur bölgəsinə bağlı 45 kəndin də erməni komitəçilərinin hücumuna uğradığı, əhalisinin qətlə yetirildiyi və Araz çayına atıldıqları barəsində də məlumatlar verir. Müsəlmanlar tərəfindən tutulan ermənilər, Naxçıvanda və ona bağlı bütün bölgələrdə bütün türkləri qıracaqları və hamısının Araz çayına atılacaqlarına dair əmr aldıqlarını etiraf etmişdilər. Erməni birliklərinə yazılı olaraq göndərilən əmrdə bu ibarələr yer alırdı: “Şərur əhalisini Araz çayına tökmək üçüncü alay komandanlığının əsas vəzifəsidir”.[37]

    Digər bir passaj: Ehtiyyatda olan mayor Məmmədəli Qasımov 1974-ci ildə 120 yaşında vəfat edən qayınatası Rüstəm Ağayevdən dinlədiklərini belə nəql edir: “Andranikin silahlı birliyi Sirab kəndinə doğru irəlilədikləri zaman kənddə ermənilərin vəhşiliyindən qorxaraq digər kəndlərdən də qaçıb gələn insanlar var idi. Kənd məscidi qoca, qadın və uşaqlarla dolu idi. Allah evi olduğundan ermənilərin belə bir şey etməyəcəklərini düşünürdülər. Lakin ermənilər məscidi yandırdılar. 15 mindən artıq erməni birliklərinin silahsız insanlara hücumu nəticəsində bir gün içərisində 10 mindən çox insan qətlə yetirildi. Lakin Andranik Duzdağ tərəfindən atılan top səslərini eşitməsəydi, bir adam ilə sağ qalmayacaqdı. Andranik Şanlı Türk Ordusunun Naxçıvana gəldiyini xəbər alıb dərhal öz birlikləri ilə birlikdə qaçaraq uzaqlaşdılar. Biz hamımız yaşadığımız üçün türk qardaşlarımıza minnətdardır. Türkiyə özü çox ağır və çətin vəziyyətdə olmasına baxmayaraq, azərbaycanlı qardaşlarına kömək əlini uzatmış, Naxçıvanı ermənilərdən qorumaq üçün bölgəyə ordu göndərmişdi. Bu elə bir cinayət idi ki, tarix heç bir zaman ermənilər tərəfindən edilmiş olan bu vəhşiliyə şahidlik etməmişdir. Bu, ermənilərin Azərbaycan türklərinə yönəlik törətdiyi soyqırımdı. 20 gün içərisində bir-birinin üstünə atılmış cəsədləri götürmək mümkün deyildi. Bu vəziyyəti görən hər kəs qorxu və təəccüb içərisində idi”.

    Andranikin dəstəsi Naxçıvan və onun ətraf kəndlərində törətdiyi vəhşiliklərdən sonra 1918-ci ilin sentyabr ayında Sisyana, noyabr ayında isə Gorusa gəlir və orada məskən salır. Bu tarixdən Zəngəzurun və bütün Qarabağın qara günləri başlayır. Sisyandan başlamış Şuşayadək Azərbaycan kəndlərini oda yaxıb viran qoymuş, sonra Dərələyəzə qayıtmış, Keşişkənddə Yapon adlı digər erməni daşnakı ilə birləşərək Çivə kəndinə hərəkət etmiş, yolüstü Əmov kəndində qırğın təşkil etmişdir. Onlar Şərur rayonunun Danzik, Dizə kəndlərinə də hücum etmək istəmiş, lakin məğlub olmuşdur. Andranik bu məğlubiyyətin əvəzini Qarağacda və Şabili kəndlərini yandırıb əhaliyə divan tutmaqla çıxır. Törətdiyi qırğınların miqyası o qədər böyük idi ki, Andranik öz qanlı cinayətləri ilə artıq Naxçıvanı öz hakimiyyətinə tabe etdiyini düşünürdü. Onun məqsədi Şuşadan başlamış Aralıq dənizinədək uzanan əraziləri nəzarət altına almaq idi. Bu minvalla Azərbaycan, Türkiyənin 6 əyaləti Böyük Ermənistanın tərkibinə daxil olmalı, yəni dənizdən dənizə terrorçu, hərbiləşdirilmiş daşnak partiyasının ruhuna uyğun doğma hökumət yaradılmalı idi.[38]

    Faktların sayını artırmaq mümkündür. Amma məsələ burasındadır ki, 1918-1920-ci illərdə ermənilərin Azərbaycanda, o cümlədən Naxçıvanda törətdikləri cinayətlərin arxasında böyük dövlətlər dayanırdı.

    Əldə edilən məlumatlara görə, 4 dekabr 1917-ci ildə London İngilis-Erməni Komitəsinin sədri və İngiltərə Parlamentinin üzvü Anurin Vilyams İngiltərənin məşhur diplomatlarından olan, eyni zamanda Millətlər Cəmiyyətinin qurucusu Lord Robert Sesilə göndərdiyi məktubda ermənilərə yardım göstərilməsinin vacib olduğunu bildirirdi. Anurin Vilyams hətta ermənilərin silahlandırılmasını və Andranik kimi silahlı dəstə liderlərindən istifadə edilməsini də zəruri hesab edirdi. Məktubda ingilis, fransız və amerikan hökumətlərinin də erməni ordusuna maddi dəstək vermələrinin vacib olduğu bildirilmiş, sərhədlərdən kənarda yaşayan ermənilərin pul yardımı ilə Cənubi Qafqaza gətirilmələrinin qaçılmaz olduğu yazılmışdı. Nəticədə İngiltərənin Hərbi Kabineti özünün 7 dekabr 1917-ci il tarixli iclasında ermənilərə maliyyə dəstəyi verilməsi haqda qərar qəbul etdi.[39]

    Sadəcə pul deyil, müxtəlif silah və sursatlar da ermənilər üçün tədarük edildi. Bu yardımlar Versaldakı Antanta Ali Hərbi Şurası ingilis hərbi mütəxəssislərinin 1917-ci ilin dekabr ayındakı memorandumunda açıq şəkildə göstərilməkdədir: “Ermənilərə hər vəziyyətdə işğal etdikləri bölgələrdə pul, silah, və sursat tədarükü ingilis siyasətinin maraqları daxilindədir. Bu təcrübənin uğurlu olması nəticəsində erməni qüvvətlərindən gələcəkdə türklərin diz çökməsi üçün faydalanmaq olar”.[40]

    Böyük dövlətlərin bu dəstəyi sayəsində külli miqdarda silah və sursat təmin edən ermənilər Azərbaycanda ciddi etnik təmizlik siyasətini gerçəkləşdirdilər. Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda türk-müsəlman soyqırımı törədildi. Mənbələrdən əldə edilən məlumatlara görə, 1918-1921-ci illər arasında Naxçıvanda 73.727 nəfər ermənilər tərəfindən qətlə yetirilmişdir.[41]

    1915-1921-ci illər arasında Cənubi Azərbaycanda isə ingilislərin və rusların təşviqi ilə təşkilatlanan və silahlanan erməni ordusunun qətlə yetirdiyi insanların sayı 90.000 nəfərin üzərində idi.[42]

    Bu cinayətlər ermənilərdə nifrət psixologiyasının bariz nəticəsi olsa da, türk soyqırımının arxasında böyük dövlətlərin dəstəyi olduğu, eləcə də verilən qızıllar, pullar və silahların təsiri də xüsusilə qeyd edilməlidir.

    1920-ci ildə İngiltərənin Baş naziri Lloyd Corc deyirdi ki, zənnimcə, siz erməniləri 8 yaşında təmiz və məsum qız olaraq düşünürsünüz. Belə düşünməklə çox yanılırsınız. Halbuki ermənilər özlərinin son vəhşi hərəkətləri ilə nə qədər qan tökən bir millət olduqlarını qeyd-şərtsiz isbat etmişlər.

    Mənbə

    • Emin Şıhaliyev. XX yüzyıl başlarında Ermenilerin Nahçıvan’da yaptıkları katliamlar. Ermeni Ayaklanmaları (1894-1909) Sempozyumu. Bildiriler. Ankara: Türk Tarih Kurumu, 2015, s. 243-264.
    • Emin Şıhaliyev. Ermenilerin Nahçıvan iddiaları ve XX. yüzyılın başlarında yapılan katliamlarda Büyük Güçlerin rolü. Ermeni Araştırmaları dergisi, Ankara, 2016, sayı: 53, s. 90-106

    İstinadlar

    1. Küçük Abdurrahman. Ermeni Kilisesi ve Türkler, Ankara: Ocak yayınları, 1997, s. 36-37
    2. Uras Esat. Tarihte Ermeniler ve Ermeni Meselesi, İstanbul: Belge yayınları, 1987, s. 126;
    3. Kalafat Yaşar, Niyazi Sezgin Mahmut. “Albanlar Tarihi ve Ermeni Kültür Stratejisi”, 2023 Dergisi, sy. 12 (2002), s. 23;
    4. Шагинян М. Важное событие истории. “Литературная” газета, 1978, 13 сентября
    5. İlter Erdal. Ermeni Kilisesi ve Terör. Ankara: Ankara Üniversitesi Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi yayınları, 1996, s. 18.
    6. Мнацаканян А.Ш. О литературе Кавказской Албании. Ереван: изд-тво “Академия Наук Армянской ССР”, 1969, c. 47-48
    7. Улубабян Б.А. Очерки историй Восточного края Армении (V—VII вв.). Ереван: изд-во “Академия Наук Армянской ССР”, 1982, c. 40
    8. İbrahimli Haleddin. Değişen Avrasya’da Kafkasya. Ankara: ASAM yayınları, 2001, s. 44.
    9. İbrahimli Haleddin, a.k.ə., s. 44.
    10. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределы России, с кратким предварительным изложением исторических времен Армении. Баку: Элм, 1990, c. 114
    11. Ениколопов И.К. Грибоедов и Восток. Ереван: Айпетрат, 1954, c. 135.
    12. Geniş məlumat üçün bax: Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. СПб.: В типографии Императорской Академии Наук, 1852, c. 510-518
    13. Собрание Актов Относящихся к Обозрению Истории Армянского Народа, т. 1, Москва, 1833, s. 178-179.
    14. Балаян З.Г. Очаг. Ереван: Советакан грох, 1984, с. 120, 273
    15. Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцамъ. Баку: Элм, 1990, , с. 63-64;
    16. Нерсисян М.Г. Из истории русско-армянских отношений. Книга I, Ереван: изд-во “Академия Наук Армянской ССР”, 1956, с. 227.
    17. Джордж Ллойд. Правда о мирных договорах. В 2-х томах: Перевод с английского. Т. 2 / Д.; Под ред.: Волков Ф.Д., Никонов А.Д., Москва: издательство “Иностр. Литературы”, 1957, с. 427
    18. Suny G.R.. Bakü Komünü: Rus Devriminde Milliyet ve Sınıf. İstanbul, 1990, s. 33.
    19. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (ARDTA), f. 25, s: 2, vv. 208.
    20. Ordubadi M.S. Qanlı illər. 1905-1907-ci illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. Bakı: Qarabağa Xalq Yardımı Komitəsi, 1991, s. 12
    21. McCarty Justin. Ölüm ve Sürgün. İstanbul: İnkılap kitabevi, 1998, s. 142.
    22. Ordubadi M.S. Qanlı illər, s. 8-10
    23. Ordubadi M.S. Qanlı illər, s. 18
    24. Nəvvab Mir Möhsün. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı: Azərnəşr, 1993, s. 21
    25. Ordubadi M.S. Qanlı illər, s. 19-20
    26. Rusiya Dövlət Hərbi Tarix Arxivi (RDATA), f. 400, s:5, iş: 4, vv. 793.
    27. Rusiya Dövlət Hərbi Tarix Arxivi (RDATA), f. 400, s:5, iş: 4, vv. 817.
    28. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi (NMRDA), f. 26, s: 1, iş: 25, vv. 78-84.
    29. Nəvvab, a.k.ə., s. 22
    30. Ordubadi, a.k.ə., s. 21-22.
    31. Ordubadi, s. 133
    32. Musayev İsmayıl. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər), Bakı: Bakı Üniversiteti, 1996, s. 44
    33. Kazımov İbrahim. Naxçıvan: Əhalisi, Sosial-İqtisadi və Siyasi Tarixine Dair (1828-1920). Bakı: Elm, 2007, s. 139
    34. Cəfərli Elman. Naxçıvanda erməni-Azərbaycan münaqişəsi, Bakı: Nurlan, 2009, s. 249.
    35. Hüseynov V. “İbrət dersi almalıyıq,” Naxçıvan jurnalı, say. 5 (2001), s. 125-126.
    36. Elman Cəfərli, a.k.ə., s. 250
    37. Arşiv Belgelerine Göre Kafkaslarda ve Anadolu’da Ermeni Mezalimi,, Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü, Osmanlı Arşivi Daire Başkanlığı, yayın №24, cilt:2, Ankara, 1995, s. 45-46.
    38. Qasımov Məmmədəli. “Acı xatirələr: Azərbaycanın hər yerində ermənilər qanlı iz qoymuşlar”, Naxçıvan jurnalı, say. 5 (2001), s. 105-106.
    39. Şıxəliyev Emin. İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920). Naxçıvan: Əcəmi, 2016, s. 25
    40. Şıxəliyev Emin. İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920), s. 27
    41. Hacıyev İsmayıl. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri. Naxçıvan: Əcəmi, 2012, s. 147; Fəxrəddin Cəfərov. Erməni vəhşiliyi. Bakı: Nurlan, 2009, s. 29.
    42. Attar Aygün. “Ermeni Ulusalcılığının Siyasal Oluşumu,” Ermeni Araştırmaları 2. Türkiye Kongresi Bildirileri, Ankara, Avrasya Stratejik Araştırmalar Merkezi, Ermeni Araştırmaları Enstitüsü, I cilt (2007), s. 248.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.