Natəvan Dəmirçioğlu
Natəvan Dəmirçioğlu (tam adı: Natəvan Dəmirçi qızı Mansurova — Atamoğlanova; 1 noyabr 1963, Qazax rayonu) — Azərbaycan yazıçısı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, media üzrə ekspert, "İlin qadın yazıçısı" (2010), Prezident təqaüdçüsü (1999 və 2000).
Natəvan Dəmirçioğlu | |
---|---|
Natəvan Dəmirçi qızı Mansurova - Atamoğlanova | |
Doğum adı | Natəvan Mansurova |
Təxəllüsü | Natəvan Dəmirçioğlu |
Doğum tarixi | |
Doğum yeri | Daş Salahlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Ağarıza Atamoğlanlı |
Uşaqları | Nurlan Atamoğlanlı, Nuran Atamoğlanova-Abasova |
Atası | Dəmirçi Yolux oğlu Mansurov |
Fəaliyyəti | Nasir, publisist, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini |
Mükafatları |
"Qılınc və Qələm" mükafatı, "İlin qadın yazıçısı" |
Həyat və fəaliyyəti
Natəvan Dəmirçioğlu 1 noyabr, 1963-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almış, tələbəlik illərindən dövrü mətbuatla və Respublika Radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orijinal formatlı yazılarla çıxış etmişdir. Universiteti əla qiymətlərlə oxuyan D. Natəvan Tələbə Elmi Cəmiyyətinin üzvü kimi 1985-ci ildə Bakıda keçirilən Ümmumittifaq miqyaslı "Tələbə elmi işlərinin respublika müsabiqəsi"nin qalibi olmuşdur. Sonralar Zaqafqaziya Universitetləri Tələbələrinin Elmi Konfransında rus, gürcü, erməni tələbələrdən üstün olaraq konfransın I diplomuna və xüsusi mükafatına layiq görülmüşdür. Axırıncı kursda oxuyarkən 1989-cu il aprel ayında çıxan "Müxbir" jurnalının tələbələrə həsr olunan xüsusi buraxılışında D. Natəvan haqqında ayrıca məqalə verilmişdir. 1989-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində müxbir, 1989–1991-ci illərdə kiçik redaktor, 1991–1994-cü illərdə redaktor, 1994–1995-ci illərdə isə böyük redaktor kimi fəaliyyət göstərmişdir. 1995–2022-ci illər ərzində Azərbaycan Beynəlxalq Radiosunda Cənubi Azərbaycan şöbəsinin müdiri, 2022-ci ildən etibarən isə həmin müəssisənin direktor müavini vəzifəsində çalışır. 2002–2007-ci illərdə Bakı Dövlət Universitetinin doktorantı olmuşdur. 2012-ci ildə "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu" adlı dissertasiya işini uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Elmi məqalələri Respublikamızda və Rusiyada, Ukraynada, Türkiyədə, Qazaxıstanda, Uralda nəşr olunmuşdur.
Ailəsi
Natəvan xanımın atası Dəmirçi Yolux oğlu Mansurov rəssam, ağac oyma sənətinin mahir ustası olmuşdur. Qazağın Daş Salahlı kəndinin yüksək evtikmə mədəniyyəti onun adı ilə bağlıdır. Natəvan Dəmirçioğlu 1989-cu ildə Ağarıza Atamoğlanlı ilə ailə qurmuş, bu evlilikdən iki övladı dünyaya gəlmişdir, üç nəvəsi var:
- Nurlan Atamoğlanlı
- Nuran Atamoğlanova
Qızı Atamoğlanova-Abasova Nuran Bakı Musiqi Akademiyasının bakalavr, magistr, doktorantura pilləsini bitirmişdir. Dövlət İmtahan Mərkəzində çalışır. Oğlu Atamoğlanlı Nurlan zabitdir.
Pedaqoji fəaliyyəti
Natəvan xanım pedaqoji fəaliyyətlə də məşğuldur. 2006-cı ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının saat hesabı müəllimidir. BDU- nun Jurnalistika fakültəsinin bakalavr və magistratura mərhələlərində ayrı-ayrı illərdə "RTV jurnalistikasının əsasları", "Jurnalistin praktik yaradıcılığı", "Xüsusi kurs", "Azərbaycan Beynəlxalq Radiosu","İslami dəyərlərin RTV-də işıqlandırılması", "Ədəbi redaktə" fənnlərindən mühazirə və seminar dərsləri deyib. On ilə yaxın Odlar Yurdu Universitetinin "Jurnalistika, dil və ədəbiyyat" kafedrasının müəllimi kimi fəalliyyət göstərib. Odlar Yurdu Universiteti tələbələrinə " Beynəlxalq Jurnalistika", "Kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsi","Jurnalist sənətkarlığı və tələbənin praktik yaradıcılığı", "Jurnalistin nitq mədəniyyəti", "Radio və TV jurnalistikasında aparıcının iş metodikasının xüsusiyyətləri" fənlərindən mühazirə və məşğələlər keçib. 2013-cü ildə Odlar Yurdu Universitetində Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr edilmiş Beynəlxalq elmi konfransın humanitar bölməsinin elmi katibi olub. Bir neçə il isə Bakı Avrasiya Universitetində "Araşdırma jurnalistikası", " Peşəkar jurnalistika", "RTV jurnalistikasının iş metodikası" fənlərindən mühazirələr oxumuşdur. Tədris sahəsində onun fəaliyyəti həm də bu fənlərin proqramlarının hazırlanması ilə bağlıdır. Pedaqoji fəaliyyəti dövründə onlarla tələbənin diplom rəhbəri və məsləhətçisi olmuşdur. Natəvan xanım DİM-in jurnalistika ixtisası üzrə eksperti olan N. Dəmirçioğlu eyni zamanda Teleradio Akademiyasının müəllimidir.
Yaradıcılığı
Natəvan xanım yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk yazılarından olan "Bir ovuc torpaq" hekayəsi 1983-cü il, 7 mart tarixində Qazax rayonunun "Qalibiyyət bayrağı" adlı qəzetində nəşr olunmuşdur. Bunun ardınca bir pyes, bir neçə hekayə yazmışdır. Daha sonra 1997-ci ildə "Üç nöqtə", 1998-ci ildə "Səbət" povestləri "Azərbaycan" jurnalında dərc edilmişdir. O 1999-cu ildə Heydər Əliyevin imzası ilə gənc yazarlara verilən birillik prezident təqaüdünə layiq görülmüşdür. Sonralar "Yetim" povesti Natəvan Dəmirçioğlu imzasını ədəbi ictimaiyyətə tanıtmışdır. Müəllif 2004-cü ildə Azərbaycan Ədəbiyyat Fondunun "Qılınc və Qələm" mükafatına layiq görülmüşdür. 2006-cı ildə bu əsərlərin, "Avey əfsanəsi", "Dözüm" hekayələrinin və həcmcə daha kiçik olan "Kəlağayı" hekayəsinin daxil edildiyi "Birinci kitab"ı nəşr olunmuşdur. Müəllifin "Birinci kitab"ını mütəxəssislər müasir Azərbaycan nəsrinin ədəbi hadisəsi hesab edirlər. Daha sonra 2010-cu ildə müəllifin ilk kitabı rus dilinə tərcümə olunaraq Moskvanın ədəbi mühitində nüfuzlu olan "Filinta" nəşriyyatında "Kniqa pervaya" adı ilə dərc edilmişdir. Elə həmin ildə yazar həm "İlin qadın yazıçısı" elan edilmiş, həm də Prezident İlham Əliyevin imzası ilə ikinci dəfə prezident təqaüdünə layiq görülmüşdür. Natəvan xanım bir sıra yaradıcılıq birliklərinin üzvüdür, dəfələrlə fəxri fərmanlarla və diplomlarla təltif edilmişdir.[1][2]
Natəvan Dəmirçioğlunun əsərləri dünyanın bir sıra dillərinə — ingilis, rus, fransız, fars, özbək dillərinə tərcümə olunmuş, türkiyə türkcəsinə uyğunlaşdırılmışdır. 2007-ci ildə İstanbulda "Hazar kıyısında yerle gök" toplusunda hekayəsi dərc olunmuş, 2014-cü ildə Kanadada "Modern Azerbaijani Women’s Prose" seriyasında "Basket" ("Səbət") povesti çap edilmiş, 2015-ci ildə isə "Yetim" əsəri Ankarada türkiyə türkcəsində kitab şəklində buraxılmışdır. "Yetim" əsəri ilk Azərbaycan müəllifinin əsəridir ki, "Ölmədən öncə okumanız gərəkən 1001 kitab" seriyasından, "Ən iyi əlli romandan biri" nominasiyasında nəşr olunmuşdur. Natəvan Dəmirçioğlunun əsərləri haqqında Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstan mətbuatında bir sıra resenziyalar çap olunmuşdur.[3][4]
İxtisasca jurnalist olan Natəvan xanımın peşə fəaliyyəti Respublika Radiosunun incəsənət şöbəsi, sonra isə ədəbiyyat şöbəsi ilə bağlı olmuşdur. Burada "Qayğı" bədii-publisistik proqramın, "Şəbəkə", "İncəsənət salonu" verilişlərinin fəal yazarı, sonra isə "Müqəddəslik və müqəddəslərimiz", "Qalmaz belə dünya" müəllif verilişlərinin yaradıcısı, "Ovqat" verilişinin ilk yazarlarından biri, eyni zamanda, populyar "Bulaq" verilişinin ilk qadın müəllifi kimi tanınmışdır. O, Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan redaksiyasında işini davam etdirir.
"El folklor toplusu", "Qayıdıram Araz boyu", "Örnək", "Yurd arası çəpər olmaz" verilişlərinin yaradıcısı və müəllifi olmuşdur. Hazırda, həmçinin gündəlik "Səhər" proqramının müəlliflərindən biridir. İlk olaraq xarici verilişlərin fondunu yaratmışdır. Çox sayda verilişləri radiofondda saxlanılır. "Üç nöqtə" və "Səbət" povestləri əsasında hazırlanan radiotamaşalar Azərbaycan Radiosunun Qızıl Fondunda qorunur. "Xalq" qəzetinin sifarişi ilə bu nüfuzlu mətbu orqanda dəfələrlə siyasi mövzulu yazılarla çıxış etmişdir.
Dissertasiyası
- "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu"
Kitabları
Povest və Hekayələri
"Üç nöqtə" (1996), "Səbət" (1997), "Yetim" (2004) povestlərinin, "Bir ovuc torpaq", (1981) "Avey əfsanəsi" (1986), "Dözüm" (1987), "Kəlağayı" (2005) hekayələrinin müəllifidir.[6]
Məqalələri
- "Türk Dünyasının Altun Parçası", "Türküstan" qəzeti, 1–15 avqust 2006-cı il.
- "Milli şüurun yetkinləşməsində və ziyalı təbəqənin elitar sistemə keçməsində yeni dövr", "Xalq qəzeti" 10.03.2010.
- "Azərbaycan Xalq Cumhuriyyətinin ibrət dərsləri" "Xalq" qəzeti, 00.05. 2011.
- "Uydurma erməni soyqırımı səngimək bilmir, tarix isə faktlara əsaslanır", "Xalq"qəzeti, 30.03.2010.
- "Böyük Qayıdışdan qaynaqlanan möhtəşəm yüksəliş", "Xalq qəzeti" 24.01.2012.
- Gerçək lider, "Xalq" qəzeti, 01.06.2014.
- "Azərbaycançılıq konseptual ideya kimi", "Xalq" qəzeti, 02. 11. 2013.
- "İnformasiya yayımının canlı və kütləvi vasitəsi", " Xalq" qəzeti, 06.11.2008
- "Milli birlik milli qurtuluşun özülüdür", "Xalq" qəzeti, 06.01. 2011
- "Zəncinin arzuları" və ya azərbaycanlıların Qarabağ arzusu… "Kaspi" qəzeti, 13–15. 12. 2014.
- "Başsız dünyaya başlıqsız yazı" Persona.az saytı 19.04.2015 08:33
Mükafatları
2004-cü ildə "Qılınc və Qələm" mükafatına layiq görülmüş[7] 2010-cu ildə "İlin qadın yazıçısı" seçilmişdir. 1999-cu və 2010-cu illərdə prezident təqaüdünə layiq görülmüşdür.[8]
7 mart 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[9]
Filmoqafiya və TV verilişləri
- "Bir evin səsi" (sənədli film)
- "Yol" bədii-publisistik veriliş
- "Zəka nuru"
- "Xeyir ola" verilişi I
- "Xeyir ola" verilişi II
- "Sözə doğru"
- Akif Səməd – 55
- "Azərbaycan dili" verilişi I
- "Azəbaycan dili" verilişi II
- Qobustan 2013
- Qobustan 2015
- Media və zaman
- İTV-nin "Yeni Gün" verilişində sujet
- Mədəniyyətlərarası dialoqda medianın rolu (çıxış)
- Natəvan Dəmirçioğlu -natevan demircioglu şair Akif Səməd haqqında.
- Natəvan Dəmirçioğlu -natevan demircioglu Cəlil Məmmədquluzadə haqqında
- Natəvan Dəmirçioğlu -natevan demircioglu xalq yazıçısı İsmayıl Şıxlı haqqında
- Natəvan Dəmirçioğlu- natevan demircioglu yazıçı Fərman Kərimzadə haqqında
Haqqında radio verilişləri
- Natəvan Dəmirçioğlu haqqında radiosüjet, müəllif Şəlalə Məhyəddinqızı
- "Xatun" bədii-publisistik veriliş, müəllif Aida Fədailqızı
- "Çevrə" verilişi, müəllif Gülnar
- Radio verilişi, müəllif Aybəniz Məmmədəliyeva
- "Şəbəkə" radio verilişində süjet, müəllif Gülbəniz Hüseyinova
- "Yurd yeri" verlişi. Savalan Talıblı Natavan Dəmirçioğluyla müsahibə
Radio tamaşaları
- "Üç nöqtə"
- "Səbət"
Radio verlişləri
- İmadəddin Nəsimi haqqında
- Böyük Azərbaycanlı Heydər Əliyev
- "Fikrimin ay işığında" İbrahim Göyçaylı
- Heyrətim mənim-Cavad Heyət 70
- Mücrü kimi açdım bir ömrü-Gülhüseyn Hüseynoğlu
- "Nəyim var sazdan gəlir" Zəlimxan Yaqub
- "Sənə gidi dünya birdə gələrəm" Ağamalı Sadiq Əfəndi
- Sözün yeri ucada Akif Səməd
- "Ürəyimdən çəkilib Təbrizə yol" Süleyman Rüstəm
- Yol odu ki, haqqa vara
- Yurd arası çəpər olmaz
- Həmişə yaşar şair Mikayıl Müşfiq
- Azərbaycan adına bağlı birinciliklər I
- Mircəlal Paşayev haqqında
- Azərbaycanda xalq rəqisləri
- Üzeyir Hacıbəyov haqqında
- Qara Qarayev haqqında
- Vaqif Səmədoğlu haqqında
- Söz adamı Vaqif Bəhmənli
Haqqında yazılanlar
- Aida Fədailqızı: "Öz dünyanla var ol!", "Sivil Azərbaycan" xüsusi buraxılış, 23. 11. 2013.
- Aqşin Babayev, "Qədir bilən insan", "Kaspi" qəzeti, 01.11. 2014.
- Arifə Knyazqızı: "Yetimin Vətən dərdi", (Natəvan Dəmirçioğlunun "Yetim"
- povesti haqqında düşüncələr), "Kaspi" qəzeti, 22.02.2006.
- Azərbaycan Yazıçılar Birliyinin təbriki : "Ədəbiyyat" qəzeti, 22.11.2013.
- Barat Vüsal: "Göylərə baxan var", " 525-ci qəzet", 25.10.2013.
- Buludxan Xəlilov: "Hər sətrində yaddaş tarixi, düşüncə tarixi olan yazıçı", "Ədalət" qəzeti, 21.10. 2015.
- Cahangir Məmmədli : "Natəvan Dəmirçioğlunun nəsr dünyası ","525-ci qəzet", 12. 03. 2016.
- Dayandur Sevgin: "Natəvan xanım yazmaya bilməyəndə yazan yazıçıdır", "Kaspi" qəzeti, 01.11. 2014.
- Elçin Kamal: "Natəvan Dəmirçioğlu –yaddan çıxmayan imza", "Kredo", 09.12.2006.
- Əhməde Həppo: "Dünya sirlər dünyasıdır", "Ədalət" qəzeti, 24.10. 2015.
- Əsəd Cahangir : "Yazmaq yaratmaq deməkdir", "Ədəbiyyat" qəzeti, 27. 10. 2018.
- Fəxra Əsgərova: "Məqamlar", "Bütöv Azərbaycan"qəzeti, 27. 11. 2013.
- Xəyalə Məzahirqızı: "Görünməyən zirvə", "Sivil Azərbaycan" qəzeti, 27.11.2013.
- İbrahim İlyaslı: "Əsrimizin və nəsrimizin Natəvanı", "Kaspi", 28.06.2007.
- İbrahim İlyaslı: "Yazıçı Natəvan Dəmirçioğluna Açıq Məktub","Ədəbiyyat qəzeti", 29. 08. 2015.
- İlhamə Qəsəbova: "Natəvan Dəmirçioğlu yaradıcılığında epik-mifoloji semantika", "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər", Bakı- 2018.1 / "525-ci qəzet", 31.10. 2018.
- Qiymət Ağakişiyeva: "Efirdə eşidək, mətbuatda oxuyaq", "Müxbir" jurnalı, № 4 aprel 1989.
- Leyla Fərhadqızı: "Natəvan Dəmirçioğlu yaradıcılığına bir nəzər" ("Dil və ədəbiyyat" beynəlxalq elmi-nəzəri jurnal, 4 (104) BDU, Bakı, 2017, səh. 319. / "Natəvan Dəmirçioğlu nəsri" , "Kaspi" qəzeti, 10. 02.2018.
- Leyla Gərayzadə: "А Госпадь-в сердце человека" (О книге НатаванДемирчиоглу "Книга первая. Повести и рассказы"), "Humanitar elmlərin öyrənilməsinin problemləri. Ali məktəblər arası elmi məqalələr məcmuəsi. I. 2011.
- Leyla Məmmədəliyeva "Müstəqillik illəri publisistikamızda Natəvan Dəmirçioğlu imzası.", "525-ci qəzet", 31.10.2017.
- Мамедов Н. Т. "Проза Натаван Демирчиоглу в контексте оргинала и русского перевода", Казахский Гуманитарно- юридический Университет, вестник Серия "Филологические науки" № 14/2011 Астана.
- Məhbubə Dəmirçiqızı: "O, uşaq deyil! O, bir kimyadır!", "Sivil Azərbaycan" qəzeti, 27.11.2013.
- Nizami Cəfərov: "Natəvan Dəmirçioğlunun fəlsəfi təfəkkürü", "Birinci kitab "Bakı, 2006.
- Nizaməddin Şəmsizadə: "Natəvan Dəmirçioğlu nəsrində milli müəyyənlik və psixoloji dərinlik", "525-ci qəzet", 3. 10. 2014.
- Nizaməddin Şəmsizadə "Azərbaycan milli mənəviyyatının böyük təssübkeşi" "Kaspi" qəzeti, 1.11. 2014.
- Nizami Tağısoy: "Natəvan Dəmirçioğlu nəsri orijinal və rus tərcüməsi müstəvisində", " Kaspi" qəzeti, 30. 04 −02.05. 2011.
- Rafiq Novruzov: "Sirr və gerçəklik", "Kaspi", 23.01.2008.
- Rafiq Rəhimli: " Tələbə yoldaşımın portret cizgisi", "Sivil Azərbaycan" qəzeti, xüsusi buraxılış, 27.11.2013.
- Rüstəm Kamal: "Natəvan Dəmirçioğlunun metafizikası", "Birinci kitab" Bakı, 2006.
- Salman Vilayətoğlu: "Yol odur ki, haqqa vara", "Ekran, efir" qəzeti, 3 noyabr, 1995-ci il.
- Sərvaz Hüseynoğlu: "Tanrının ürəklərdəki yeri", "Kaspi" qəzeti, 5–7.11.2011.
- Şəlalə Məhyəddinqızı: "Yazıçı ilə görüşdən təəssüratlar", "Şərq" qəzeti, 11.05. 2017.
- Vaqif Yusifli: "Natəvan Dəmirçioğlunun "Birinci kitab"ı, "Kaspi" qəzeti, 28. 10. 2017.
- Zəlimxan Yaqub: "Natəvan Dəmirçioğluna açıq məktub", "525-ci qəzet", 10.02.2007.
İthaf olunan şeirlər
- Barat Vüsal. "Sən bizim çöllərin lalə payısan", "Kaspi" qəzeti, 01.11. 2014.
- Ələddin İncəli. "Natəvan-Dəmirçioğlu" (Dostum Dəmirçi müəllimin yazıçı-jurnalist qızı NatəvanDəmirçioğluna) "Sivil Azərbaycan", 27. 11.2013.
- Güllü Eldar Tomarlı. "Nə yaxşı sən varsan, Natəvan xanım!", 27. 10.2018. "sherq.az" saytı
- İbrahim İlyaslı. "Məni bu qələmdən qoru, İlahi!", ("Səbət" povestinin müəllifi, çağdaş nəsrimizin ünlü ismlərindən olan xanım Natəvan Dəmirçioğluna), "Sivil Azərbaycan" xüsusi buraxlış, 23. 11. 2013.
- Nailə Süleymanlı. "İki yüzilliyin Natəvanı", "Şərq" qəzeti, 02. 10.2017.
- Oqtay Rza. "Mübarək" (Natəvan Dəmirçioğlunun ad gününə), "525-ci qəzet", 21.11. 2013.
Müsahibələri
- "Atəşkəs odlu müharibənin bəlalarından soyuq düşüncə ilə sığortalanmaq şansıdır" ,"Kaspi", 28.10.2008.
- "Azərbaycan Beynəlxalq Radiosu haqq səsimizi dünyaya ünvanlayır", "525-ci qəzet", 08. 01. 2016.
- "Bədii yaradıcılıqda qadın çox halda kişiyə uduzur", "Kaspi" qəzeti, 8–9 mart , 2007
- "Bu, fəlakətdir, mənəvi erroziyadır…", "axar.az" saytı, 2016.12.17.
- "Ədəbiyyat doğuluş kimidir", "Şərq"qəzeti, 02.08.2007.
- "Ədəbi tənqid buna "canlı obraz" deyir","Kaspi" qəzeti, 29.12.2012.
- "Ədəbiyyatda çox xərclənmək olmaz.", "Ədəbiyyat" qəzeti, 01.08. 2015.
- "Ədəbiyyat" qəzetinin sorğusuna cavab. "Ədəbiyyat" qəzeti, 16. 04. 2016
- "Hələ vaxt var…", APA. Lent. Az, 26. 11. 2010.
- "Heç kəs yalnız özü arzuladığı üçün yazıçı olmur", "Kaspi" qəzeti, 5–7.06.2010.
- "İnternet ədəbiyyatı, yoxsa "şəbəkə söz sənəti", "Ədəbiyyat "qəzeti, 29. 08.2014.
- "Kimsə, nə zamansa obraza çevrilə blər". " Şərq" qəzeti, 24.12.2009.
- "Mənə yazıçı deyəndə özümə qəribə gəlir" ,"Xalq qəzeti", 14.04.2008
- "Mən altı qızı tək saxlayan atanın övladı olmuşam", " Palitra" qəzeti, 01.-02. 11. 2018.
- Müsahibə götürən jurnalist müsahibdir, müstəntiq deyil — iddialılıq yolverilməzdir", "salamnews.org, 19.01. 2018.
- "Yazıçılıq mənim üçün bir zərurətdir, həyat tərzi deyil", sherg.az , 2018–02–05.
- Yaxşı oxucu, pis yazıçıdan qat-qat qiymətlidir…,"Mustaqil. Az" saytı, 10.2018.
- 143 yaşlı mətbuatımızın vəziyyəti…xeberle.com, 22–07–2018.
- "XXI əsrdə radionun yeni populyarlıq mərhələsi başlayıb", modern.az, 06.11.2015.
- "Ədəbiyyat müstəvisində hər kəs özü boyda görünür" , "525-ci qəzet", 24.04.2019.)
- "Görünür bu imza qismətimdə var imiş","Şərq" qəzeti, 13.04.2019.
Həmçinin bax
Xarici keçidlər
- https://youtube.com/@NatavanDamircioglu?si=gsS4BO2CYXwqe1X6
- Natevan Demircioqlu yaradiciliq gecesi
- İTV Carçı Natavan Demircioqlu yaradıcılığ gecəsi 27.04.2017
- Medeniyyet kanali BUTA medeniyyet xeberleri Natevan Demircioglu
- 27 04 2017 Natəvan Dəmirçioğlunun İncəsənət Gimnaziyasında Yaradıcılıq Gecəsi natevan demircioglu
İstinadlar
- "Azərbaycanın xanım yazıçılarının əsərləri ABŞ-da nəşr olunub". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
- "Natəvan Dəmirçioğlunun əsəri İstanbulda". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
- Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine Книга первая: повести и рассказы : [пер. с азерб.]
- "Yetim". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-13.
- "Dr. Natevan Demircioğlu". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-13.
- "Natəvan Dəmirçioğlu haqqında" (az.). 1 November 2018 tarixində arxivləşdirilib.
- "ƏDƏBİYYATI TƏBLİĞ VƏ MÜƏLLİF HÜQUQLARI BÜROSUNUN TƏSİS ETDİYİ MÜKAFATLARIN QALİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR" (az.). 22 November 2018 tarixində arxivləşdirilib.
- BAKIDA X KİTAB BAYRAMI KEÇİRİLMİŞDİR
- "Azərbaycan qadınlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.