AMEA Naxçıvan Regional Elm Mərkəzi

Naxçıvan Regional Elm MərkəziAzərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Regional Elm Mərkəzi, H. M. Abdullayev adına – Naxçıvan Muxtar Respublikasının təbii xammal ehtiyatlarının kompleks şəkildə öyrənilməsi və səmərəli istifadə olunmasının elmi əsaslarının işlənib hazırlanması, muxtar respublikanın sosial-iqtisadi tarixinin, arxeoloji, epiqrafik, etnoqrafik və folklor abidələrinin araşdırılması və s. sahələrdə tədqiqat işlərini gecləndirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 1972-ci il 7 iyul tarixli qərarı əsasında təsis edilmişdir.[1] 

AMEA Naxçıvan Regional Elm Mərkəzi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 1972
Tabelik Azərbaycan Milli Elmlər Akademiyası
Baş qərargah Bakı Bakı

Tarixi

Mərkəzin yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Mərkəzin yaradılmasına SSRİ Elmlər Akademiyasının icazəsi alınana qədər o, respublika rəhbərliyinin dəstəyi ilə, əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-Üzvi və Fizika Kimya İnstitutunun strukturuna daxil edilmişdi. Mərkəzin tərkibinə 5 bölmə (fizika-riyaziyyat, kimya, biologiya, iqtisadiyyattarix) fəaliyyət göstərirdi. Mərkəz 3 bölməni (geobotanika, riyazi modelləşdirmə, elmi-texniki informasiya), 5 laboratoriyanı (bitki mənşəli maddələrin kimyası, mineral xammalın kimyası və texnologiyası, fiziki-kimyəvi tədqiqatlar, genetikaseleksiya, dekorativ bağçılıq) və metrologiyastandartlaşdırma qrupunu birləşdirdi. Burada 105 nəfər əməkdaş çalışırdı ki, onların 14-ü elmlər nazimədi idi (2001).

Fəaliyyəti

Kimyaçıların araşdırmaları muxtar respublikanın təbii xammal ehtiyatları əsasında qeyri-üzvi və bioloji-aktiv maddələrin və preparatların alınması üsullarının işlənib hazırlanmasına yönəldilmişdir. Darıdağ termal sularının kompleks öyrənilməsinin prinsipial texnoloji sisteminin təklif edilməsi, bu sulardan bor-ansen konsentratının, nəticədə isə, yüksək təmizliyə malik arsen 3-sulfidin sintezi, karbon qazı alınması ilə bağlı araşdırmalar (respublika dövlət mükafatına layiq görülmüşdür) mərkəzin uğurlarından sayılır. Mərkəzin mütəxəssisləri muxtar respublikanın istehsal sahələrinin yerli xammal əsasında işlənməsi üçün axtarışlar aparırdılar. Bioloji araşdırmalar muxtar respublikanın florabitki növlərinin yerli şəraitdə introduksiyası və iqlimləşdirilməsi, xüsusilə bu bölgədə geniş yayılmış sarı çiçəyin işlənmə texnologiyasının hazırlanması və onun su ilə ekstraksiyasından alınan məhlulun zəfəran əvəzinə boyaq maddəsi kimi qənnadı məmulatında, habelə tərkibindəki saflor yağından təbabətdə istifadə olunması, eləcə də yerli qoyun cinsinin bərpası, qiymətli balıq növlərinin, həmçinin bəzək bitkilərinin yetişdirilməsi sahəsində müsbət nəticələr əldə etməyə imkan vermişdir. Arxeoloji tədqiqatlar nəticəsində qədim və orta əsrlərə aid arxeoloji abidələr, diyarın etnoqrafiyası öyrənilmişdir. Folklor materiaları əsasında əvvəllər məlum olmayan şifahi xalq ədəbiyyatı örnəkləri müəyyənləşdirilmiş və Azərbaycan folkloru antologiyasına daxil edilmişdir. Naxçıvan Regional Elmi Mərkəzi muxtar respublikanın elm və mədəniyyət ocağına çevrilmişdi. Müxtəlif illərdə mərkəzə T. N. Şahtaxtinski, M. Ə. Məmmədyarov, Ə. N. Nuriyev, Ə. V. Rəhimli, V. B. Quliyev və Ə. D. Abbasov rəhbərlik etmişdir.[1]

Həmçinin bax

İstinadlar

  1. Naxçıvan Regional Elm Mərkəzi// Naxçıvan Ensiklopediyası / V. Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 162. — ISBN 5-8066-1468-9.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.