Natalya Varley
Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей; 22 iyun 1947, Konstansa, Rumıniya) — Sovet və Rusiya teatr və kino aktrisası, şairə, N.K. Krupskaya adına RSFSR Dövlət Mükafatı laureatı (1984), RSFSR-in əməkdar artisti (1989).
Natalya Varley | |
---|---|
rus. Наталья Варлей | |
Doğum adı | Natalya Vladimirovna Varley |
Doğum tarixi | |
Doğum yeri | Konstansa, Rumıniya |
Vətəndaşlığı | SSRİ → Rusiya |
Həyat yoldaşı |
Nikolay Burlyayev Vladimir Tixonov |
Uşağı | Vasili |
Atası | Vladimir Viktoroviç Varley |
Anası | Ariadna Sergeyevna Senyavina |
Fəaliyyəti |
aktrisa şairə |
Fəaliyyət illəri | 1966-cı ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0890046 |
natalyavarley.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur.
Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir [1]. Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir.
1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür.
Bir gün anası Natalyanı sirkə aparır. Natalya kassada 11-13 yaşlı uşaqların uşaq sirk studiyasına dəvətilə bağlı elan görür. Növbəti gün qız valideynlərindən gizlin olaraq göstərilən ünvana gəlir. Həmin studiyanın pedaqoqları onu qəbul edirlər. Beləliklə, Natalya Varley 1965-ci ildə Dövlət sirk və estrada sənəti məktəbini bitirərək Moskva sirkinin Rəngli bulvardakı truppasına qoşulur. Orada ekvilibrist kimi çalışmağa başlayır.
İş elə gətirir ki, bir gün Natalya məşhur kloun Leonid Yengibarovla çıxış edir. Natalyanın kinoya gəlişinin əsas səbəbkarı da məhz Yengibarov olur. Onun yaxın dostlarından biri Georgi Yunqvald-Hilkeviç Odessa kinostudiyasında rejissor kimi çalışırdı. 1966-cı ildə o, sirkin yeni təqdimetməsinə gəlir və təsadüfən orada Natalyanı görür. Varley rejissorun o qədər xoşuna gəlir ki, elə o andaca onu çəkəcəyi yeni "Göy qurşağının formulu" filminə dəvət edir. N. Varley razılaşır və ona epizodik tibb bacısı rolu həvalə olunur.
Onun bütün SSRİ-də tanınmasına isə sayca 2-ci çəkildiyi "Qafqaz əsiri" filmi səbəb olur. Həmin filmdə ona əsas qadın obrazı olan idmançı, komsomolçu və gözəl Nina rolu verilmişdi. Filmin quruluşçu rejissoru Leonid Qaydayın həyat yoldaşı xatırlayır ki, Qayday Nina obrazına olduqca böyük sayda aktrisa sınamışdı. Lakin Natalyanın qeyri-adi cazibəsi və gənclik səmimiyyəti rejissoru məhz onu seçməyə vadar edir. Film böyük müvəffəqiyyət qazanır və Varley ağlasığmaz məşhurluqla qarşılaşır.
Natalya Varley 1967-ci ilə qədər Moskva Dövlət Sirkində çalışır və 1971-ci ildə Şşukin adına teatr məktəbini bitirir. 1971-1978-ci illərdə K.S. Stanislavski adına Moskva dram teatrının aktrisası olmuşdur.
1971-ci ildə tanınmış rus aktyoru Vyaçeslav Tixonovun oğlu Vladimir Tixonovla ailə həyatı qurmuşdur. Bu izdivacdan onların Vasiliya adlı oğulları dünyaya gəlmişdir. 1980-ci illərdə Ədəbiyyat institutuna daxil olmuş və 2-ci kursda oxuyarkən ikinci oğlu anadan olmuşdur.
Filmoqrafiya
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1966 | Göy qurşağının formulu | Формула радуги | tibb bacısı |
1966 | Qafqaz əsiri və ya Şurikin yeni macəraları | Кавказская пленница, или Новые приключения Шурика | Nina |
1967 | Viy | Вий | Pannoçka |
1969 | Qızıl | Золото | Musya Volkova |
1970 | Qaçış | Бег | keçisaç qız |
1970 | Yefreytor Zbruyevin yeddi adaxlısı | Семь невест ефрейтора Збруева | Qalina Listopad |
1971 | 12 stul | 12 стульев | Yelizaveta |
1971 | Qara quru çörək | rus. Чёрные сухари alm. Schwarzer Zwieback | Tatyana |
1973 | Meqre və oturacaqdakı adam | Мегрэ и человек на скамейке | Monik Ture |
1973 | Dmitri Kantemir | Дмитрий Кантемир | Rodika |
1974 | Üç gün Moskvada | Три дня в Москве | Olya Potapova |
1975 | İyirmi doqquzuncu ilin baharı | Весна двадцать девятого | Ella Mixaylovna |
1975 | Böyük attraksion | Большой аттракцион | Daşa Kalaşnikova |
1975 | Sirkdə sirk | çex. Cirkus v cirkuse rus. Соло для слона с оркестром | Tanya İvanova |
1976 | Topaz | Топаз | Süzi Kurtua |
1978 | Bu gün və ya heç vaxt | Сегодня или никогда | Tanya |
1978 | Seçim | Выбор | |
1979 | Elə belə olacaq | Так и будет | Olqa Fyodorovna |
1980 | Kloun | Клоун | Taya |
1980 | Mənim atam idealistdir | Мой папа — идеалист | Alyona |
1981 | Köhnə məktub | Старые письма | Liza |
1981 | Keçid yaş dövrü | Переходный возраст | İzolda |
1981 | Yeganə kişi | Единственный мужчина | Vika Mikulina |
1982 | Gözləmirdik, güman etmirdik! | Не ждали, не гадали! | professorun arvadı |
1982 | Böyümək istəmirəm | Не хочу быть взрослым | Yekaterina Orlova |
1983 | Tilsim | Талисман | Dükün anası |
1983 | Haray | Набат | "Tanya" / İrina Radçuk |
1984 | Əvvəlcədən duya bilmədik | Нам не дано предугадать | Nesterovun arvadı |
1984 | Gələcəkdən gəlmiş qonaq | Гостья из будущего | məşqçi Marta Erastovna Skrıl |
1977- 1984 | Alovlu yollar | özb. Olovli yoʻllar rus. Огненные дороги | Mariya Kuznesova |
1986 | Təhlükəli mükafat | Опасный приз | Lyubov İvanovna |
1986 | Kənar şəxslərə girişə icazə verilir | Посторонним вход разрешён | Dimanın anası |
1989 | Gənclik səhvləri | Ошибки юности | |
1992 | Yad oyun | Чужая игра | ana |
1993 | Bolşevik döngəsinin kiçik adamları və ya pivə istəyirəm | Маленькие человечки Большевистского переулка, или Хочу пива | Vera |
1994 | Zümrüd şəhərinin sehrbazı | Волшебник Изумрудного города | Bastinda / Ginqema |
1997 | Əsas məsələ haqqında köhnə mahnılar 2 | Старые песни о главном 2 | Nina |
2005 | 12 ay | 12 месяцев | tərbiyəçi |
2005 | Oskar | Оскар | Şarlotta |
2006 | Boz Köpəklər cinsindən olan canavar iti | Волкодав из рода Серых Псов | Kenderatın anası |
İstinadlar
- "Наталья Владимировна Варлей. Биографическая справка". 2015-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-22.
.
Xarici keçidlər
- Natalya Varley — IMDb səhifəsi