Natrium sulfid
Natrium sulfid- mürəkkəb qeyri üzvü maddədir. Kimyəvi formulu- Na2S.
Natrium sulfid-oksigensiz duzdur.
Alınması
Sənayedə-Na2SO4•10H2O mirabilit mineralının közərdilməsindən alınır.
- Na2SO4+4H2→Na2S+4H2O
- Na2SO4+4C→Na2S+4CO
- Na2SO4+4CO→ Na2S+4CO2
Fiziki xassələri
Adi halda ağ rəngli çox hidroskopik tozdur. Parçalanmadan əriyir, termiki davamlıdır. Texniki natrium sulfid sarımtıl və ya qəhvəyi (qirmizımtıl) rəngdədir, tərkibində 60%-ə qədər natrium sulfid var. Suda yaxşı həll olur, anionundan hidroliz olur, məhlulda yüksək qələvilik yaradır. Havada dayanma müddətində məhlul bulanır (kolloid kükürd) və saralır (polisulfid rəngində). Tipik reduksiyaedicidir. Kükürdü birləşdirir. Ion dəyişmə reaksiyalarına girir.
Kimyəvi xassələri
- Durulaşdırılmiş xlor turşusu ilə qarşılıqlı reaksiyaya girir.
Na2S+2HCl→NaCl+H2S
- Qatı sulfat turşusu ilə qarşılıqlı reaksiyaya girir.
Na2S+3H2SO4→SO2+2H2O+2NaHSO4
- Kalium permanqanatın su məhlulu ilə reaksiyaya girir.
3Na2S+2KMnO4+4H2O→2MnO2+6NaOH+2KOH+3S
- Yodla reaksiyada təmiz kükürd çökür.
Na2S+J2→2NaJ+S
Istifadə olunması
Natrium sulfid istehsalatda kükürdlü rəngləyicilər və sellülozalar, dərinin tükünün təmizlənməsində, dərinin aşılanmasında, analitik kimyada reagent kimi istifadə olunur.
Mənbə
- Лидин Р.А. "Справочник школьника. Химия"М: Астерель, 2003