Natiq Bağırov
Natiq Nadir oğlu Bağırov (7 sentyabr 1964, Bakı) — sambo və dzu-do uzrə 7 dəfə dunya, 8 dəfə Avropa cempionu, Belarusun Əməkdar idman ustası
NATİQ BAĞIROV | |
---|---|
Natiq Nadir oğlu Bağırov | |
Doğum tarixi | 7 sentyabr 1964 (59 yaş) |
Doğum yeri | |
Mükafatları |
Həyatı
1964-cu il sentyabrın 7-də Bakı şəhərində anadan olmuşdur[1].
1971-1981-ci illərdə Bakı şəhəri 211 saylı orta məktəbdə təhsil almışdır.
1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft mədənləri fakultəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu bitirmişdir.
1983-cu ildə SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
1986-1987-ci illərdə “Qiproneftqaz” ETİ-də muhəndis vəzifəsində calışmışdır.
1987-ci ildə Belarus Respublikasının İdman Komitəsinin dəvəti ilə Minsk şəhərinə kocmuş, orada idmancı və məşqci kimi fəaliyyət gostərmişdir. İdman Nazirliyində mutəxəssis vəzifəsində calışmışdır.
1992-1993-cu illərdə İtaliyada məşqci kimi fəaliyyət gostərmişdir.
1995-ci ildə Belarus hokuməti tərəfindən Əməkdar idman ustası adı ilə təltif olunmuşdur.
1996-1997-ci illərdə Xorvatiyada işləmiş, sambo və dzu-do uzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu olmuşdur.
2002-ci ildən Belarus Respublikasının dzu-do uzrə Milli komandasının baş məşqcisi vəzifəsində işləyir.
1996-2002-ci illərdə Minsk şəhərində Beynəlxalq Humanitar-İqtisadi İnstitutunun “Beynəlxalq munasibətlər” uzrə mutəxəssisi, ingilis və alman dillərinin referent-tərcuməcisi mutəxəssisi ixtisasını almışdır.
1997-ci ildə Minsk şəhərində fəaliyyət gostərən “Qobustan” Mədəni-Maarif İctimai Birliyinin sədri secilmişdir.
2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədridir.
2004-cu ildə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti secilmişdir.
2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Şohrət” ordeni ilə təltif edilmişdir.
Filmoqrafiya
- Didərginlər (film, 1990)
- Zirvəyə doğru (film, 2007)
İstinadlar
- "NATİQ NADİR OĞLU BAĞIROV — diaspora.gov.az saytı". 2017-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.