Naukan yupikləri

Naukan yupikləriRusiya Federasiyasına tabe olan Çukotka Muxtar Dairəsində Naukan (Посёлок Наукан) ilə Dejnyov (Посёлок Дежнёв) adlı iki kənddə yaşayan və nəsli tükənmək üzrə olan Yupik qolundan bir eskimos xalqıdır.

Naukan yupikləri
Çukotka Muxtar Dairəsində Yupik eskimos coğrafiyası
6 – Çukça rayonu (Чукотский район) və Lavrentiya (Лаврентия; eskimosca Ӄышы) qəsəbəsi. Rayonun şimal-şərqindəki uzantı Naukan kəndidir
4 – Provideniya rayonu (Провиденский район) və Provideniya (Провидения ) qəsəbəsi. Bu rayonun sahillərində Sirenik yupikləri ilə Sibir (Çaplino) yupikləri tapılar.
Yaşadığı ərazilər
Rusiya Rusiya (Çukotka Muxtar Dairəsi)
Dili

Naukan yupikcəsi
çukça dili
rus dili

Dini

Pravoslavlıq, Şamanizm

Qohum xalqlar

Sibir yupikləri , Sirenik yupikləri , Alyaska yupikləri, İnyupiklər

Təsnifatı

Tarixi

Şimal maralına qoşulmuş xizək, (Arxangelsk vilayəti, 1890-1900)

Naukan yupikləri Rusiya ərazisində olan eyni adlı kənddə yaşayırlar. Naukan kəndi 1958-ci ildə köçürülmüşdür.Kənd köçürülənə qədər Avrasiyanın ən şərq nöqtədə yerləşən kəndi idi. Naukan kəndi təxminən 14-cü əsrdə salınmışdır. 1958-ci ildə köçürmədən əvvəl təxminən 400 nəfərin yaşadığı kiçik bir kənd idi. ABŞSSRİ arasında ola biləcək bir döyüş təhlükəsinə görə strateji mövqedə olan kəndin 1954-cü ildə köçürülməsi müzakirə edilirdi. Rəsmi olaraq 20 noyabr 1958-ci ildə Çukça rayonu soveti tərəfindən kəndin köçürülməsinə və ən əsası Naukan yupiklərinin köçünə qərar verildi. Köç etdirilən Naukan ailələri, Çukotka Muxtar Dairəsinin müxtəlif istiqamətlərinə, Uelen (Уэлен), Lavrentiya (Лаврентия), Lorino (Лорино) kənd və qəsəbələrinə yerləşdirilirdilər. Bu gün, Novoye Çaplino (Новое Чаплино), Sireniki (Сиреники) və Uelkal (Уэлькаль) qəsəbələrində də Naukan yupiyi vardır. Bu evakuasiya və köç, Naukan yupiklərinin mədəniyyətlərinin yox olması prosesini sürətləndirmişdir.[1]

Dil

2005-ci ildə aparılan hesablamalara görə bu dil cəmi 50 [2] tərəfindən istifadə edilir.

İctimai həyat

Qarqi

(Qarqi) İnyupikcə[3]; Çupikcə qaygiq [4] Sibirdə eskimoslar xalqları arasında yalnız Naukan yupikləri tərəfindən istifadə edilən daxma formalı yaşayış yeri.Alyaskada İnyupiklər ilə Yupiklərin tikdiyi formadan istifadə edilir.Qarqilər yalnız kişilər tərəfindən istifadə edilir.

Ovçuluq və yığıcılıq

Morj (Somateria mollissima) ; Ayveq
Erkək (Amaghullek) və dişi (Amaghullek) ördəklər

Bütün eskimos xalqları kimi Naukan yupikləri də ovçu və yığıcıdır. Bu ovçu və yığıcılığın izləri ay adlarında aşkar şəkildə görünür:

  • Yanvar ayı üçün Nayyughaghhsiq ('suitilərin ağ görünüşlü olduqları ay'),
  • İyun ayı üçün Kigyughvik (əvəlik yığma ayı')

Naukan yupikləri dəniz məməliləri arasında daha çox morj, suiti, ağ ayı ovlayırlar. Çukçalardan şimal maralını əhiləşdirməyi öyrənmişlər.Qütb tülküsüdə ovlanan heyvalar arasında yer alır.

Xarici keçidlər

İstinadlar

  1. Rusça Vikipedinin Наукан Arxivləşdirilib 2011-08-28 at the Wayback Machine maddesi
  2. Steven A. Jacobson (2005), History of the Naukan Yupik Eskimo dictionary with implications for a future Siberian Yupik dictionary Arxivləşdirilib 2011-06-07 at the Wayback Machine, Études/Inuit/Studies 29 (1–2):149-161
  3. "Qasgimi : In the Qasgi (Yupiklərdə)". 2010-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-09.
  4. "Sodhouse (Qaygiq)(Çupiklərdə)". 2011-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.