Natiq Əliyev (general-mayor)

Natiq Əliyev (26 avqust 1964, Əmirxeyir, Krasnoselsk rayonu) — General-mayor.

Natiq Əliyev
Doğum tarixi
Doğum yeri Əmirxeyir, Krasnoselo rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Türkər Əliyeva, Namiq Əlizadə
Milliyyəti azərbaycanlı
Fəaliyyəti farmakoloq, hərbi qulluqçu

Əczaçılıq elmləri namizədi, Ehtiyatda olan hərbi zabit

Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi.[1]

Həyatı

Natiq Əliyev 26 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir.

"Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi" elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

1999–2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır.

2012–2020-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb Bas Idarəsinin rəisi işləyib. Azərbaycan Respublikası Prezidentinin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Tibb-Xidməti General-mayor hərbi rütbəsi verilmişdir. 2020-ci ilin iyun ayından Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə general-mayor Natiq Əliyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Mükafatları və fəxri adı

  • 2003-cü ildə "Hərbi xidmətlərə görə" medalı.
  • "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı.
  • "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı.
  • Beynəlxalq Hərbi İdman Şurasının Ali zabit ordeni.
  • Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il tarixli Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.