Naxçıvan nahiyəsi

Qədim nahiyə
Naxçıvan nahiyəsi
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Ölkə  Azərbaycan
Vilayət Naxçıvan ölkəsi (Səfəvi)
Salınma tarixi XVI əsr
Banisi Səfəvi İmperiyası
Milli tərkibi Azərbaycan türkləri

Səfəvilər dövrü

XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsinin mərkəzi Naxçıvan nahiyəsi hesab edilirdi.

O, şimaldan DərəşahbuzMülki-Arslan, şərqdən ƏlincəDərəşam¸ cənubdan ZunuzMaku, qərbdən Qarabağ (Qarabağlar) nahiyəsi ilə həmsərhəd olmuşdur. Hesablamalar göstərir ki, bəhs olunan dövrdə Naxçıvan ölkəsinin Naxçıvan nahiyəsinin ərazisi,təqribən, 685 kvadratkilometr olmuşdur.[1]

I Osmanlı idarəçiliyi dövrü

1590-1595-ci illər arasında hazırlanmış və təsdiq edilmiş "İrəvan əyalətinin icmal dəftəri"nə əsasən Naxçıvan sancağının eyni adlı nahiyəsi Naxçıvan şəhəri, Şeyx Mah¬mud, Xəlilli, Yenicə, Uzunoba, Dendabad, Yemxana, Tumbul, Yollu, Bulğan, Qaraçuq, Şeyx Yusifli, Keçidi-İslamiyyə, Göynük, Nəhəcur, Qalacıq, Yuxarı Sürəmərk, Aşağı Sürəmərk, Nərkeş, Şeyx Mehranşah, Seyyidi-Sirav, Dərəalpak, Bədəşxan, Kültəpə, Yarımca, Nürgüt, Nehrəm, Yezdabad, Kuhi-purən, Cəhri, Əznəbürd, Mahmudabad, Firuzabad, Xıncav, Hacıvar, Kürəküməz kəndləri, Əlibəy, Ələyəz, Təhmasibqulu dizəsi, Molla Məhəmməd, Dartagüney, Şürənəb, Xalisə, Xocaberdi dizəsi məzrəələri olmaqla, 1 şəhər, 35 kənd, 7 məzrəə, 3 dizədən ibarət olmuşdur[2],[3].

II Osmanlı idarəçiliyi dövrü

1727-ci ildə isə Naxçıvan nahiyəsi şimaldan Dərəşahbuz, şərqdən Əlincə, şimal-şərqdən Sair-Məvazi, qərbdən Qarabağ, şimal qərbdən Mülki-Arslan, cənubdan Qışlağat nahiyələri ilə sərhəddə yerləşmişdi. Bu zaman Naxçıvan nahiyəsinə Naxçıvan şəhəri, Hacıabad (Başqa adı Hacıvar), Bədaşxan, Zeynəddin, Uzunoba, Şeyx Mahmud, Dendavar (başqa adı Dendabad), Kültəpə kəndləri, Xəlifədüzən, Yenicə, Yarımca, Xəlil xarabası məzrəələri, Sübhanverdi, Muradxan dizələri daxil idi N[4]. Ümumilikdə 1 şəhər, 7 kənd, 4 məzrəə və 2 dizədən ibarət olmuş Naxçıvan nahiyəsi yuxarıda göstərdiyimiz XVI əsrin sonu XVII əsrin əvvəlində mövcud olmuş birinci sancaqlıq zamanındakından (1 şəhər, 35 kənd, 7 məzrəə, 3 dizə) kiçik olmuşdur. Naxçıvan nahiyəsi Naxçıvan şəhəri və onun ətrafındakı bir sıra kəndləri əhatə etmişdir. Bu ərazilər indiki Babək rayonunun mərkəzi hissəsində yerləşir[5].

Mənbə

  1. Naxçıvan sancağının müfəssəl dəftəri. Araşdırma, qeyd və şərhlərin müəllifi t.e.n. H.Məmmədov. Tərcümə edənlər akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov. Bakı: Elm, 2001, 376 s.
  2. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s. Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine
  3. Əliyev İ.N. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı: Elm və təhsil, 2014, 224 s.

İstinadlar

  1. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 85
  2. İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri akademik Z.Bünyadov və t.e.n. H.Məmmədov. Bakı: Elm, 1996, 184 s., s. 164-165
  3. Əliyev İ.N. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı: Elm və təhsil, 2014, 224 s., s.169
  4. axçıvan sancağının müfəssəl dəftəri. Araşdırma, qeyd və şərhlərin müəllifi t.e.n. H.Məmmədov. Tərcümə edənlər akademik Z. Bünyadov və t.e.n. H. Məmmədov. Bakı: Elm, 2001, 376 s., s. 37-62
  5. Əliyev İ.N. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı: Elm və təhsil, 2014, s.185
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.