Natiq Camalov
Natiq Yunis oğlu Camalov - Tabur komandiri, baş leytenant. Sırxavənd kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür. Kərbəlayi Miralılar nəslindəndir.
Natiq Camalov | |
---|---|
Natiq Yunis oğlu Camalov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam şəhəri, Seyidli kəndi, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Qarabağ Azərbaycan |
Vəfat səbəbi | İtkin |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Yunis Bəhram oğlu Camalov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1991-1992 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | Qarabağ müharibəsi |
Həyatı
Natiq Yunis oğlu Camalov 1957-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuşdur. Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil almışdır.
Döyüş yolu
Azərbaycana qarşı ərazi iddiasında olan mənfur qonşularımız havadarlarının himayəsi ilə Qarabağda fitnə-fəsad törədəndə Kərbəlayi Miralılar nəslinin qəhrəman övladı olan Tabur komandiri baş leytenant Natiq Camalov silahdaşları ilə vətənimizin hər qarışı uğrunda xain düşmənlə döyüşdü. Göstərdiyi qəhrəmanlıqlarla döyüş yoldaşları arasında hörmət, etibar qazandı.
Natiq Camalov 15 iyun 1992-ci ildə Sırxavənd kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür.
Mənbə
- Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
Həmçinin bax
- Seyidli kəndi
- Seyidli oymağı
- Kərbəlayi Miralılar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.