Nar bağı
Nar bağı — Rejissor İlqar Nəcəfin filmi.
Nar bağı | |
---|---|
Janr | dram |
Rejissor | İlqar Nəcəf |
Ssenari müəllifləri |
İlqar Nəcəf Asif Rüstəmov Roelof Jan Minneboo |
Baş rollarda |
Qurban İsmayılov İlahə Həsənova Səmimi Fərhad Həsən Ağayev |
Operator | Ayhan Salar |
Bəstəkar | Firudin Allahverdi |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçılar |
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Azərbaycanfilm" kinostudiyası "Buta Film" |
İlk baxış tarixi |
30 iyul 2017, Çexiya, Karlovı Varı Beynəlxalq Film Festivalı 2 avqust 2017, Bakı, Nizami Kino Mərkəzi |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 1 saat 29 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2017 |
Rəng | rəngli |
IMDb | ID7095054 |
Məzmun
Film Anton Çexovun məşhur "Albalı bağı" pyesinin motivləri əsasında çəkilib.Hadisə əyalətlərdən birində baş verir. Şamilin (Qurban İsmayılov) iri nar bağı var, onu kəndin imkanlı adamlarından biri (Kazım Abdullayev) almaq istəsə də o, satmır. Onun oğullarından biri ölüb, digəri Qabil (Səmimi Fərhad) isə evlənib, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Baba gəlini Sara (İlahə Həsənova) və 11-12 yaşlı nəvəsi Cəlalla (Həsən Ağayev) yaşayır. Günlərin birində gözlənilmədən oğul qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını deyir, nar bağını satdırır və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qayıdır.Çünki onun başqa ailəsi var və borcu olduğundan qızı girov götürülüb.Bu pul ona qızının xilası üçün lazımdır...[1]
Festivallar və mükafatlar
- Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə "Ən yaxşı kişi rolu", film "Münsiflər heyətinin xüsusi mükafatı" və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən "Xüsusi vurğulama"ya layiq görülüb.
- "Nar bağı", 22-28 iyul tarixlərində Astanada keçirilən festivalın əsas müsabiqə proqramında təqdim olunub.
- Filmin dünya premyerası Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalının "Qərbin Şərqi" müsabiqə proqramı çərçivəsində keçirilib.[2]
- Azərbaycandan "Xarici dildə ən yaxşı filmə görə" Oskar mükafatına təqdim olunub.[3]
Filmin heyəti
Filmin üzərində işləyənlər
- Rejissor: İlqar Nəcəf
- Ssenari müəllifi: İlqar Nəcəf, Asif Rüstəmov, Roelof Jan Minneboo
- Quruluşçu operator: Ayxan Salar
- Quruluşçu rəssam: Rafiq Nəsirov
- Bəstəkar: Firudin Allahverdi
- Baş prodüser: Müşviq Hətəmov
- Prodüser: İlqar Nəcəf
- İcraçı prodüser: Akif Əliyev
- Redaktor: Aydın Dadaşov
- Xətt prodüserləri: Əli İsa Cabbarov
- Supervayzer: Vidadi Rüstəmov
- Rejissor asistenti: Çingiz Həsənov
- Geyim üzrə rəssam: Elfira Hüseynova
- Geyim üzrə rəssam assistenti: Anara Hüseynova
- Qrim rəssamı: Elbrus Vahidov
- Quruluşçu rəssam-stajor:Arif Niftiyev
- Qrim ustası: İradə Gülbabayeva
- Səs rejissoru: Teymur Kərimov
- Səs miksajı: Stephan Konken
- Montaj rejissoru: Elmir Həsənov
- Səs operatoru: Peter Kristian Rösner
- Rəssam-fotoqraf: İlham Babayev
- Bum operatorları: Ədalət Xəlilov, İlqar Kazımov
- Dekorçu rəssam:Akif Bağırov
- Rejissor assistenti: Bahar Zeynalova
- Post-prodakşn supervayzer: Guillaume de Seille (Arizona Productions, Fransa), Ayxan Salar ("Salarfilm" Almaniya)
- Assosiativ prodüserlər: Əli İsa Cabbarov, Asif Rüstəmov, Benedicte Thomas, Françoise & Remi Roy
- Kompüter qrafikası: Rza Əsgərov,Emil Məlikov
- Musiqi miksajı: Firudin Allahverdi
- Prodakşn supervayzer: Jeanne Le Qall
- İstifadə edilən mahnılar::Qədir Rüstəmovun ifasında "Ay dili dili", Hacıbaba Hüseynovun ifasında "Durna" xalq mahnılarından və Səxavət Məmmədovun ifasında "Muğam" təsnifi istifadə olunmuşdur.
Rollarda
- Qurban İsmayılov — Şamil
- İlahə Həsənova — Sara
- Səmimi Fərhad — Qabil
- Həsən Ağayev-Cəlal
- Rövşən Kərimduxt — Rasim
- Kazım Abdullayev — Səməd
- Manaf Dadaşov — Həmzə
- İlqarə Tosova — həkim
Epizodlarda
- Rəzzaq Məmmədov
- Vüqar Məmmədəliyev
- Arif Kərimov
- Namiq Ağayev
- Rəşad Abbasov
- Kamil Yusifov
- Vüsal Babaşov
- Füzuli Umudov
- Elşən Umudov
- Eminə Hacıyeva
- Zahid Ağayev
- Ruslan Səmədov
- Azad Xudaverdiyev
- Rövşən Qasımov
- Vüsal Abbasov
- Ramin Əliyev
- Aqşin Şıxməmmədov
- Əlisəfa Bəykişiyev
- Cavid Bəykişiyev
- Pərvin İsgəndərov
- İntizam Məmmədov
- Namət Şirinov
- Eldar Əliyev
- Sahib İsgəndərov
- Etibar Əliyev
- Vəfadar Sadiqov
- Fərəc Qafurov
- Elgünəş Qurbanov
- Xatirə Həmidova
- Bənövşə Bilalova
- Südanə Həmidova
- Səbinə Həmidova
- Paşa Həmidov
- Eldəniz Şahvələdov
- Allahverdi Məmmədov
- Namus Kərimov
- Ramin Əliyev
- Rəşad Osmanov
- Ramiz Rəhmanov
- Vaqif Məmmədov
- Nəriman Məlikov
- Taleh Qasımov
Çəkilişə köməklik edən qurumlar
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
- Azərbaycan Respublikası Təhsil Nazirliyi
- Göyçay Rayon İcra Hakimiyyətinə
- Göyçay Rayon Polis Şöbəsinə
- Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinə
- Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə
- Ucar Rayon Avtovağzalına
- Göyçay Olimpiya İdman Kompleksinə
- “M-Trans” MMC-nin direktoru cənab Rəşad Şıxməmmədova
- Şəxsi balıqçılıq təsərrüfatının rəhbəri Aqşin Cəfərova
- Göyçay rayon Bığır və Potu kəndlərinin sakinlərinə
Xüsusi təşəkkür
- Dany de Seille
- Joël Chapron
- Səmaya Əsgərova
- Mirbala Səlimli
- Natalia Tychinskaia
- Paşa Həmidov
İstinadlar
- Qızı Rusiyada girov götürülən ata Azərbaycanda nəyi satdı? – “Nar bağı” RESENZİYASI Arxivləşdirilib 2017-08-06 at the Wayback Machine. Kulis.lent.az,03 Avqust 2017 (az.)
- “Nar bağı” filmi beynəlxalq festivalın mükafatlarına layiq görülüb Arxivləşdirilib 2021-05-17 at the Wayback Machine. Azertag.az, 29.07.2017 (az.)
- CBC. "Азербайджанский фильм выдвинут на соискание премии "Оскар"" (rus). Youtube.com. 14.10.2017. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-15.
Xarici keçidlər
- Pomegranate Orchard — Internet Movie Database saytında.
- Treyleri izlə
- “Nar bağı”nın rəngi – Tahir Tahiroviç yazır Arxivləşdirilib 2017-08-08 at the Wayback Machine
- Oskar mükafatına gedən filmlərimiz
Əvvəlki: Nabat |
Azərbaycandan Xarici dildə ən yaxşı filmə görə Oskar mükafatına göndərilmiş film 2018 |
Sonrakı: Daxildəki ada |