Nasir Mənzuri

Nasir Mənzuri (1953, İran, Miyana, Küləboz) — yazıçı, dilçisahibkar.

Nasir Mənzuri
ناصر منظوری
243 × 161 pikselpx
Doğum tarixi
Doğum yeri İran, Miyana şəhəri, Küləboz mahalı
Vətəndaşlığı
Təhsili Təbriz Universiteti
İxtisası mühəndis
Fəaliyyəti yazıçı, dilçı
Əsərlərinin dili azərbaycanca, farsca, ingiliscə
avava.blogfa.com

Həyatı

Nasir Mənzuri 1953-cü ildə Güney Azərbaycanın Miyana şəhərinin Küləboz mahalında ziyalı ailəsində dünyaya gəlib. Ailə vəziyyəti ilə əlaqədar olaraq dörd yaşında olarkən köçəri həyat yaşamalı olub. Amma bu birdəfəlik köç olmayıb. İyirmi il ərzində o dəfələrlə doğma yurduna qayıdıb və yenidən köçməli olub. Bu cür köçəri bir həyat yaşadığına görə təhsil aldığı müddətdə müxtəlif yerlərdə müxtəlif xalqlar və onların mədəniyyətləri ilə tanış olub, 21 il ərzində 15 məktəb və universitet dəyişib.[1]

Nasir Mənzuri Təbriz Universitetinin Tikinti mühəndisliyi fakültəsini bitirmişdir. Tərcümeyi-halında humanitar elmlərdən uzaq olmaq üçün texniki elmlərə meyil göstərdiyini qeyd edir. Hazırda Nasir Mənzuri Humanitar Elmlər Akademiyasına inanmadığını bildirdiyinə görə öz təhsil bazasına müraciət etmir və formal karyerasından da imtina edib.[1] Nasir Mənzuri 2018-ci ildə İde Şenaxtəfzar şırkətini təsis edərək dilsəl və qavramsal quruluşlara moldel dizayn və istehsal edir. Bu şirkət bir patent (qeyd nömrəsi: 100385)[2] və bir sanaye dizaynına (qeyd nömrəsi: 44516)[3] xüsusi hüquq əldə edib.

Ailəsi

Nasir Mənzuri 1980-cı ildən Tehranda yaşayır. Evlidir, iki oğlu var.

Əsərləri

Nasir Mənzurinin fəaliyyəti iki istiqamətə bölünür: yazıçılıq və dilçilik. Onun yaradıcılıq fəaliyyəti bədii və elmi istiqamətdədir. Mənzurinin həm ədəbi yaradıcılığının, həm də elmi araşdırmalarının əsas qayəsini cəbri qavramlar təşkil edir. O, öz əsərlərini 3 dildə - azərbaycanca, ingiliscə və farsca yazır.[1]

Ədəbi əsərləri

  1. Son Nağıl Son Əfsanə (1990) (sicir formasında yazılıb)
  2. Qaraçuxa (1994) qısa roman
  3. Həpirim Hüpürüm (2004) (Folklorda olan sicirlərdən birisi uşaqlar üçün yeni formada yazılmış ikinci səviyəli bir sicir)
  4. Cırtdan (2004) (Folklorda olan sicirlərdən birisi uşaqlar üçün yeni formada yazılmış üçüncü səviyəli bir sicir)
  5. Avava (2005) uzun roman
  6. Oyunum-oyunum (çapa hazırlanır) uzun roman

Nəzəri əsərləri

  1. Nezam-e Çahar Bodi-ye Zəban (Dilin Dörd-boyutlu Qurumu) (Farsca, 2002)
  2. Deterministically Structuring Concepts (Cəbri Olaraq Quruluşlanan Qavramlar) (İngilizcə, 2003)
  3. Dil və Ayın Düşüncə (100 səhifəlik bir məqalə, Dilmac jurnalının bütöv bir sayısı) (Farsca, 2007)
  4. Ağız Lövhələr (1) Şəhriyar`ın Şerlərində Çaxnayış (1) (2010) (Çağdaş şairimiz Şəhriyar`ın Farsca şerlərində olan çaxnayışlığın modeli)
  5. Ağız Lövhələr (2) Şəhriyar`ın Şerlərində Çaxnayış (2) (2010) (Çağdaş şairimiz Şəhriyar`ın Türkcə şerlərində olan çaxnayışlığın modeli)
  6. Ağız Lövhələr (4) Ədəbiyyat Doğularkən (2011) (Bu kitabda bir sicir örnəyi düşüncə-quruluş açısından açıqlanır.)
  7. Ağız Lövhələr (5) Səsin Qavramı [Dilin İçindəki Dil] (2011) (Azərbaycan Türkcəsində toplanan fonetik-qavram modelləri)
  8. Ağız Lövhələr (6) Türkcə`də Felin Qavramsal Qurumu (2012)
  9. Ağız Lövhələr (7) Türkcə`də Ultra-cümlə Sistemi (2012)
  10. Ağız Lövhələr (8) 4 Bay, 4 Fəsil (2014)
  11. Ağız Lövhələr (9) Yunan Əsatiri Dil-düşünc Qaraoyuğu`nda (2015)
  12. Ağız Lövhələr (10) Dil-düşünc'də "Dişilik" Anlamı (2015)
  13. Ağız Lövhələr (11) Az (2017)
  14. Ağız Lövhələr (12 &13) Fellik: Türkcədə Fel Quruluşunun İstinadı (2023)

İxtira

Fel sərfi və fel quruluşunun analizi üçün idraksal modular alət (İngiliscə, Türkcə, Ərəbcə və Farsca üçün), qeyd nömrəsi 100385, qeyd tarixi 2020-12-17[2]

Sənaye Dizaynı

Fikri ve öyrətici oyuncaq (Kələmə/heca düzəldən kubik və pəncərəsəl alətlər), qeyd nömrəsi 44516, qeyd tarixi 2021-10-02[3]

Dizayn və istehsal edilmiş idraksal alətlər

  1. İngiliscə
    1. Məchul felin sərfinin kubik aləti
    2. Məlum felin sərfinin kubik aləti
    3. Felin ardıcıllığının kubik aləti
    4. Cümlə düzücü alət (İngiliscə cümləni düzücüsü)
  2. Ərəbcə
    1. Məchul felin sərfinin kubik aləti
    2. Məlum felin sərfinin kubik aləti
  3. Farsca
    1. Fel sərfinin kubik aləti
    2. Fel/heca düzəldən kubik alət
  4. Türkcə
    1. Fel sərfinin kubik aləti
  5. Səs tellərinin texnikası
    1. Ümumi praktika və səs telləri texinki gücləndirən alətləri
    2. Heca zəncirnin texniki pratika alətləri
    3. Tək hecənin texniki praktika alətləri

İstinadlar

  1. Vaqif Sultanlı, İrəc İsmayıl. "Güney Azərbaycan nəsri" (PDF) (Azərbaycan). anl.az. 30.10. 2017 tarixində arxivləşdirilib (PDF).
  2. "Fel sərfi ve quruluşunu analiz etmək üçün modular alət". Əqli Mülkiyyət - Deeds and Properties Registration Organisation of Iran. 2020-02-01. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  3. "Fikri və məarifləndirici oyuncaq (pəncərə və kübik şəkildə heca və kəlimə düzədən aləti)". Əqli Mülkiyyət - Deeds and Properties Registration Organisation of Iran. 2021-10-02. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.

Mənbə

  • "Azərbaycan" jurnalı. N 9, 2005.
  • "Alatoran" jurnalı. N 12 və 13, 2008.
  • "Iranian Azerbaijani Literature". Exiled Ink!. London: Exiled Writers Ink (10). 2008. 2010-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-17.
  • Nasır Menzurinin "Avava" romanı üzerine bir inceleme. Sedef Ahençe, yüksek lisans tezi, Celal Bayar Üniversitesi Sosyal Bilimler Enstitutu Yeni Türk Edebiyyatı dalı, 2010
  • Rəhim Əliyev, Yazıçı və alim Nasir mənzuri, "Ədəbiyyat Qəzeti" jurnalı. N 29 (4884), 2013.
  • Yazıçı və Alim, Ədəbiyyat Qəzeti, No 29 (4884), Baku, 2013
  • Cənubi Azərbaycan Ədəbiyyatı Tarıxı XX əsr, II cild s. 617, Azərbaycan Milli Elmlər Akademiyası, 2013
  • Nasır Menzuri Hayatı, Edebi Kişiliyi və Karaçuha Romanı, Nazanin Zolfaghari, Yüksek Lisans Tezi, T.C., Ege Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Türk Dünyası Edebiyatı ABD, 2013
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.