Natrolit

Natrolit – Na2 [Al2Si3O10] · 2 H2O  — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Natrolit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Na₂Al₂Si₃O₁₀ * 2H₂O
Strunz təsnifatı VIII/J.21[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][1]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

Manqanlı natrolit, litiumlu natrolit.

Xassələri

Rəng – qar kimi ağ, rəngsiz, sarımtıl, sarı, qırmızımtıl, kərpici-qırmızı, bəzən qara; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ipəyi, sədəf; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,26; Sərtlik – 5-5,5; Kövrəkdir; Ayrılma – {110} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar; pilləli, tikanlı; Başqa xassələr– piroelektrik və pyezoelektrik xassələri; yüksək sorbsiya qabiliyyəti; Morfologiya – kristallar: nazik prizmatik, sap şəkilli, sütunvari; İkiləşmə: {110} və {011} üzrə; Mineral aqreqatları: çubuq formalı, radial-şüalı, lifli, torpaqvari, sıx, bəzən bütöv kütlələr, irikristallik bloklar, sferolitlər, kollomorf əmələgəlmələr, kristallik qabıqlar.

Mənşəyi və yayılması

Effuziv süxurların–bazalt və andezitlərin tipik mineralı olub, badamvari boşluqlarda müşahidə edilir. Nefelin və sodalitin hidrotermal dəyişilmə məhsulu kimi qələvi intruziv və effuziv süxurlarda – nefelinli siyenitlərində və bazaltlarda rast gəlir. Qələvi peqmatitlərdə en kəsiyi bəzən 1 m2-ə çatan irikristallik monomineral bloklar təşkil edir. Hidrotermal damarlarda, qneyslərdə, habelə sement kimi nefelinit palaqonit tuflarında müəyyən edilmişdir. Birlikdə rast gəldiyi minerallar: kalsit, geylandit, skoletsit, stilbit, şabazit, mezolit, analsim. Mineralın tapıldığı yerlər: Usti, Çeşska Lipa (Çexiya); Rodope (Bolqarıstan); Vişnyovıye və İlmen dağları, Kola yarımadası (Rusiya); Havay adaları və b. Azərbaycanda Xocavənd (Dağlıq Qarabağ), Qubadlı, Göy-Göl, Laçın, Lerik rayonlarında, Kiçik Qafqazın Qazax və Ağcakənd çökəkliklərində və b. aşkar edilmişdir.

Tətbiqi

Molekulyar ələk kimi istifadə edilir.

İstinadlar

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Natrolite // Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.

Xarici keçidlər

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.