Naviçella (mozaika)

Naciçella (it. Navicella, hərfi tərcüməsi "kiçik gəmi") — Cotto di Bondone tərəfindən 1305-1313-cü illərdə yaradılmış, Köhnə Müqəddəs Pyotr bazilikasının giriş arkadasında böyük divarda yerləşən və bazilika həyətinə açılan böyük mozaika olmuşdur. Əsərdə, İsanın suda gəzməsi hadisəsinin Matfeyin İncilində (Matfey 14: 24-32) qeyd edilmiş versiyası təsvir edilmişdir ki, bu da üç İncil arasında Müqəddəs Pyotrun İsaya qoşulmasının təsvir edildiyi yeganə variantdır.[1] XVII əsrdə yeni bazilikanın inşası zamanı, mozaika dağıdılmış, bəzi hissələri saxlanılmış və 1675-ci ildə yeni bazilikanın portikində yenidən quraşdırılan mozakiaya əlavə edilmişdir.[2]

Naviçella
Naviçella mozaikasının Vatikanda saxlanan 1628-ci ilə aid tam ölçülü kopyası (yağlı boya ilə)
Naviçella mozaikasının Vatikanda saxlanan 1628-ci ilə aid tam ölçülü kopyası (yağlı boya ilə)
Rəssam Cotto
Tarixi 1305-1313
Üslubu dini rəssamlıq[d]
Texnikası mozaika
Ölçüləri × 990 sm
Saxlanıldığı yer Müqəddəs Pyotr bazilikası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzaqdan görünməsi üçün dizayn edilmiş mozaika çox böyük ölçülərə malik olmuşdur. 1628-ci ildə mozaikanın yağlı boya ilə işlənmiş tam ölçülü versiyasının yaradılması Vatikan tərəfindən Françesko Berrettaya sifari edilmiş, lakin, bir neçə il ərzində orijinal mozaikanın müxtəlif hissələri itirildiyinə görə, əsər 7.4x9.9 metr ölçüdə yaradılmışdır.[3] Orijinal mozaikanın isə təxminən 9.4x13 metr ölçüyə malik olması, aşağıdan isə latın dilində İncildən müvafiq hissələrin yazılması güman edilir.[4]

Mövzu

Yalnız Matfeyin İncilində Pyotr d qayığı tərk edərək dalğalar üzərində gəzir:

"
Qayıq isə artıq qurudan çox stadi uzaqdaa idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi. Gecənin dördüncü növbəsib İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi. Şagirdlər isə İsanın gölün üstü ilə yeridiyini görəndə «Bu bir kabusdur!» deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim». İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsaya tərəf getdi. Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?» Onlar qayığa mindikləri zaman külək sakitləşdi. Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar.
Matfey 14:24-33
"

Təsviri

İtirilmiş mozaikanın Parri Spinelli tərəfindən təxminən 1420-ci ildə çəkilmiş və Vazari tərəfindən alınmış təsviri.[5]

Kardinal Yakopo Stefneskinin sifarişi ilə hazırlanmış mozaikada donor portreti Məsihin ayaqları altında təsvir edilmişdir; Papa V Klementdən sonra Roma şəhərini o idarə etmiş, Kuriya isə 1309-cu ildə, Avinyon papalığının başlanğıcında şəhəri tərk etmişdir.[6] Sifariş adətən 1300-cü Müqəddəs İllə əlaqələndirilsə də, sonradan müəyyən edilmişdir ki, mozaikanın təsviri Cottonun Romaya səfəri zamanı, təxminən 1310-cu ildə hazırlanmış və mozaika ustalarına təhvil verilmişdir. Ehtimal ki, mozaika, Son Antik dövrə aid başqa bir mozaikanın yerində quraşdırılmış, lakin qədim sənət əsəri haqqında heç bir məlumat saxlanmamışdır.[7] Stefaneskinin nekroloqunda qeyd edilən məlumata görə mozaikanın hazırlanması 2.200 florinə başa gəlmişdi.[8] Əsər haqqında ilk məlumatlar Stefaneskinin ölümü haqqında Vatikan nekroloqu və Cottonun doğma şəhəri Florensiyada XIV əsrdə Filippo Villani tərəfindən yazılmış Latın xronikasında verilmişdir.[9]

Düzbucaqlı formaya malik mozaika elə quraşdırılmışdı ki, kilsəni tərk edib onun həyətinə çıxanlar mozaikanı uzaqdan görsünlər, kilsəyə girənlər isə iri mozaikanın altından keçsinlər.[10] Vazarinin verdiyi məlumata görə, sahildə balıq tutan kişi, Cottonun avtoportretidir. Kompozisiyada böyük yelkənə malik balıqçı qayığı dominant yerə malik olmaqla “Kilsə gəmisi” metaforik anlamını ifadə edir, qayığın “kapitanı” isə Papanın sələfi olan Müqəddəs Pyotrdur. Mozaika Papalıq üçün çox mürəkkən olan, Roma zadəganlarının tabe olmaqdan boyun qaçırdığı və Papanın şəhəri tərk etdiyi bir dövrdə sifariş edilmiş, buna baxmayaraq, təsvirdə kilsə və Papalığın “məğlubedilməz” olması nəzərə çatdırılmışdı.[11] Belə bir fikir vardır ki, qayıqdakı on bir fiqurdan, əlində rumpel (anaxronistika baxımından bu İncilin simvoludur) tutan kişi Müqəddəs Paveldir.[12] Səmada, mozaikanın hər iki tərəfində iki çılpaq “külək tanrısı” buynuzla birlikdə təsvir edilmişdir. Cotto rəsmləri xüsusi olaraq mozaika ustalarının divarda quraşdırması üçün çəkmişdi; mozaikanın yığılmasında rəssamın birbaşa iştirak etməsi isə naməlumdur.

Mövzu orta əsrlər incəsənətində məşhur olmuş və Florensiyadakı Santa-Mariya-Novella kilsəsinin İspan kapellasında, Mazaçço tərəfindən (və ya onun kolleqasıı Mazolino tərəfindən) Brankaççi kapellasındaFlorensiya vəftizxanasının Gilberti tərəfindən hazırlanmış şimal qapısı üzərində də təsvir edilmişdir.[13] Təsvir sonradan Papalıq sikkələri və medallarında da istifadə edilmiş, lakin əksər hallarda gəmidəki yeganə fiqur kimi Müqəddəs Pyotr göstərilmişdir.[14] Mozaika, Albertinin De Pictura əsərində təsvir edilmiş yeganə müasir (post-klassik) sənət nümunəsidir.[15] Bu cür böyük dəniz səhnəsi şübhəsiz ki, klassik dövrün dəniz incəsənətində unikal nümunə olmuşdur.

Bazilikanın bərpası zamanı əsasə həyətə açılan arkada və onun üzərində yerləşən mozaika, bərpanın törədəcəyi çətinliklər nəzərə alındığına görə toxunulmamışdır, lakin, XVII əsrdə mozaika dörd dəfə 1610, 1618, 1629 və 1674/75-ci illərdə yenidən modelləşdirilmiş və bərpa edilmiş və bugünkü ölçü və vəziyyətini almışdır.[16]

Fraqmentlər

Orijinal mozaikadan dövrümüzə yalnız, iki büst ölçülü mələk rondosu dövrümüzə çatmışdır[17]; rondolardan biri Vatikanda saxlanılır, digəri isə mozaikanın sökülməsi zamanı, 1610-cu ildə Boville-Ernikadakı San-Pyetro-İspano kilsəsinə bağışlanmışdır. Birinci rondo bir neçə dəfə (1924, 1950 və 1975–80) restavrasiya edilmiş, ikinci rondo isə ilkin vəziyyətində dövrümüzə çatmışdır. Baxmayaraq ki, orijinal mozaikanın dövrümüzə çatmış kopyalarından heç birində bu fiqurlar yer almamışdır, belə hesab edilir ki, onlar orijinal əsərin kənarlarında yerləşmişdir.[18] Ehtimal edilir ki, mozaikanın bəzi hissələri indi Müqəddəs Pyotr bazilikasının girişində yerləşən mozaikanın tərkibində saxlanmış, yuxarı tərəfdə lunetlərin yerləşdirilməsi üçün, mozaikanın üst tərəfi yarmdairəvi formada həll edilmişdir. Orijinal mozaikanın saxlandığı ehtimal edilən hissələr qayığın qızıl suyuna çəkilmiş kənarları, küləkdən deşilmiş yelkən və həvari fiqurlarının müxtəlif hissələridir.

Üslub

Orijinal mozaikanın üslubu haqqında fikirlər, yalnız artıq restavrasiya edilmiş iki mələk fiquru əsasında söylənmişdir. Vazarinin təsvirində, qayıqdakı fiqurların Pyotrun dalğalar arasında batmasına müxtəlif reaksiyaları, xüsusilə, Böyük Piter Breygelin “İkarın batması ilə peyzaj” əsərindəki kimi, dənizdəki dramatik səhnəyə fikir vermədən öz işini görən balıqçının üzündəki reaksiya xüsusi vurğulanmışdır. Lakin, Svetlana Alpers göstərir ki, bu, Vazarinin bəyəndiyi tarixi rəsmləri təsvir etmə üslubudur, çünki Alberti “De pictura” əsərində mozaikanı “psixoloji hekayə kimi təsvir edir”.[19]

Mozaikanı tədqiq edən müasir elm xadimləri, həmin dövrlərin ən məşhur sənətkarı olan, və Cotto kimi Kardinal Stefaneskinin himayəsi altında fəaliyyət göstərən Pyetro Kavallini və Romada Son Antik və Erkən Orta əsrlər dövrü sənət nümunələrinin təsirini qeyd edirlər. Con Vayt yazır: “On üçüncü əsrin son, on dördüncü əsrin əvvəllərinə aid sxematik və xətti keyfiyyətlər əsərə tamamilə yaddır. Müşahidə olan impressionist texnikası və rəng diapazonu beşinci əsrdən gəlir. Demək olmaz ki, bu metod nə qədər Cottonun və nə qədər əsər üzərində çalışmış mozaika ustalarının ideyalarını əks etdirir. Lakin, iki mələk başı, həm Kavallinin əsərləri, həm də Arena kapellasının divarlarında təsvir edilmmiş freskalardakı obrazların fizioqnomiyası ilə əlaqəlidir.”[20]

Kopyaları

Əsərin bir neçə orijinal kopyası vardır. Onlardan ən qədim olan bir neçə kopya Florensiya rəssamı Pari Spinelliyə (təxm. 1387-1453) aiddir. Spinellinin nüsxələri arasında ən detallı təsvir edilən kopya Nyu-Yorkdakı Metropolitan muzeyində, digər kopyalar isə Fransanı ŞantiyiBayonna, ABŞ-nin Klivlend şəhərində saxlanılır. Lakin, Spinellinin saxlanmış təsviları arasındakı müqayisələr göstərmişdir ki, o, adətən itirilmiş sənət əsərlərinin təsirlərini işləməyi sevmişdir. Sonrakı dövrlərə aid kopyaların bir çoxları itirilmiş, əsərin tam ölçülü heç bir nüsxəsi dövrümüzə çatmamışdır. Nikola Bitrizenin 1559-cu ilə aid printi kimi kopyalarda isə əsər güzgü effekti ilə təsvir edilmişdir.[21]

Sienalı Katerinanın görməsi

29 yanvar 1380-ci ildə, Gecə ibadəti zamanı Sienalı Katerina bir neçə saat mozaikaya batdıqdan sonra, qəfildən qayığın batmasını və dözülməz ağırlıqla onun çiyinlərinə enməsini hiss etmişdir. Bundan sonra, Katerina bir daha yeriməmiş və üç ay sonra vəfat etmişdir.[22]

İstinadlar

  1. Möcüzə ilə bağlı məlumatlar İncillərdə verilmişdir: Matthew 14:22–33, Mark 6:45–52 and John 6:16–21.
  2. "St Peter's"; Lubbock, 158; Tomei, 31; Nicholls, 162; Present image, from Bridgeman Art Library
  3. "WGA". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-12.
  4. Calvesi, 34; Tomei, 30
  5. Parri Spinelli, "Free Copy of Giotto's Navicella" Arxivləşdirilib 2021-07-30 at the Wayback Machine, Metropolitan Museum of Art
  6. Papacy, 7; Paoletti & Radke, 65
  7. White, 332; Tomei, 30
  8. Tomei, 30
  9. Murray, 77
  10. Calvesi, 34; Later print of the original location Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
  11. Calvesi, 36; Paoletti & Radke, 65
  12. Nicholls, 164, reporting Köhren-Jansen, 1993
  13. Lubbock, 158–160
  14. Nicholls, 163; Examples from www.coinarchives.com Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine
  15. Alpers, 199; Lubbock, 158
  16. See Kleinhenz 749, Capresi 36, Tomei, 31, müəlliflərdən heç biri dəqiq tarix göstərməmişdir.
  17. Tomei, 31; Moioli et al., 244
  18. Papacy, 6–7; Tomei, 31
  19. Alpers, 190–192, 199 (istinad); Lubbock, 158 Albertisən sitat üçün
  20. White, 332 (istinad); Həmçinin bax: Calvesi, 40, and Paoletti & Radke, 65
  21. image on flickr Arxivləşdirilib 2017-11-01 at the Wayback Machine of the Beatrizet; Unreversed print of 1567 Arxivləşdirilib 2013-07-02 at Archive.today, by Mario Labacco, from Budapest.
  22. Papetros, 4

Ədəbiyyat

  • Alpers, Svetlana Leontief, "Ekphrasis and Aesthetic Attitudes in Vasari's Lives", Journal of the Warburg and Courtauld Institutes, Vol. 23, No. 3/4 (Jul. – Dec., 1960), pp. 190–215, JSTOR, on Vasari's account
  • Bean, Jacob, 100 European Drawings in the Metropolitan Museum of Art, 1964, New York Graphic Society, New York, cat. no. 2, fig. no. 2,
  • Calvesi, Maurizio; Treasures of the Vatican, Skira, Geneva, London and New York, 1962
  • Dunbar, Burton Lewis and Olszewski, Edward J., Drawings in Midwestern Collections: A Corpus, Volume 1, 1996, University of Missouri Press, ISBN 0826210627, google books
  • Keinhenz, Christopher, Medieval Italy: an encyclopedia, Volume 2, 2004, Routledge, ISBN 0415939291, google books
  • Lubbock, Jules, Storytelling in Christian art from Giotto to Donatello, 2006, Yale University Press, ISBN 0300117272, google books
  • "Moioli et al.": P. Moioli, C. Pelosi, C. Seccaroni, "The diagnostic analysis for the study and restoration of the mosaic fragment with an Angel from Giotto’s Navicella", Atti del Convegno "Riflessioni e trasparenze. Diagnosi e conservazione di opere e manufatti vetrosi", Ravenna 24–26 February 2009, Bologna 2010, pp. 267–278.PDF
  • Murray, Peter, "Notes on Some Early Giotto Sources", Journal of the Warburg and Courtauld Institutes, Vol. 16, No. 1/2 (1953), pp. 58–80, JSTOR
  • Nicholls, Rachel, Walking on the Water: Reading Mt. 14:22 – 33 in the Light of Its Wirkungsgeschichte, 2008, BRILL, ISBN 9004163743, google books
  • "Papacy": The Vatican Collections:The Papacy and Art (Catalogue of an Exhibition shown at the Metropolitan Museum of Art, New York, Art Institute of Chicago, Fine Arts Museums of San Francisco, 1983–84), no. 7 (Vatican angel roundel), 1982, Metropolitan Museum of Art, ISBN 0870993216, google books
  • Papetros, Spyros, On the Animation of the Inorganic: Art, Architecture, and the Extension of Life, 2012, University of Chicago Press, ISBN 0226645673, google books
  • Paoletti, John T., and Radke, Gary M., Art in Renaissance Italy, 2005, Laurence King Publishing, ISBN 1856694399, google books
  • "St Peter's": "Navicella" page on saintpetersbasilica.org
  • Tomei, Alessandro, Giotto, Art Dossier Series, #120, 1998, Giunti Editore, ISBN 8809762673, google books
  • White, John. Art and Architecture in Italy, 1250 to 1400, London, Penguin Books, 1966, 2nd edn 1987 (now Yale History of Art series). ISBN 0140561285

Əlavə oxu

  • Köhren-Jansen, Helmtrud, Giottos Navicella, 1993, Volume 8 of Bibliotheca Hertziana Roma: Römische Studien der Bibliotheca Hertziana, Veröffentlichungen der Bibliotheca Hertziana (Max Planck Institute) in Rome/Wernersche Verlagsgesellschaft, ISBN 3884621033, (325 pp., the most recent monograph, in German)
  • Oakeshott, Walter, The mosaics of Rome, from the third to the fourteenth centuries, 1967, Thames & Hudson, London (US: New York Graphic Society, Greenwich, Conn.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.