Natiq Paşa
Natiq Hidayət oğlu Paşa [1]
Həyatı
1966-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1983-cü ildə Soltanlı kənd orta məktəbini bitirib. 1991-ci ildə Azərbaycan Sənaye Universitetinin (indiki ADNA)Geoloji Kəşfiyyat fakültəsini, geofizik, dağ mühəndisi ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirib[2]. 2007-ci ildə AMEA Geologiya İnstitutunda AMEA müxbir üzvü Arif Həsənovun və Akademik Ziyad Səmədzadənən rəhbərliyi ilə “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi (PhD), “Xalq təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi” (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarəedilməsi) ixtisası üzrə iqtisad elmlər namizədi (PhD) dissertasiya işini müdafiə edib. 2011-ci ildə Dosent elmi adı alıb. 40-dan çox elmi əsərin müəllifidir. Azərbaycan Milli Elmlər Akademiyası RSXM-də böyük elmi işçi, Rusiya Federasiyası DR Beynəlxalq Şərq Universitetində Tədris hissəsi müdiri, Qafqaz Universitetində Tədris hissə müdiri, İnzibati işlər idarəsinin müdiri, Baş katib, Prorektor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasında dosent, Qərbi Kaspi universitetində Mühəndislik fakultəsinin dekanı vəzifələrdə işləyib.
Hazırda Azərbaycan Texniki Universitetində Sənaye ekologiyası və HFT kafedrasının dosentidir. 2017-ci ildən Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur.
N.H.Paşa 40-dan çox elmi əsərin müəllifidir. Onun Türkiyədə, Albaniyada, Qazaxıstanda elmi məqalələri nəşr olunub, elmi konfranslarda məruzələri dinlənib. Onlardan bəziləri: - About the risk in seismicareas of Azerbaijan and ways of its mitigation (Istanbul-Turkey), - Yıkıcı depremlerden zarar görmüş binaların berpasında özel tedbirlerin iktisadi giymetlendirilmesi ve berpa metodlarının sınıflandırlması (İstanbul-Turkiye), - The effect of economic factors on the consequences of natural disasters and their interdependence (Almatı-Kazakistan), - The role andstrategicimportance of Balkan countries in Caspian Basin`s energy diplomacy (Tirana-Albenia).
N.H.Paşa 5 qrant layihəsində iştirak etmişdir:
CRDF qrantlayihəsi: ANSF/CRDF 1D and 3D velocity improvement for Azerbaijan and adjacent territories (01.03.2008- 28.02.2010)
Azərbaycan Respublikası Təhsil Nazirliyi: Universitet tədrisinin Boloniya sisteminə uyğunlaşdırılması və yeni kirrikulumlarının hazırlanması. (2010)
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qrant layihəsi: Azərbaycanın Abşeron yarımadası və Xəzər dənizi ərazilərinin seysmik təhlükə səviyyələrinin qiymətləndirilməsi. (2011-2012)
ARDNŞ qrantlayihəsi: "Mobil seysmik stansiyalar vasitəsilə passiv seysmik monitorinqin neft-qaz yataqlarının məhsuldar qatlarda hidravlik çatların yaranması və inkişafına nəzarətdə istifadəsi". (2012-2014)
ARDNŞ qrantlayihəsi: "Azərbaycanın Aşağı Kür çökəkliyindəki neftli-qazlı bölgələrin seysmotektonikası". (2014-2016)
N.H.Paşa AMEA Geologiya və Geofizika İnstitutu, dissertasiya şurasında Seminarının üzvü, “FOVQAL” Fövqəladə Hallar və Həyat Təhlükəsizliyi üzrə Mütəxəsislər Birliyinin İdarə Heyətinin üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının İdarə heyətinin üzvü olmuşdur.
O, 2007-ci ildə təhsil sahəsində göstərdiyi fəaliyyətə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
İstinadlar
- "Natiq Paşa Hidayət ( Ph.D )". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-05.
- "Natiq Paşa Hidayət (Ph.D)". 2014-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-05.
https://wcu.edu.az/az/faculties/view/natiq-pasa Arxivləşdirilib 2019-01-02 at the Wayback Machine