Nares boğazı

Nares boğazı ing. Nares Strait - Şimal Buzlu okeana daxil olan Qrenlandiya adasını Elsmir (ada)sından ayırır. Baffin dənizini Linkoln dənizi ilə birləşdirir. Boğaz kiçik körfəz və boğazlara bölünür: Smit boğazı, Kenya körfəzi, Kennedi boğazı, Xoll körfəzi və Robeson boğazı. Boğazın ümumi uzunluğu 500 km, ən dar yerdə eni 18 km təşkil edir. Bu məsafə KanadaQrenlandiya arasında ən yaxın məsafədir. Kennedi boğazında Qansa adası yerləşir ki, bu ada iki ölkə arasında mübahisəli ərazidir. Boğazı britaniyalı dəniz zabiti, qütb araşdırmaçısı Corc Nares 1870-ci ildə bölgəni öyrənərkən aşkarlamışdır. Boğazın adı Kanada və Qrenlandiya tərəfindən 1964-cü ildə təsdiqlənmişdir. Boğazın isti cərəyanlardan uzaq olması onun sularını yayda belə buzdan azad olmasına imkan vermir. Bu səbəbdən burada yalnız buzqıran gəmilərdən istifadə edilir.

Nares boğazı
ing. Nares Strait,dan. Nares Strædet
Ümumi məlumatlar
Eni minimum 18 km
Uzunluğu 500 km
Yerləşməsi
80°00′00″ şm. e. 70°00′00″ q. u.
Ölkələr
Akvatoriyası
Ayırır Qrenlandiya adasını Elsmir (ada)sını ayırır
Nares boğazı xəritədə
Nares boğazı
Nares boğazı
Naresboğazı (Qrenlandiya)
Nares
boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.