Nauru adası

Nauru (ing. Nauru) — Sakit okeanın qərbində, Mikroneziyanın cənubunda yerləşən ada. Sahəsi 21,3 km² təşkil edir. Əhalisinin sayı 13 528 nəfərdir, o cümlədən 6763 nəf. kişi, 6765 nəf qadın[1]. Nauru adası nadir atoll tipi olan qalxmış atolldur. Adanın daxilində azca duzlu şirinsulu göl vardır (Buada gölü). Göl əvvəllər bir laqun olmuşdur. Şimalında isə Anabar gölü yerləşir. Ada Ekvatordan 42 km cənubda yerləşir. Ona ən yaxın quru parçası Banada adasıdır. Banada 306 km şərqdədir və Kiribatiyə məxsusdur. Nauru 1968-cü ildə müstəqilliyini elan etmişdir. Hazırda dünyanın ən kiçik müstəqil respublikasıdır.

Nauru adası
ing. Nauru
Ümumi məlumatlar
Ümumi sahəsi 21,3 km²
Hündür nöqtəsi 65 m
Əhalisi 9.591 nəfər (2012-ci il)
Yerləşməsi
0°31′52″ c. e. 166°56′24″ ş. u.
Ölkə  Nauru
Akvatoriya
Nauru adası xəritədə
Nauru adası
Nauru adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

  1. Nauru Arxivləşdirilib 2008-09-17 at the Wayback Machine (ing.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.