Natiq Məmmədov (hüquqşünas)

Natiq Seyfulla oğlu Məmmədov (5 aprel 1966, Naxçıvan Muxtar Respublikası, Babək rayon, Didivar k.) — Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini[1], 3-cü dərəcəli dövlət müşaviri.

Natiq Məmmədov
bayraq
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparat rəhbərinin vəzifələrini icra edən
bayraq2
4 may 2019 25 noyabr 2019
bayraq
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini
bayraq2
Vəzifədədir
3 sentyabr 2018-ciildən
SonrakıRövzət Qasımov
bayraq
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədr müavini
bayraq2
24 fevral 2011 3 sentyabr 2018
bayraq
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının katibi
bayraq2
6 iyul 2004 22 fevral 2011
SonrakıMikayıl Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 5 aprel 1966(1966-04-05) (58 yaş)
Doğum yeri
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti hüquqşünas

Həyatı

Natiq Məmmədov 5 aprel 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayon Didivar kəndində anadan olub.

1983 −1987-ci illərdə müxtəlif qurumlarda əmək fəaliyyəti ilə məşğul olmuş və hərbi xidmət keçmişdir. 1987–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsilini başa vurduqdan sonra sahibkarlıq, diaspora quruculuğu, nəzəri və praktik biliklərinin təkmilləşdirilməsi də daxil olmaqla, SOCAR, məhkəmə, seçki və dövlət qulluğu sistemlərində səmərəli fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetinin dissertantı olmuş, "Konstitusiya hüququ kimi seçkilərin hakimiyyət orqanlarının formalaşdırılmasında rolu" mövzusunda elmi işin və bir neçə elmi məqalənin müəllifidir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən kadrların ixtisas artırma kurslarında, habelə, seçki (referendum) subyektlərinin maariflənməsinə yönəlmiş çoxsaylı müxtəlif tədbirlərdə mühazirəçi olmuşdur.

Çoxsaylı beynəlxalq tədbirlərdə iştirak etmişdir həm də müxtəlif ölkələrdə seçki müşahidə missiyalarının rəhbəri və ya üzvü olmuş, müxtəlif ölkələrin seçki və məhkəmə təcrübəsini öyrənmiş, Konstitusiya hüququ, məhkəmə — hüquq islahatları, seçki sistemi, seçki (referndum) təşkilatçılığı, seçki hüququ, siyasi partiyalar və.s ilə bağlı KİV(kütləvi informasiya vasitələri)-lərdə çoxsaylı çıxışlar etmişdir.

Harvard Universitetində hüquq, fəlsəfə, siyasət, seçki və s. sahələrə aid aşağıdakı kursları keçmişdir:

1.  Justice (Mənəvi və siyasi fəlsəfəyə giriş üzrə Harvard Universitetinin ən məşhur kurslarından biri)

2.  Contract Law: From Trust to Promise to Contract

3.  Citizen Politics in America: Public Opinion, Elections, İnterest Groups, and the Media

İmperial College Londonda isə Creativ Thinking: Techniques and Tools for Success kursunu keçmişdir.

15–17 aprel 2019-cu ildə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın İşçi Qrupunun rəhbəri olmuş, yüksək təşkilatçılığa görə ABŞ-nin Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası tərəfindən təltif edilmişdir.

Doğma ana dili ilə yanaşı İngilis, Rus, Türk dillərini bilir.

Fəaliyyəti

1992–1999-cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, sahibkarlıq subyekti olan hüquqi şəxslərin hüquq qurumlarında və rəhbərliklərində müxtəlif vəzifələrdə təmsil olunmuşdur.

Bu illərdə Natiq Məmmədov Rusiya Federasiyasında milli diaspora quruculuğunda yaxından iştirak etmiş, mədəniyyətimizin təbliği və azərbaycanlıların maraqlarının qorunması məqsədilə yaradılmış ilk rəsmi qurumlardan olan "Dalğa" azərbaycanlılar cəmiyyətinin təsis edilməsinin təşəbbüsçüsü və fəal qurucusu olmuşdur.

1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Üzən Gəmilərlə Kəşfiyyat və Qazma idarəsində hüquqşünas vəzifəsində çalışmışdır.

1999–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq xidmətinin rəhbəri olmuşdur.

2000–2004-cü illərdə Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin hakimi olmuşdur.

2004-cü ildə Azərbaycan Respublikası Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmiş və katibi seçilmişdir. MSK rəhbərliyinin formalaşdırılması qayda və prinsiplərinə uyğun olaraq dəfələrlə komissiyanın katibi seçilmiş və həmin vaxtdan 2011-ci ilədək bu vəzifədə fəaliyyət göstərmişdir.

2011–2018-ci ildə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini[2] olmuşdur.[1]

03.09.2018-ci ildən Azərbaycan Respublikasının Baş nazirinin Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini vəzifəsinə təyin edilmişdir.

4 may 2019 – 25.11.2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbərinin vəzifələrini icra etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 18 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.

Ailəsi

Ailəlidir, 2 övladı var.

İstinadlar

  1. "Natiq Məmmədov Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini təyin olunub". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-21.
  2. "Natiq Məmmədov: Seçki prosesi başlayandan MSK-ya heç bir şikayət daxil olmayıb". Trend.Az (az.). 2013-09-18. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.