Natiq Novruzov

Natiq Novruzov — şəhid, «Azərbaycan Bayrağı ordeni» ilə təltif olunmuşdur.

Natiq Novruzov
Natiq Telman oğlu Novruzov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Borçalı, Gürcüstan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Kəlbəcər
Vəfat səbəbi Şəhid
Dəfn yeri Bakı şəhəri, II Fəxri Xiyaban
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1992-1994
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni

Həyatı

Natiq Novruzov 1973-cü ilin may ayının 22-də Gürcüstanın Borçalıda anadan olmuşdur. 1981-ci ildə Nərimanov rayonunun 258 nömrəli məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra “Rabitə “ texnikumuna daxil olub və 1992-ci ildə bitirdikdən sonra hərbi xidmətə çağırıldı. İki illik hərbi xidmətini bitirməsinə baxmayaraq, qardaşı Novruzov Azər ilə birlikdə 1993-cü ildə Kəlbəcər rayonuna könüllü olaraq hərbi xidmətə yola düşdülər.[1]

Natiq 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş və yanvarın 1-də şəhid olmuşdur. Bu zaman qardaşı Azər məzuniyyətdə olub, öz qardaşının ölümündən xəbərsiz olmuşdur. Məzuniyyətdən qayıdandan sonra xəbər tutub ki, qardaşı şəhid olub və bütün meyidlər mühasirədə qalıb [1]. Yanvarın 16-da meyidləri erməni mühasirəsindən çıxararkən Azər də şəhid olub. Yanvarın 22-də onlar Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunmuşlar.[1]

Ailəsi

Qardaşı Azər Novruzov 1975-ci ildə yanvarın 26-sı Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Nərimanov rayonu 36 nömrəli tam orta məktəbə daxil olmuşdur. 1989-cu ildə o, məktəbi bitirmiş, Texniki Peşə məktəbinə daxil olmuşdur. O da qardaşı ilə birlikdə 1993-cü ildə hərbi xidmətə getmişdir.[1]

Xatirəsi

1994-cü ildə Nərimanov rayonu 36 nömrəli tam orta məktəbə Novruzov qardaşları adı verilmişdir, 1995-ci ildə 36 nömrəli tam orta məktəbin həyətində büstləri qoyulmuşdur.

Mükafatları

Ölümündən sonra Heydər Əliyev Novruzov Natiq Telman oğlunu «Azərbaycan Bayrağı ordeni» ilə təltif etmişdir.[2]

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.