Natufi mədəniyyəti
Natufi mədəniyyəti — əsasən, qədim Fələstində, qismən də indiki Suriya və Türkiyə ərazisində Mezolit dövrünə (e.ə. XX–VII minilliklər) aid arxeoloji mədəniyyət. İsrailin Yerusəlim şəhərindən 27 kilometr (17 mil) şimal-şərqdə, 1928–1932-ci illərdə Natufi vadisində Şüqba mağarası tapıntılarına əsasən müəyyən edilmişdir. Əhalisi mağaralarda, yarımqazmalarda yaşamış, ovçuluq, balıqçılıq və yığıcılıqla (yabanı taxıl da) məşğul olmuşdur. Qəbirlərdə 3–5 skeletə təsadüf olunur. Bəzi tədqiqatçılar ibtidai əkinçiliyin bu dövrdən yarandığını ehtimal edirlər. Natufi mədəniyyəti üçün çaxmaqdaşıdan həndəsi formalı mikrolitlər, yığma-oraq dişləri iri qaşov və kərkivarı alətlər, sürtgəclər səviyyəvidir. Azərbaycanda Qobustanın "Firuz-1" düşərgəsində bir qəbirdə on skeletin mövcudluğu, "Kənizə" düşərgəsində bir qəbirdə on skeletin mövcudluğu, Kənizə düşərgəsində ibtidai divar qalıqları, mikrolitlər və s. Natufi mədəniyyəti tapıntıları ilə oxşardır.[1]
Natufi mədəniyyəti | |
---|---|
Yeri | |
Tərkibində | Şüqba mağarası |
Coğrafi region | Levant |
Başlama tarixi | e. ə. XII minillik |
Bitmə tarixi | XCV əsr, e. ə. IX minillik |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
- Натуфи мәдәнијјәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 166–167.
Əlavə ədəbiyyat
- Balter, Michael, The Goddess and the Bull, New York: Free Press, 2005, ISBN 978-0-7432-4360-5
- Bar-Yosef, Ofer, "The Natufian Culture in the Levant, Threshold to the Origins of Agriculture" (PDF), Evolutionary Anthropology, 6 (5), 1998: 159–177, doi:10.1002/(SICI)1520-6505(1998)6:5<159::AID-EVAN4>3.0.CO;2-7
- Bar-Yosef, Ofer; Belfer-Cohen, Anna. "Encoding information: unique Natufian objects from Hayonim Cave, Western Galilee, Israel". Antiquity. 73 (280). 1999: 402–409. doi:10.1017/s0003598x00088347.
- Bar-Yosef, Ofer, Valla, Francois R. (redaktor ), The Natufian Culture in the Levant, Ann Arbor: International Monographs in Prehistory, 1992, ISBN 978-1-879621-03-9
- Campana, Douglas V.; Crabtree, Pam J. "Communal Hunting in the Natufian of the Southern Levant: The Social and Economic Implications". Journal of Mediterranean Archaeology. 3 (2). 1990: 223–243. doi:10.1558/jmea.v3i2.223.
- Clutton-Brock, Juliet, A Natural History of Domesticated Mammals (2nd), Cambridge: Cambridge University Press, 1999, ISBN 978-0-521-63247-8
- Dubreuil, Laure, "Long-term trends in Natufian subsistence: a use-wear analysis of ground stone tools", Journal of Archaeological Science, 31 (11), 2004: 1613–1629, doi:10.1016/j.jas.2004.04.003
- Munro, Natalie D. "Zooarchaeological measures of hunting pressure and occupation intensity in the Natufian: Implications for agricultural origins" (PDF). Current Anthropology. 45. August–October 2004: S5–S33. doi:10.1086/422084.
- Simmons, Alan H., The Neolithic Revolution in the Near East: Transforming the Human Landscape, University of Arizona Press, 2007, ISBN 978-0816529667
Xarici keçidlər
- Epi-Palaeolithic (European Mesolithic) Natufian Culture of Israel (The History of the Ancient Near East)
- Cultural Complexity (Hierarchical Societies [Socio-Economic-Political Inequalities]) in Mesopotamia: An Outline, 2016-10-08 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2002-06-02
- The genetic structure of the world’s first farmers, Lazaridis et al, 2016