Nardaranaxtarma palçıq vulkanı

Nardaranaxtarma palçıq vulkanıÇeyildağ qəsəbəsindən 17 km şimal-qərbdə yerləşir.[1]

Nardaranaxtarma palçıq vulkanı
Ümumi məlumatlar
Növü palçıq vulkanı
İlk püskürmə 1948
Yerləşməsi
Ölkə  Azərbaycan

Haqqında

Nisbi yüksəksliyi 60 m olan Nardaranaxtarma palçıq vulkanı Çeyildağ qəsəbəsindən 17 km şimal-qərbdə yerləşir. 3 təcrid edilən palçıq vulkanı sahəsində fəaliyyətdə olan mikroformalarla (sopka, qrifon və salzalar) səciyyələnir. Ən böyük qərb örtüyünün sahəsi 620 ha təşkil edir. Vulkan eyniadlı qırışığın tağ hissəsini mürəkkəbləşdirən, üstəgəlmə xarakterli uzununa pozulma ilə əlaqədardır. İlk dəfə 1948-ci ildə püskürən Nardaranaxtarma palçıq vulkanı daha sonralar 1970, 1972, 1986, 1996-cı illərdə püskürüb.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.