Natrium-hidrokarbonat
Natrium-hidrokarbonat (Natrium-bikarbonat, İçməli soda, Çay sodası, Ərzaq sodası) - Karbonat turşusunun turş natrium duzudur. Kimyəvi formulu NaHCO3 kimidir. Ağ narın kristal maddədir. Spirtsiz içkilər, qənnadı və çörək-bulka məmulatı istehsalında, əczaçılıqda, tibdə işlədilir.[2][3]
Natrium-hidrokarbonat | |
---|---|
Ümumi | |
Sistematik adı | Natrium-hidrokarbonat |
Kimyəvi formulu | NaHCO3 |
Molyar kütlə | 0 kq[1] |
Fiziki xassələri | |
Sıxlıq | 2.16-2.22 q/sm³ |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 144-55-8 |
PubChem | 516892 |
RTECS | VZ0950000 |
ChEBI | 32139 |
ChemSpider | 8609 |
Fiziki-kimyəvi xassələri
Ərzaq sodası 50oC-yə yaxın temperaturda karbon qazı (CO2) çıxarmağa başlayır. 100-150oC-də isə tamam parçalanaraq Na2CO3-ə çevrilir. Suda məhlulları zəif qələvi reaksiyalıdır. Dəriyə turşu düşdükdə turşu dəyən yerlər natrium-hidrokarbonat məhlulu ilə yuyulur.[2]
Tibdə istifadəsi
Natrium-hidrokarbonat insan orqanizmində turşuluğu azaltdığından (PH-ı artırdığından) bir çox xəstəliklərin (iltihabi xəstəliklər, xərçəng və s.) müalicəsində istifadə olunur.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- SODIUM BICARBONATE (ing.).
- "Azərbaycan Sovet Ensiklopediyası, VII c.". (#cite_web_url)
- Vikulov, Georgiy. "Boğaz ağrısı zamanı soda ilə olan qarqaralar kömək edir". 2023. 2023-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.