Natiq Sadıqzadə

Natiq Sahib oğlu Sadıqzadə (1 mart 1942, Bakı22 yanvar 1988, Bakı) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1987–1988), Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı.

Natiq Sadıqzadə
9 aprel 1987 22 yanvar 1988
SədrHəsən Seyidov
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1942(1942-03-01)
Doğum yeri
Vəfat tarixi 22 yanvar 1988(1988-01-22) (45 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili

Təltifləri "Şərəf nişanı" ordeni

Həyatı

Natiq Sahib oğlu Sadıqzadə 1 mart 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] Əmək fəaliyyətinə 1959-cu ildə fəhləlikdən başlamışdır. Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra 7 il ərzində "Azərneftkəşfiyyat" trestində işləmiş, burada qazmaçı köməkçisi vəzifəsindən qazma kontoru direktorunun müavini vəzifəsinədək yüksəlmişdir. 1971–1974-cü illərdə Duvannı və Saatlı qazma bölmələrinin rəhbərlərindən biri olmuşdur. 1974-cü ildə "Azərneft" birliyinin qazma işləri texnologiyası üzrə istehsalat şöbəsinin rəisi təyin edilmiş, birliyin aparatının partiya təşkilatının katibi seçilmişdir.[2]

1976-cı ildə Natiq Sadıqzadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatına irəli çəkilmiş, burada Mərkəzi Komitənin Kimya və neft sənayesi şöbəsinin təlimatçısı, müdir müavini, 1983-cü ildən isə müdiri işləmişdir. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında oxumuş və akademiyanı 1985-ci ildə bitirmişdir. 1987-ci ilin aprel ayında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmiş və həyatının sonunadək bu vəzifədə çalışmışdır.[2]

Natiq Sadıqzadə 1968-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı seçilmişdir.[3] Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.[2]

Natiq Sadıqzadə ağır xəstəlikdən sonra 22 yanvar 1988-ci ildə Bakıda vəfat etmiş[2][1] və 25 yanvarda Fəxri Xiyabanda dəfn edilmişdir.[4]

Natiq Sadıqzadə Azərbaycan gəmi kapitanı Zaur Sadıqzadənin qardaşıdır.

İstinadlar

  1. Sadıqzadə Natiq Sahib oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 186.
  2. Натиг Саһиб оғлу Садыгзадә // Коммунист. № 19 (20487). 23 јанвар 1988-ҹи ил. С. 3.
  3. Садыгзадә Натиг Саһиб оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 342.
  4. Н. С. Садыгзадәнин дәфни // Коммунист. № 21 (20489). 26 јанвар 1988-ҹи ил. С. 4.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.