Navarralı Janna

Navarralı Janna (ing. Joan of Navarre) (d. 1368 – ö. 10 iyun 1437) — İngiltərə kralı IV Henrinin xanımı, İngiltərə kraliçası. Bretan hersoqu IV Conla baş tutan ilk nigahı səbəbilə Bretan hersoqinası olan Janna Navarra kralı II Çarlzın qızıdır.

Navarralı Janna
isp. Juana de Navarra
fr. Jeanne de Navarre
ing. Joan of Navarre
Bretan hersoqinası
ƏvvəlkiValualı İzabella
SonrakıValualı Ketrin
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1368[1]
Vəfat tarixi
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası II Çarlz
Anası Valualı Janna
Həyat yoldaşları IV Con
IV Henri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk ərinin vəfatından sonra oğlunun azyaşlı olması səbəbilə 1399-1403-cü illərdə naib olaraq hersoqluğu idarə etdi. Daha sonra İngiltərə kralı IV Henriylə evlənsə də, bu evlilikdən övladı olmadı. Ərinin ölümündən sonra İngiltərə kralı olan ögey oğlu V Henriylə münasibətləri yaxşı olsa da, daha sonra bu münasibəti pisləşdi və bütün mal-dövləti əlindən alınaraq həbs edildi. 3 illik həbsin ardından Janna V Henrinin ölümündən qısa müddət öncə azadlığa buraxıldı.

Mənbə

  • Neil D. Thompson and Charles M. Hansen, The Ancestry of Charles II, King of England (American Society of Genealogists, 2012)
  • Hollman, Gemma. Royal Witches: From Joan of Navarre to Elizabeth Woodville. The History Press, 2019
  • Jones, Michael (1988). The Creation of Brittany. London: Hambledon Press. p. 123. ISBN 090762880X
  • Leese, Thelma Anna (2007). Blood Royal: Issue of the Kings and Queens of Medieval England, 1066–1399. Heritage Books Inc. p. 219
  1. Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.