Narahat adam (film, 2005)

Narahat adam
Janr bioqrafik
Ssenari müəllifi Marqarita Maleyeva
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 2005
Filmin digər adı Неудобный человек (rusca variantı)
Filmin növü tammetrajlı sənədli film
Müddət 56 dəq. 10 san. (azərbaycanca variantı)
51 dəq. 40 san. (rusca variantı)
Ölkələr Azərbaycan Azərbaycan
Dillər Azərbaycan dili (azərbaycanca variantında)
Rus dili (rusca variantında)
İl 2005
Texniki məlumatlar 6 hissə
Rəng rəngli

Məzmun

Film SSRİ Xalq artisti, kinorejissor Əjdər İbrahimovun həyat və yaradıcılığı haqda bioqrafik süjetə malikdir. Filmdə əsas xətt olaraq, Ə.İbrahimovun xatirələrindən istifadə olunmuşdur və həmin xatirələr film boyu onun yaradıcılıq yolu ilə paralel olaraq diktor mətni ilə səsləndirilmişdir.

Ə.İbrahimovun doğulduğu Aşqabad şəhərində keçirdiyi gənclik illəri, müharibədən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığı dövr, Aşqabad və Bakı Kinostudiyalarında, daha sonra isə "Mosfilm" kinostudiyasındakı fəaliyyəti, Vyetnam kinosunun yaradılmasında əvəzolunmaz rolu, habelə onun insani keyfiyyətləri filmin süjet xəttini təşkil edir. Filmdə onun həyat yoldaşı, tələbəlik dostları, iş yoldaşları, görkəmli kino xadimləri Ə.İbrahimov haqda xatirələrini danışırlar.

Festivallar və mükafatlar

1) 2006-cı ildə
  • Filmə "Humay" mükafatı verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: Marqarita Maleyeva
Rejissor-operator: Nizami Abbas
Montaj rejissoru: Mübariz Nağıyev
Səs operatoru: Anar Quliyev
Musiqi redaktoru: Rauf Əliyev
Redaktor: Nəriman Əbdülrəhmanlı
Prodüser: Xanlar Cəfərov
Mətni oxuyan: Rasim Balayev (azərbaycanca variantı), Rafiq Hüseynov (rusca variantı)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.