Natiq Rəsulzadə

Natiq Rəsul oğlu Rəsulzadə (5 iyun 1949, Bakı) — Azərbaycan yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi (1999), "Şöhrət" ordeni laureatı (2009), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).[1]

Natiq Rəsulzadə
Natiq Rəsul oğlu Rəsulzadə
Doğum tarixi 5 iyun 1949(1949-06-05) (74 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 1966-cı ildən
Əsərlərinin dili Azərbaycan dili, rus dili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 1999"Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı  — 2019 "Şöhrət" ordeni

Həyatı

Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqıTeatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-də, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumiyttifaq Mükafatına layiq görülüb. "İntihar edənin gündəliyi", "Gecə çaparı", "Nonsens", "Məhəbbət ili", "Yağışlı bayram", "Kabuslar arasında", "Quş çəkirəm", "Ulduz yollar", "Tələ", "Adacıq" və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında "Mələklərə inanmayın", "Bayramda yağış", "Yaşa, qızıl balıq", "Vahimə", "Sifarişçi", "Gecə qatarında qətl", "Nə gözəldir bu dünya…", "Girov", "Ovsunçu", "Biz qayıdacağıq" kimi onlarla maraqlı filmlər çəkilmişdir. 2017-ci ildə yazıçının əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında "Meme" tamaşası səhnəyə qoyulub.[2]

200-dən çox hekayənin və 50-dən artıq kitabın müəllifidir[3].

Azərbaycanın əməkdar incəsənət xadimi (1999) fəxri adına layiq görülüb. Respublika Dövlət mükafatı laureatıdır. 2009-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb[4].

Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.[5]

Əsərləri

  1. "Uşaqlıq lövhələri"
  2. "İşıqlı toran"
  3. "Bayramda yağan yağış"
  4. "Gecədə atlı"
  5. "Ruhlar arasında"
  6. "Intihar edənin qeydləri"
  7. "Kabusların arasında"
  8. "Ulduzların altında yol"

Filmoqrafiya

  1. Bayramda yağış (film, 1985)
  2. Biz qayıdacağıq (film, 2007)
  3. Biz qayıdacağıq (veriliş, 2007) (II)
  4. De ki, məni sevirsən! (film, 1977)
  5. Dünən, bu gün, sabah (film, 1992)
  6. Epizod (film, 2002)
  7. Gecə qatarında qətl (film, 1990)
  8. Girov (film, 2005)
  9. Nə gözəldir bu dünya... (film, 1999)
  10. Ovsunçu (film, 2002)
  11. Pərilərə inanmayın (film, 1979)
  12. Sifarişçi (film, 2000)
  13. Sürpriz (film, 1977)
  14. Vahimə (film, 1998)
  15. Yaşa, qızıl balıq (film, 1988)

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.