Navahı (kənd, Hacıqabul)

NavahıAzərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd.[1]

Navahı
40°02′33″ şm. e. 49°06′01″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 33 m
Saat qurşağı
Navahı xəritədə
Navahı
Navahı

Mədəniyyəti

Navahı qəsəbəsində xəstəxana, kinoteatr (Mirzə Baxış Nadim adına yay və qış üçün nəzərdə tutulmuş), Əlikram Cəbrayılov adına təbii ot örtüyünə malik stadion (bir zamanlar qəsəbənin GƏNCLİK klubunun sərəncamında olub) var. Hal-hazırda bu stadionda qəsəbə sakinləri üçün idman məqsədli tədbirlər, hazırlıqlar keçirilir.

Qəsəbədə həmçinin uşaq bağçası, Şəhid Mehman Ağayev adına (əvvəllər Nizami Gəncəvi adına) 4 və 2 mərtəbəli 400–500 şagird üçün nəzərde tutulmuş 2 korpuslu məktəb(direktor İbrahim Ağalar oğlu Əliyev) binası, bir neçə idarə vardır.[mənbə göstərin]

Coğrafiyası və iqlimi

Nəvai qəsəbəsi Hacıqabul rayonu ərazisinin şimal-şərqində Pirsaat çayının sol istiqamətində yeləşir. Hacıqabul rayonundan 20 km, Bakı şəhərindən isə cənub-şərq istiqamətində 90 km məsafədə yerləşir. Qəsəbə Atbulaq, Pirsaat, Rəncbər kəndləri ilə qonşudur. Bakı-Gəncə İpek yolunun Hacıqabul ərazisindən keçən hissəsinin 100 metrlik məsafəsindədir. Həmçinin rayon ərazisindən keçən qatar yolunun Navai stansiyasıda vardır.[mənbə göstərin]

Coğrafiyası və iqlimi

Nəvai qəsəbəsində əsasən yaz ayları çox mülayim, sərin, az yağışlı keçir. Yay aylarında quru, isti hava kütləsi müşayiət olunur. Bəzən tempratur +45–50 °C dərəcəyə kimi yüksəlir.

Payız ayları az yağışlı, nisbətən küləkli, şaxtalı olur. Qış ayları nisbətən sərt , az yağışlı, şaxtalı olur.

Əhalisi

Əhalisi nisbətən orta və yaşlı nəsildən ibarətdir. Əkinçilikheyvandarlıqla məşğuldurlar.

Dünyaya müxtəlif dövrlərdə tanınmış, savadlı ziyalılar bəxş etmişdir.

Qəsəbədə 500–600 qədər ev vardır. Əhalisi təqribən 2500–3000 nəfərdir. Əhalinin 98%-ni orta təhsilli, 50–55%-ni isə ali təhsililər təşkil edir.[mənbə göstərin]

İqtisadiyyatı

Hökumət dairələrindən "Nezavisimaya qazeta"ya bildirildiyinə görə, AES-in inşası üçün Bakının təxminən 100 kilometr cənub-şərqində, çöllük, seysmik cəhətdən əlverişli zonada olan Nəvai yaşayış məntəqəsinin yaxınındakı ərazi nəzərdən keçirilir. Burada hələ sovet dövründə AES inşası planlaşdırılırdı və aydın olub ki, o vaxt bu məsələ Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə razılaşdırılıb. Azərbaycanın planları beynəlxalq ekspertləri o qədər də təəccübləndirməməlidir. Ekspertlərin fikrincə, əgər Bakı bu layihənin reallaşmasına bu il başlasa, onda AES 2025-ci ilə hazır olacaq. Elə bu vaxta qədər də beynəlxalq konsorsiumların istismar etdiyi Azərbaycanın neft və qaz yataqlarının tükənəcəyi proqnozlaşdırılır.[mənbə göstərin]

Əkin sahələri

Qəsəbənin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır.[2]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.