Natalya Buksa

Natalya İqorevna Buksa (ukr. Ната́лія Ігорівна Букса; doğ. 6 noyabr 1996, Lvov) — Ukrayna şahmatçısı, 20 yaşa qədər qızlar arasında dünya çempionu (2015). Qadınlar arasında qrosmeyster (2015).

Natalya Buksa
Ната́лія Букса
Natalya Buksa 2015-ci ildə
Ölkə Ukrayna Ukrayna
Doğum tarixi
Doğum yeri Lvov, Ukrayna
Titulu qadınlar arasında qrosmeyster (2015)
Son reytinqi
  • 2.388 (dekabr 2023)[1]
Maksimal reytinqi 2.437 (sentyabr 2018)
FİDE nömrəsi 14123622
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, FİDE-nin 2016-cı ilin dekabr ayına olan reytinq siyahısında 2264 xalla 269-cu yerdə qərarlaşıb (Ukrayna şahmatçıları arasında 13-cü yer).

Məşqçiləri Vladimir Qrabinski ilə Yuri Privalovdur. Atası şahmat kateqoriyasına malikdir, Buksanı şahmata məhz o həvəsləndirib. İvan Franko adına Lvov Milli Universitetinin tələbəsidir.

Şəxsi həyatı

2018-ci ilin may ayında azərbaycanlı şahmatçı Rauf Məmmədovla nişanlanıb.[2]

İdman nailiyyətləri

  • 2004  — 8 yaşa qədər qızlar arasında Ukrayna vitse-çempionu.
  • 2006  — 10 yaşadək qızlar arasında Ukrayna çempionu.
  • 2010  — 14 yaşa qədər qızlar arasında Ukrayna vitse-çempionu.
  • 2012  — 16 yaşadək qızlar arasında Ukrayna çempionatının bürünc mükafatçısı.
  • İyun 2014  — qadınlar arasında blits üzrə Ukrayna vitse-çempionu.
  • Yanvar 2015  — 20 yaşa qədər qızlar arasında Ukrayna çempionu.
  • Mart 2015  — kişilər arasında beynəlxalq "Lviv Tradition" master turnirində 2-ci yer.[3]
  • İyun 2015  — qadınlar arasında blits üzrə Ukrayna vitse-çempionu.
  • Sentyabr 2015  — 20 yaşa qədər qızlar arasında dünya çempionu (Xantı-Mansi).[4][5][6]
  • Dekabr 2015  — qadınlar arasında 75-ci Ukrayna çempionatı (Lvov)  — 4-cü yer.[7]
  • Dekabr 2016  — qadınlar arasında 76-cı Ukrayna çempionatı (Rivne)  — 2-ci yer.[8][9]

Ukrayna çempionatlarındakı nəticələri

İlŞəhərTurnir+=NəticəYer
2015Lvov75-ci Ukrayna çempionatı3249-dan 54
2016Rivne76-cı Ukrayna çempionatı5229-dan 6Silver

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.