Nardaran (Siyəzən)

NardaranAzərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Nardaran kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Nardaran
41°00′48″ şm. e. 49°08′28″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Nardaran xəritədə
Nardaran
Nardaran
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toponimikası

Yaşayış məntəqəsi Şıx Aladınlı kəndinin qışlaq yeri olmuş­dur. Sonralar həmin kənddən çıxmış ailələr bu qışlaq yerində məskən salmış və kənd də Şıx Aladınlı adlanmışdır. Tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı fars dilin­dəki nar (ikihürgüclü erkək dəvə) və daran (yer, məkan) komponentlərindən düzəlib, "dəvə saxlanılan, dəvə yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqələrində əhalinin keçmişdə dəvəçiliklə geniş məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan bəzi tədqiqatçılar oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstliklə əlaqədar "od olan yer" kimi izah edirlər.[2]

Coğrafiyası və iqlimi

Kənd Samur-Dəvəçi ovalığında yerləşir.

Əhalisi

Əhalisinin sayı 54 nəfərdir (2009-cu il).[3]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.