Narşərab

Narşərab — (azərb. nar + şərab) Azərbaycan mətbəxinin milli kulinariya markası hesab olunan, adından göründüyü kimi nar şirəsindən hazırlanmış[1], adətən balıq və ət yeməklərində xüsusən kababda ədviyyat kimi istifadə olunan sous ya qatran. Narşərab sayəsində yeməklər yüngül turşməzə dad verirlər. Geniş tətbiqini tapmış narşərab xüsusi qablaşdırılmış şəkildə satılır. Əlbəttə ev şəraitində hazırlanmış narşarablar öz rəng və tam xüsusiyyəti ilə daha da seçilirlər. Ev şəraitində hazırlanmış narşərablar tərkibində konservant və rəng qatışıqlarının olmaması ilə seçilirlər. Nar meyvəsinin malik olduğu keyfiyyətlər: yüksək miqdarda vitamin C, meyvə turşuları, antioksidləşdiricilər tam şəkildə narşərabda da öz əksini tapmışdır.

"Narşərab" qatranı

Tərkibi

Narşərabın tərkibi əsasən nar meyvəsinin tərkibi ilə eynidir. Bura 10 % limon turşusu və 45 % şəkər daxildir. Qatrana əlavə olaraq keşniş, reyhan, darçın, dəfnə yarpaqları bəzən qara və qırmızı istiot da qatılır.

Nar ağacda.JPG
Nar çiçəyi.JPG
Nar Azerbaijani.JPG
Nar: ağacı, çiçəyi və meyvəsi

Hazırlanması

Narşərab qazanda bişərkən

Turş və şirinlik dərəcəsindən asılı olaraq götürülmüş (ənənəvi narşərabı üçün turş nar meyvəsindən istifadə etmək lazımdır.) müvafiq növ nar təmizlənərək dənələri bir qazana yığılır. Adətən 15 kq nardan 1 litr, təxminən 1 kq nar dənələrindən isə 250–300 ml narşərabı almaq mümkündür. Qazan od üstündə vaxtaşırı qarışdırılaraq nar dənələri əzilir. Bu zaman qarışdırmaq üçün taxta qaşıqlardan istifadə edilir. Metal qaşıq istifadə edilərsə bu zaman nar turşusu metal ilə reaksiyaya girə bilər. Dənələrdən ayrılmış tumlar ağardıqda qazan addan götürüb süzülür. Süzülmüş şirə təzədən qazanda oda qoyularaq 130–150 dərəcə isidilmiş sobada bəkməz halına gələnə qədər 5 saat bişirilir. Şirənin yanmaması üçün onu vaxtaşırı qarışdırmaq lazımdır. Qatran alınan ya qatılaşana qədər (şirə 20 %-ə qədər buxarlandırılır) onu qaynadırlar və hazır olana yaxın odu söndürüb üzərinə bir qədər duz əlavə edirlər. Narşərab bişdikdən sonra soyudulub şüşə qablara boşaldılır. Uzun müddət istifadəyə yararlı olması üçün işıq düşməyən və sərin bir yerdə saxlanılmalıdır.

İstifadə

Food Gechresh Azerbaijan 03.jpg
Balıq ləvəngisi.jpg
Nere bastirma azerbaijani.JPG
Baliq bastirma azerbaijani.JPG
İstifadə olunan ət və balıq yeməkləri

İstinadlar

  1. "НАРШАРАБ в кулинарном словаре  (rus.)". 2018-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-23.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.