Natiq Axund
Natiq Axund (15 fevral 1975, Lənkəran) — azərbaycanlı kino-rejissor, prodüser, ssenarist və aktyor.
Natiq Axund | |
---|---|
Natiq Namiq oğlu Axundov | |
Digər adı | Natiq Axundov |
Doğum tarixi | 15 fevral 1975 (49 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | film prodüseri |
Fəaliyyət illəri | 1998-ci ildən |
Təhsili |
Lənkəran Dövlət Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Tanınma səbəbi | Kino-rejissor, prodüser, ssenarist və aktyor |
Həyatı
Natiq Namiq oğlu Axundov 15 fevral 1975-ci ildə Azərbaycan SSR-in Lənkəran şəhərində musiqiçi ailəsində anadan olub. Lənkəran şəhər 1 nömrəli məktəbdə təhsil almış, 1994-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub. Humanitar fakültəsində, Tarix ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən ictimai, ölkədə tanınmış şən və hazırcavablar klubu (kvn) olan "Lumu" komandasının kapitanı olmuşdur. 1998-ci ildə LDU-nu bitirmiş, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino fakültəsinin "Kinorejissorluq" ixtisasına daxil olub. Kurs rəhbəri kinorejissor Eldar Quliyev olub.
1998-ci ildən etibarən Bakıda yaşamış və rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışmağa başlayıb. 2008-ci ildə "Qaçan Atlar Production" kino-şirkətini yaradıb və o vaxtdan bu şirkətə rəhbərlik edir. Film, serial, reklam, klip sahəsi üzrə fəaliyyətləri var. Bu illər ərzində "production"un istehsal etdiyi, ictimai, aktual mövzulu sosial filmlərdə rejissor, ssenarist, prodüser, aktyor kimi fəaliyyətləri var. İştirak etdiyi bir çox festivallarda rejissor, ssenarist nominasiyaları üzrə qalib olmuş, diplom və mükafata layiq görülüb.
2018-ci ilin fevralından İstanbulda yaşayır.[1]
Ailəlidir, üç övladı var: İki qız, bir oğlan: Rüqəyyə, Əbülfəzl, Əsmanur. Bir neçə filmlərində övladları da rol alıb.
Fəaliyyəti
ANS telekanalında aşağıdakı veriliş və proqramların rejissoru olub:
- "Cinayət işi" verilişində rejissor.
- "Qulp" satirik proqramının yumoristik epizodlarının rejissoru.
- "Salam Azərbaycan" səhər informasiya proqramında rejissor.
- Peyğəmbərlərin həyatı və əlamətdar hadisələrdən bəhs edən "Əbədi Səadətə Aparan Yol" proqramında layihə rəhbəri, rejissor və aparıcı.
ATV telekanalında yayımlanmış "Həkimlər" serialında rejissor, aktyor.[2]
Xəzər TV-də yayımlanmış "Yaşananlar" silsiləvi filmlər layihəsində "Tamahkar" qısametrajlı bədii filminin rejissoru və aktyoru.[3][4]
İnterAz TV kanalının Bakı yayımında, ilk tv fəaliyyət yaradıcısı, Baş prodüser, rejissor, layihə rəhbəri və həmçinin "Bir an ayaq saxla!" elmi kütləvi proqramı ilə "Əbədi Səadətə Aparan Yol" layihələrinin aparıcısı olub.
Azərbaycan, Türkiyə birgə internet tv kanalı olan Vision TV-də baş rejissor kimi fəaliyyətləri olub.
Hazırda 2008-ci ildə təsis etdiyi "Qaçan Atlar Production" şirkətinə rəhbərlik edir.
2017-ci ildə Natiq Axundun ssenaristliyi və rejissorluğu ilə çəkilmiş bir reklam çarxı Azərbaycan mətbuatında geniş əks-səda doğurmuş, Axund bu hadisəyə görə hətta polisə belə çağrılıb.[5]
"Dünyada Bir Gün" həyat hadisələrindən ibarət filmlər, sosial şəbəkələrdə yüksək sayda izləyici marağına səbəb olub. Hər biri alt yazı ilə ingilis dilinə tərcümə olunub. O silsilədən olan "Ramazan Payı" filmi, dünyanın bir cox ölkələrində izlənmiş, Türkiyədə, türk dilində, o cümlədən Almaniyada alman dilinə subtitr ilə tərcümə olunub yayımlanmışdır.
Filmoqrafiyası
- Bibo (etüd, 2000)
- Biz kimik (etüd, 2001)
- Cinayət işi (veriliş) — ANS TV
- Qulp (veriliş) — ANS TV
- Salam, Azərbaycan (veriliş) — ANS TV
- Yaşananlar — Xəzər TV
- Qeyri-adi cihaz (film)
- Kişi zəngi (yumoristik, satirik qısametrajlı film, Tozalan)
- Bir an ayaq saxla! (veriliş, 2011) — İnteraz TV
- Əbədi Səadətə Aparan Yol (veriliş, 2012) — ANS TV
- Həkimlər (teleserial, 2012) — ATV
- Əbədi Səadət Yolu (veriliş, 2014) — İnteraz TV
- Dünyada bir gün (filmlər silsiləsi)[6]
- Hüdudsuz (buktreyler, 2016)
- Uzaq, həm də çox yaxın (film, 2017)[15][16]
Mükafatlar
2000: Bibo (etüd, 2000): "Ümidli Gələcək" festivalı rejissor işi üzrə mükafat
2001: Biz kimik (etüd, 2001): Bakıda ilk dəfə təşkil olunmuş audioviziya festivalı mükafatı
2015: "Yeni Sabah" film festivalı rəhbəri[17]
2016: Hüdutsuz (buktreyler, 2016): Kitab treyleri (tanıtımı) festivalı qaliblərindən[18]
2016: Azərbaycanda ilk DSD reklam layihəsində rejissor və prodüser
2017: Kazan XIII Beynəlxalq Müsəlman Kinosu festivalı[7]
Həmçinin bax
İstinadlar
- "İstanbulda yaşayan azərbaycanlı rejissor: "Riyakar adamlar günbəgün çoxalırlar"". 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
- Bahar Rüstəmli. "Rejissor Natiq Axundu kim bıçaqladı?" ( (az.)). aznews.az. 2012-11-22. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- Serial- yalnız sabun köpüyü deyil
- "Həmyerlimiz, rejissor Yaşar və onun yaratdığı OSCAR FİLM PRODUCTİON şirkəti". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-04.
- ""Rejissor Natiq Axund şəhərdəki qalmaqalla bağlı Səbail Rayon polis idarəsinə cağırıldı."" ( (az.)). mustaqil.az. 2017-11-06. 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- "Kinorejissor Natiq Axund prodakşnların problemlərindən danışdı" ( (az.)). faktxeber.com. 2013-04-27. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- M. Mükərrəmoğlu. "Azərbaycan Beynəlxalq müsəlman kinosu festivalında" ( (az.)). xalqqazeti.com. 2017-09-15. 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- "Azərbaycan filmləri Kazanda müsəlman kinosu festivalında təqdim edilib" ( (az.)). naxcivantv.az. 2017-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- "Bu qısa film sizin həyatınızı dəyişə bilər - VİDEO" ( (az.)). faktxeber.com. 2016-09-27. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- "Bakıda "Boşanma" filminin təqdimatı keçirildi - FOTO" ( (az.)). islamazeri.com. 2017-04-27. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- "Rejissoru Natiq Axund keçmiş və indiki həyat yoldaşları ilə birgə şəkil çəkdirdi (VIDEO,FOTO)" ( (az.)). xeberman.com. 2017-04-28. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- "Rejissoru Natiq Axund boşanma mövzusunda qısametrajlı film çəkdi - VİDEO" ( (az.)). faktxeber.com. 2017-04-28. 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
- "Natiq Axund "Sirli Gecə" adlı ibrətli film çəkdi" ( (az.)). xeberman.com. 2017-06-30. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- ""Sirli Gece" adlı qısa film həyat hekayəsi əsasında çəkilib" ( (az.)). hedef14.org. 2017-06-28. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- "Uzaq, həm də çox yaxın - Hacı Sərdar Hacıhəsənli barədə bədii film" ( (az.)). deyerler.org. 2017-09-06. 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.
- "Uzaq, həm də çox yaxın - Hacı Sərdar Hacıhəsənli barədə bədii film" ( (az.)). maide.az. 2017-09-03. 2018-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-31.
- Xəyal Şükür. "İnterAz-ın misli görülməmiş "Yeni Sabah" film müsabiqəsi davam edir" ( (az.)). interaztv.com. 2015-04-23. 2015-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
- Fariz. "Buktreyler festivalının nəticələri açıqlandı" ( (az.)). medeniyyet.az. 2016-04-27. 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-23.
Xarici keçidlər
- Natiq Axund — Facebook səhifəsi
- Natiq Axund — Instagram səhifəsi
- Natiq Axund kanalı — YouTube
- "Tanınmış rejissor Natiq Axundla "Kadrdan Kənar"" ( (az.)). islaminsesi.info. 2017-07-18. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- "Rejissor Natiq Axund: "Komediyaya olan tələbat insanların gərginliyi ilə əlaqəlidir"" ( (az.)). islamazeri.com. 2017-02-11. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- "Tanınmış rejissor Natiq Axund: "Bu, mənə qarşı təxribatdır" - FOTO" ( (az.)). islamazeri.com. 2016-10-19. 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
- Samir Mirzə. "Azərbaycanlı rejissordan qalmaqallı sözlər: "Çılpaq birini filmə çəkib, pul qazanırlar"" ( (az.)). Minval.İnfo. 2018-01-16. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.