National Geographic

National Geographic Channel - ABŞ-nin Milli Coğrafiya Cəmiyyətinin istehsalı olan elmi filmlər translyasiya edən amerikan telekanalı. Kanalda həmçinin elm, təbiət, mədəniyyəttarixə dair sənədli filmlər tez-tez yayımlanır.

National Geographic
Loqonun şəkli
Telekanalın rəsmi loqosu
Ölkə ABŞ ABŞ
Yayım ərazisi Belarus Belarus
Braziliya Braziliya
Böyük Britaniya Birləşmiş Krallıq
İsrail İsrail
Yaponiya Yaponiya
Meksika Meksika
Polşa Polşa
Rusiya Rusiya
Serbiya Serbiya
ABŞ ABŞ
Ukrayna Ukrayna
Estoniya Estoniya
Dil ingilis dili
rus dili və s.
Baş qərargah Vaşinqton, ABŞ
Yaranma tarixi 1 yanvar 1997
Sahibi National Geographic Partners (21st Century Fox (73 %); National Geographic Television & Film (27 %))
Qardaş kanallar National Geographic Channel HD
Nat Geo Wild
Fox Life
BabyTV
Sayt natgeotv.com

Kanalın siqnalı bu gün dünyanın 171 ölkəsində 38 dildə, o cümlədən rus dilində gecə-gündüz mövcuddur. Kanalın ümumi auditoriyası dünya üzrə 440 milyon evdir.

Tarixi

1997-ci ilin sentyabrında, National Geographic Channel Böyük Britaniyada, Avropada (AFR istisna olmaqla) və Avstraliyada yayımlara başlamışdır[1]. 1998-ci ilin iyul ayında, National Geographic Channel, NBC Asia Channel əvəzləyən Star TV operator şəbəkəsində Asiyaya gəldi. Eyni şey, 1998-ci ildə Avropada NBC'nin sona çatması ilə baş verdi. Bu gün kanal 143-dən çox ölkədə, 160 milyondan çox ev üçün və 38 dildə mövcuddur.

ABŞ-də National Geographic Kanalı 2001-ci ilin yanvarında National Geographic Cəmiyyətinin və Fox Entertainment Groupun birgə təşəbbüsü olaraq meydana gəlmişdir. 2004-cü il noyabrın 1-də Almaniyada da telekanal yayıma başladı. Kanadada kanal Canwest və ABŞ kanalına məxsusdur, Avropalı versiyalar isə Fox-un köməyi ilə British Sky Broadcasting (BSkyB) ilə əməkdaşlıq edir və 2007-ci ildə Fox-a satılır.

Avstraliyada, National Geographic Channel Foxtel, Optus, Austar, Qonşuluq Kabeli, TransTV və SelecTV vasitəsilə idarə olunur. Avstraliya versiyası yerli təqdimatçıları, tanıtım materialları və müəyyən proqramlar daxildir.

National Geographic Channel loqosu (2005–2016)

Yeni Zelandiyada, National Geographic Channel SKY Network Television və TelstraClear InHomeTV-də yayımlanır. Cənubi Afrikada kanal, rəqəmsal peyk televiziyasından (DSTV olaraq da bilinir) istifadə edilməklə Afrikada çox kanallı rəqəmsal peyk televiziyası xidmətidir.

Yaxın Şərqdə yayım Əbu-Dabidə ərəb dilində gedir. 2016-cı ildə rebrandinqdən sonra kanal National Geographic adına dəyişdirildi. 2017-ci ildə, 52 milyard dollardan çox tarixi bir müqavilədən sonra, Walt Disney şirkəti 21-ci Əsrin Foxunun çox hissəsini satın aldığını elan etdi. Bundan sonra, Disney National Geographic ilə birgə FOX payını alacaq[2].

Kanal müxtəlif ölkələrdə

  • Azərbaycan Azərbaycan — Life TV
  • Avstraliya Avstraliya — Foxtel, Optus, Austar, Neighbourhood Cable, TransTV, SelecTV
  • Belarus Belarus — МТИС, Космос ТВ
  • Yaxın Şərq — Fox International Channels, Abu Dhabi Media Company
  • Braziliya Braziliya — NET, Vivo TV
  • Böyük Britaniya Birləşmiş Krallıq — British Sky Broadcasting, Sky Digital, TalkTalk TV
  • Almaniya Almaniya — Cablecom, Unitymedia, Kabel BW, Kabel Deutschland, KabelKiosk, Telesystem, Vodafone
  • İrlandiya İrlandiya — Sky Digital, UPC, Magnet Networks, SCTV
  • İslandiya İslandiya — Skjarin
  • Qazaxıstan Qazaxıstan — Алма-ТВ, Digital TV, ICON (кабельное вещание), OTAU TV (спутниковое вещание), iD TV (IPTV).
  • Moldova Moldova— Sun-TV (Orange), Moldtelecom, StarNet
  • Yeni Zelandiya Yeni Zelandiya — SKY Network Television, TelstraClear InHomeTV
  • Rusiya Rusiya — АКАДО, Билайн, МТС, Дом.ru, Домолинк ТВ, НТВ-Плюс, Космос-ТВ, Радуга-ТВ, Актив ТВ, Орион Экспресс, Континент ТВ, Связь-Телеком, Стрим, Qwerty, NETBYNET, Триколор ТВ, Теле Мир, Балтика ТВ, Телекарта, Ростелеком, ТЕЛЕНЕТ, АльянсТелеком.
  • ABŞ ABŞ — Fox Networks
  • Özbəkistan Özbəkistan — StarsTV, UzDigitalTV
  • Ukrayna Ukrayna — Viasat-Украина, XtraTV, Воля-Кабель
  • Cənubi Afrika — MultiChoice's

Şüarları

  • Yenidən fikirləşin (ing. Think again);
  • Öyrənməyə cəsarətlənin (ing. Dare to Explore);
  • Hər şeyə can atın (ing. Live Curious).

Xarici keçidlər

İstinadlar

  1. "Международная География". телевизионный международный бизнес. 1 October 1997. səh. 172. (#accessdate_missing_url)
  2. "The Walt Disney Company To Acquire Twenty-First Century Fox, Inc., After Spinoff Of Certain Businesses, For $52.4 Billion In Stock" (Press-reliz). The Walt Disney Company. dekabr 14, 2017. dekabr 14, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: dekabr 14, 2017.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.