Natiq Şahmuradov
Natiq Şahmuradov (14 avqust 1963, Kərkicahan – 8 may 1992, Şuşa) — Qarabağ müharibəsi şəhidi.
Şahmuradov Natiq | |
---|---|
Şahmuradov Natiq Əmirxan oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Kərkicahan, Xankəndi, Azərbaycan SSR |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Şuşa |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Sevinc |
Uşağı | Milis |
Atası | Əmirxan |
Anası | Faizə |
Milliyyəti | azərbaycanlı |
Həyatı
Şahmuradov Natiq Əmirxan oğlu 1963-cü il avqustun 14-də Kərkicahan qəsəbəsində anadan olmuşdur. 1981-1983-cü illərdə Xarkov və Sevastopol şəhərlərində hərbi xidmətdə olmuşdur. Bu illər ərzində rabitə elminin dərin sirlərinə yiyələnmişdi. 1985-1987-ci illərdə sürücülük və kino-mexaniklik peşələrinə yiyələnmişdir. Hərbi xidməti başa vurduqdan sonra DQMV Polis İdarəsində polis vəzifəsinə qəbul olunmuşdur. 1989-cu ildə həmin idarənin göndərişi ilə Bakıda orta xüsusi milis məktəbinə oxumağa göndərilmişdir. Bu məktəbi əla qiymətlərlə başa vurduqdan sonra təyinatla Saatlı rayonuna göndərilib. O, bu göndərişdən imtina edərək od-alov içində yanan Qarabağa göndərilməsini təkid etmişdi. Ona görə də, kəlbəcərli Qənimət İmanovla “Mübariz keşikdə” qəzetində “Bizi Qarabağa göndərin” başlıqlı məqalə ilə çıxış etmişdilər. Nəhayət, onu Şuşa polis şöbəsinə göndərmişlər.
Kərkicahan pələngi
Natiq Kərkicahanın ağır günlərini nəzərə alaraq, öz xahişi ilə Kərkicahanda işləyə-işləyə döyüş meydanına atılmışdı. Onun rus dilində səlis danışması ermənipərəst hərbçilərlə Kərkicahan əhalisi arasında müəyyən ünsiyyət yaratmışdı. Kərkicahanın işğalından sonra Natiq Şuşanın müdafiəsində dayanır. 1992-ci il may ayının 8-də Natiq xəstəxana istiqamətində vuruşarkən, həbsxana tərəfdə vəziyyətin ağır olduğunu eşidir. “UAZ” markalı avtomaşınla hərbi sursat götürərək həmin istiqamətə gedir. Həbsxanada ətrafında baş verən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Evli idi. Kərkicahan qəsəbəsi 6 saylı məktəbi onun adını daşıyır. Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.