Natiq Ağamirov

Natiq Ağamirov — hüquqşünas, Avropa Azərbaycanlıları Konqresinin Prezidentlərinin Məşvərət Şurasının üzvü, "Tərəqqi" medalı laureatı.

Həyatı və fəaliyyəti

Natiq İsmayıl oğlu Ağamirov 1958-ci il noyabrın 6-da Ağdam rayonunda anadan olmuşdur. Ali məktəbi bitirdikdən sonra Azərbaycan ədliyyə orqanlarında işləmişdir. 1983-cu ildə Rusiya Federasiyasının ədliyyə orqanlarına - Moskva Vilayəti uzrə Ədliyyə İdarəsinə kecirilmiş, orada idarənin məsləhətçisi, baş mutəxəssisi - notariat şöbəsinin rəisi işləmişdir. 1990-cı ildən Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə – Huquqi Yardım İdarəsinin İdarəsinin baş mütəxəssisi vəzifəsinə kecirilmişdir. 1991-ci ildə RSFSR Ədliyyə Nazirliyinin İdarə rəisinin müavini – hüquqi yardımın təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.1991-ci ildən Rusiya notariuslarının birinci təsis qurultayında Rusiya Notariusları Assosiasiyasının sədri, 1992-ci ildə isə Ümumrusiya Peşəkar Notariusları İttifaqı Mərkəzi Şurasının sədri secilmişdir. Huquq nəzəriyyəsi və hüquq tətbiqi fəaliyyəti sahəsində bir sıra elmi məqalələrin və yazıların muəllifidir. Rusiya Federasiyası Məhkəmə və notariat sistemi islahatının təşəbbüskarlarından biridir. Siyasi və hüquq elmləri namizədir. Ümumrusiya Azərbaycan Konqresi İqtisadi İnkişaf Fondunun İdarə Heyətinin sədridir. 2007-2009-cu illərdə Avropa Azərbaycanlıları Konqresinin Prezidenti olmuşdur. Hazırda Avropa Azərbaycanlıları Konqresinin Prezidentlərinin Məşvərət Şurasının üzvüdur.

Təltifləri

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.