Natan Söderblum
Lars Olaf Conatan Söderblum (isv. nɑ̌ːtan ˈsø̌ːdɛrblʊm; 15 yanvar 1866[1][2][…], Trönö[d] – 12 iyul 1931[1][2][…], Uppsala) – İsveçli ruhani.
Ən möhtərəm Natan Söderblum | |
---|---|
Kilsə | İsveç kilsəsi |
Yeparxiya | Upsala |
Oturulub | 20 may 1914 |
Səlahiyyət müddəti sona çatıb | 1914–1931 |
Sələf | Yohan Avqust Ekman |
Xələf | Erlinq Eydem |
Təyinatlar | |
Təyinat | 1893-cü il (keşiş) |
Təqdis | 8 noyabr, 1914-cü il Qotfrid Billinq tərəfindən |
Şəxsi məlumatlar | |
Doğum | 15 yanvar 1866[1][2][…] |
Vəfat | 12 iyul 1931[1][2][…] (65 yaşında) |
Milliyət | isveçli |
Məzhəb | İsveç kilsəsi |
Valideynlər | Yonas Söderblum və Nikolina Sofi Blyume |
Həyat yoldaşı | Anna Söderblum (Forsell olaraq anadan olub) (1870–1955) |
Təhsili | Uppsala Universiteti |
1914-1931-ci illər arasında İsveç Upsala kilsəsinin baş yepiskopu[3] və 1930-cu ildə Nobel Sülh mükafatı laureatı olmuşdur. 12 iyulda Lüteran kilsəsinin Müqəddəslər təqvimində və Yepiskopal kilsəsinin (ABŞ) ayin təqvimində xatırlanır.[4]
Həyatı
Soderblum Evleborq lenində, Söderhamn şəhərinin Trönö kəndində anadan olmuşdur. Atası kilsə keşişi idi. 1883-cü ildə Uppsala Universitetinə daxil oldu. Əvvəlcə nə öyrənmək istədiyinə əmin olmasa da, nəticədə atasının yolunu davam etdirməyə qərar verdi. ABŞ səyahətindən qayıtdıqdan sonra 1893-cü ildə keşiş təyin edildi. 1892 və 1893-cü illərdə Söderblum əvvəlcə Uppsala Tələbə Birliyinin vitse-prezidenti, sonra isə prezidenti oldu.[4]
1894-cü ildən 1901-ci ilə qədər Parisdə İsveç səfirliyində vəzifə apardı, hansı ki,burada onun iclaslarında həm Alfred Nobel (1833–1896), həm də Avqust Strindberq (1849–1912) yer alırdı. 1897-ci ildə Alfred Nobelin ölümündən sonra anma mərasimini keçirdi. 1901-1914-cü illərdə Söderblum Uppsala Universiteti nəzdindəki İlahiyyat məktəbində vəzifə tutdu və 1912-1914-cü illərdə eyni zamanda Leypsiq Universitetində dinşünaslıq üzrə professoru oldu. 1914-cü ildə İsveçdəki Lüteran kilsəsinin başçısı, Uppsalanın arxiyepiskopu seçildi. Birinci Dünya müharibəsi zamanı,o, bütün Xristian liderlərini müharibə əsirləri və qaçqınların vəziyyətini yaxşılaşdırmaq, barışıq və ədalət üçün çalışmağa çağırdı.[5]
Kilsə birliyinin İncili dünyaya təqdim etmək üçün xüsusi məramı olduğuna və İsa peyğəmbərin mesajlarının ictimai həyatla əlaqəli olduğuna inanırdı. 1920-ci illərdə xristian "Həyat və İş" hərəkatına rəhbərliyi onu katolik hərəkatının əsas qurucularından biri kimi tanınmasına səbəb oldu. İsveç kilsəsi ilə İngiltərə kilsəsi arasındakı əlaqələrin qurulması istiqamətində hərəkətə keçmiş və İngilis ekumenisti, Kenterberinin dekanı, Çiçester yepiskopu Cor Bell (1883-1958) ilə yaxın dost idi. 1925-ci ildə Stokholmda Ümumdünya Həyat və İş Konfransına rəhbərlik etməkdə böyük rol oynadı. 1930-cu ildə Nobel sülh mükafatına layiq görüldü.[4][6]
Seçilmiş əsərləri
- Den enskilde och kyrkan : föredrag (1909)
- Helighet och kultur (1913)
- Gudstrons uppkomst (1914)
- 9 Works by Nathan Söderblom Çin xristianlığı proqramının sənədləşməsində, Honqkonq Baptist Universiteti kitabxanası
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Nathan Soderblom // Encyclopædia Britannica (ing.).
- "Religious Organizations" (isveç). World Statesmen. 13 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 December 2014.
- "Nathan Söderblom". The Nobel Foundation. July 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2020.
- "Nathan Söderblom". The Giffordlectures. April 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2020.
- "Nathan Söderblom 1930". Nobel Peace Center. October 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2020.
Ədəbiyyat
- Andrae, Tor J.E. (1931) Nathan Söderblom (Uppsala University)
- Curtis, Charles J. (1967) Söderblom: Ecumenical Pioneer (Minneapolis, Augsburg Publishing House)
- Jonson, Jonas (2016) Nathan Söderblom: Called to Serve (Grand Rapids: Eerdmans Publishing Company) ISBN 0802873081
- Katz, Peter (1949) Nathan Söderblom: A Prophet of Christian Unity (London, James Clarke)
- Sundkler, Beng (1968) Nathan Söderblom: His Life and Work (Lutterworth Press) ISBN 9780718815738
- Dietz Lange, Nathan Söderblom und seine Zeit, Göttingen 2011
- Klas Hansson, Nathan Söderblom's ecumenical cope. A visualization of a theological and ecumenical concept. Studia Theologica – Nordic Journal of Theology, vol 66, issue 1, 2012