Nazirlər Kabineti (Naxçıvan)
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti — Azərbaycan Respublikasının tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanı.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılma tarixi | 8 fevral 1991 |
Əvvəlki qurum | Naxçıvan MSSR Nazirlər Soveti |
Tabelik | Naxçıvan Muxtar Respublikasının Ali Məclisi |
Baş qərargah | Naxçıvan |
Rəhbərlik | |
Baş nazir | Səbuhi Məmmədov (2020—) |
Birinci müavin | Elşad Əliyev |
Haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar:
- Maddə 34. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti
I. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir.
II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır.
III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.
- Maddə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin statusu
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.
- Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibi
I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş Naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş Nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
Səlahiyyətləri
Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar:
- Maddə 39. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:
— muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
— muxtar respublikanın büdcəsini icra edir;
— muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
— muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
— nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
— Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil edir.
- Maddə 40. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları
I. Ümumi qaydalar müəyyən etdikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları başqa qayda müəyyən edilməmişsə, dərc edildiyi gündən qüvvəyə minir.
Tərkibi
Naxçıvanın Baş naziri | Səbuhi Məmmədov | YAP | 23.05.2020 | |
Baş nazirin birinci müavini | Elşad Əliyev | YAP | ||
Baş nazirin müavini | Bəxtiyar Məmmədov | 20.06.2023 | ||
Daxili İşlər Nazirliyi | Süleyman Neymətov[1] | Bitərəf | 28.12.2022 | |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi | Xanlar Mustafayev | YAP | 20.05.2023 | |
Fövqəladə Hallar Nazirliyi | Şahin Mirzəyev | Bitərəf | 17.01.2023[2] | |
Ədliyyə Nazirliyi | Hüseyn Səfərov | 11.10.2023 | ||
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Ceyhun Cəlilov | YAP | 16.03.2023 | |
Gənclər və İdman Nazirliyi | Mirməcid Seyidov[3] | YAP | 22.07.2023 | |
İqtisadiyyat Nazirliyi | Abbas İsmayılov | 08.12.2023 | ||
Kənd Təsərrüfatı Nazirliyi | Xəyalə Dadaşova | YAP | 28.02.2023 | |
Maliyyə Nazirliyi | ||||
Mədəniyyət Nazirliyi | Həsən Seyidov[4] | YAP | 14.08.2023 | |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi | Rahid Ələkbərli | 31.10.2023 | ||
Səhiyyə Nazirliyi | Samiq Sadıxov | YAP | 12.04.2023[5] | |
Təhsil Nazirliyi | Elxan Nəcəfov | YAP | 16.10.2023 | |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | Ramilə Seyidova | YAP | ||
Dövlət Statistika Komitəsi | Hüseyn Bağırov | YAP | 07.04.2023[6] | |
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | İlqar Sadıqov | YAP | 24.01.2023 | |
Dövlət Energetika Xidməti | Namiq Paşayev | YAP | 10.04.2017 | |
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi | Vüqar Babayev | Bitərəf | 19.12.2017 | |
Dövlət Turizm Departamenti | Əkbər Novruzov | YAP | 24.04.2018 | |
Baş nazirlər
Baş nazirlər | ||||||
---|---|---|---|---|---|---|
Sıra | Şəkil | Ad | Başlama tarixi | Bitmə tarixi | Partiya | |
1 | Azərbaycan Kommunist Partiyası | |||||
2 | Azərbaycan Xalq Cəbhəsi | |||||
3 | Yeni Azərbaycan Partiyası | |||||
4 | ||||||
5 |
Həmçinin bax
İstinadlar
- "Arxivlənmiş surət". 2023-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-01.
- "Arxivlənmiş surət". 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
- "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
- "Naxçıvan mədəniyyət nazirinin müavini işdən çıxarılıb, təyinat olub". Apa.az (az.). 2023-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-20.
- "Naxçıvanda nazir vəzifəsindən azad olundu, nazir əvəzi TƏYİN EDİLDİ". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
- "Naxçıvana daha bir kadr təyinatı". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.